Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə33/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
104
məcbur oldu. Sonrakı illərdə azad söz, toplaşma azadlığı daha 
da çox məhdudlaşdırıldı. Bu dəyişikliklərin apogeyi isə Konstitu-
siyaya prezidentin 2 dəfədən artıq seçilməmək məhdudiyyətinin 
ləğvi olan dəyişiklik oldu. Beləliklə hakimiyyətin irsən ötürülməsini 
təmin edən qeyri-şəffaf və ədalətsiz seçkilər məntiqi şəkildə pre-
zident hakimiyyətinin sonsuz müddətinə gətirib çıxardı. 2005-ci 
ilin Parlament seçkiləri siyasi proseslərin neft gəlirlərinin siyasi 
elitanın  satın  alınması  və  sosial  etirazın  yatırılmasına  istifadə 
olunan total patronaj sisteminin siyasi prosesləri əvəzləməsinin 
durdurulması baxımından sonuncu seçkilər oldu. Lakin çoxdan 
gözlənilən müxalifət partiyaların bir seçki blokunda birləşməsinə 
və  bu  səfər  xarici  oyunçuların  ədalətli  seçkilərdə  xüsusi  mara-
ğı  olmasına  baxmayaraq,  seçkilər  barədə  iradlar  hakimiyyət 
tərəfindən diqqətə alınmadı və seçkilər növbəti dəfə saxtalaşdı-
rıldı, etiraz aksiyaları isə sərt şəkildə yatırıldı.
Bu 2005-ci ildə pik nöqtəsinə çatan neft dollarları axını qarşı-
sında itirilmiş son şans idi.
Sonrakı-2008-ci  ildə  prezident  və  2010-cu  ildə  parlament 
seçkiləri  hakimiyyət  tərəfindən  zəngin  resurslarla  möhkəm-
lən  dirilmiş  və  təsisatların  inkişafı  əvəz  edən  quruluşun  bir-
başa  nəticəsi  idi.  Seçkilərdə  real  iştirak  kifayət  qədər  yüksək 
rəqəm – 70% elan olunsa da çox aşağı idi. Bu daim saxtalaş-
dırılan seçkilərə son nəticədə elektoratın bir institut kimi inamını 
itirməsinin parlaq nümunəsi idi, həmçinin müxalifətin də nəyisə 
dəyişməsinə inamın azalması idi. Bunula yanaşı, mahiyyətcə ay-
rı-ayrı partiyaların adətən seçkilərdə olduğu kimi gücü və təsirinin 
obyektiv ölçüləri inkişaf edə bilmədi. Bu, həmçinin partiyaların öz 
təsirlərini obyektiv qiymətləndirməyə təsir etdi və nəticədə ən xır-
da partiyaların da (xüsusilə birləşmə mərhələsində mane olan) 
əsas müxalifət partiyalarla ambisiyalarıni bərabərləşdirdi.
Neft  gəlirləri  hakim  elita  üçün  təkcə  konsolidasiya  və  son 
nəticədə  hakimiyyətin  monopolizasiyası  deyil  onlar  üçün  xari-
ci  əlverişli  əsas  yaradırdı.  “Kürü”  diplomatiyasında
8
  təsvir  olu-
8
 Caviar Diplomacy How Azerbaijan Silenced the Council of Europe European Stability Initia-
tive (ESI), Berlin, 24 May 2012.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
105
nan xarici diplomatların birbaşa satın alınması ilə yanaşı, Azər-
baycan  misalında  praktik  olaraq  hər  bir  beynəlxalq  kontraktın 
parlamentdə  təsdiqi  kimi  unikal  qarantiya  sistemi  yaradılmışdı, 
beləliklə kontraktlara qanunun gücünü verməklə xarici investor-
lar bu hakimiyyətin saxlanmasında güclü maraq oyadırdı
9
.
ATƏT-in Bakıda keçirilən və seçkilər haqqında rəyin səsləndiri-
lə cəyi  hər  mətbuat  konfransı  adətən  bir  neçə  saat  gecikməsi 
axırıncı məqama qədər müxtəlif qrupların Avroparlamentə daxil 
olan  lobbi  qrupları  da  daxil  olmaqla  maraqlarının  mübarizəsini 
göstərirdi. Bir çox yerli analitiklərin rəyinə görə beynəlxalq mis-
siyaların son qiymətləndirilmələri geopolitik maraqlarla ölkədəki 
seçkilərin qiymətləndirilməsinə obyektiv yanaşma arasında kom-
promisin nəticəsi idi. 
Qapalı dairədən çıxış mümkündürmü?
Sovet  irsinin  neqativ  xüsusiyyətləri  ilə  yanaşı  postsovet 
cəmiyyətlərdə  alternativ  siyasi  qərarların  yaranmasına  şərait 
yaradan  ənənələr  var  idi.  Məsələn  təhsil  və  savadlılıq  və  ya 
vətəndaş cəmiyyəti və ya qorunub saxlanılmış sovetdən əvvəlki 
ənənələri  siyasətdə  sosial  oriyentasiyalı  məqsədlərin  əmələ 
gəlməsinə  imkan  yaradır.  Azərbaycanda  bu  xüsusuilə  yalnız 
1992-1993-cü illərdə ziyalıların 1 illik hakimiyyəti vaxtı xüsusuilə 
özünü  göstərdi.  Çünki  bu  hakimiyyət  dövlətə  baxışını  1918-ci 
ildəki ilk demokratik respublikanın qurucularının ideya və baxış-
ları  əsasında  qurmuşdular.  Lakin  onların  qısa  ömürlülüyünün 
əsas səbəbi də postsovet dövründə bu tarixi siyasi moderniza-
siyanın qorunub saxlanması və inkişafının xüsusilə ABŞ və Av-
ropa kimi digər ölkələr tərəfindən düzgün qiymətləndirilməməsi 
idi. Belə ki, onlar daim Azərbaycan siyasi palitrasını təmsil edən 
yeni  qüvvələr  görmək  istəyirdilər.  Avropa  dillərinin  zəif  biliyi, 
ənənəvi müxalifətin sosial bazasının xarakteri – əyalət ziyalıları 
9
  Oksan  Bayulgen  Foreign  Investment,  Oil  Curse  and  Democratization: A  Comparison  of 
Azerbaijan and Russia in Business and Politics, Volume 7, Issue1, Article 3, 2005.


22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
106
və əhalinin kasıblamış hissəsi (hər ikisi Qərblə əlaqəyə çıxmağa 
məhdud imkanları vardı) təkcə ölkə üçün deyil bütün müsəlman 
dünyası üçün vacib olan adekvat qiymətləndirmə üçün çətinliklər 
yaradırdı.  İdeoloji  çərçivəsində  İslam  mədəniyyət  tərkibinə  in-
teqrasiya  edən  müasir  millət  konsepsiyası  liberal  demokratiya 
dəyərlərinə  əsaslanan  və  dinin  dövlətdən  ayrı,  dinin  fövqəladə 
dünyəvi formasının inkişafını təklif edirdi. 
Həqiqətən  də  90-cı  illərdə  müstəqilliyin  başlanğıcında  yer-
li dini identikliyin intensiv inkişafı başlandı, belə ki, teoloqlar və 
dini liderlər (Nəriman Qasım oğlu və ya Şeyxul İslamın müavi-
ni)  Quranın  reformist  traktovkasına  səsləyirdilər.  Burada  özü-
nü  çox  təssüf  ki,  axıra  qədər  reallaşmayan  islam  dünyasına 
Azərbaycan təsirinin reformist təsiri göstərdi. Azadlığın getməsilə 
yerli dünyəvi İslam tendensiyası da sönürdü, hansı ki, təkcə İran, 
Səudiyyə Ərəbistanı deyil, İslamın digər versiyaları ilə də rəqabət 
apara bilirdi. Başlıca olaraq dövlət təzyiq cəhdlərinə müqavimət 
göstərirdi.  Belə  ki,  2004-cü  ildə  Bakıda  Cümə  məscidinin  lide-
ri  İlqar  İbrahimoğlu  həbs  olundu,  onun  cəmiyyəti  isə  hüquq 
müdafiəçilərinin rəyinə görə hakimiyyətə müxalif olduğuna görə 
dağıdıldı.
Eyni  zamanda  postsovet  dövründə  demokratik  qüvvələr  və 
siyasi  müxalifət  tərəfindən  uzun  müddət  resursların  rolu  və  bu 
resursların  öz  mövqelərini  qorumaq  üçün  nəzarətdə  saxlayan 
hakim  elitanın  bacarıqları  düzgün  qiymətləndirilmirdi.  Özlərinin 
mənəviliyi və idealistliyi ucbatından müxalifət maddi və maliyyə 
resurslarının rolunu düzgün qiymətləndirmir, həmçinin böyük neft 
gəlirlərinin  olması  ilə  yaranan  xarici  və  daxili  siyasətin  bir  çox 
xüsusiyyətlərini  hesaba  almırdı.  Bundan  başqa  zəngin  resurs 
iqtisadiyyatının siyasi nəticəsini əks etdirən bu metodoloji yanaş-
ma  hələ  dövlətlərin  və  beynəlxalq  təşkilatların  köməyində  hələ 
geniş yayılmamış və əks olunmamışdır. Belə ki, elmi tədqiqatlar 
səviyyəsində  hələ  də  müzakirə  olunur.  Avtoritar  liderlərin  eyni 
idarəetmə  üsulları  olmasına  baxmayaraq  bir  şey  bəllidir  ki, 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə