Anar Məmmədli
Postsovet Azərbaycanında
seçkilər (1991-2010-cu illər)
Keçmiş Sovet İttifaqı ölkələrində azad və ədalətli seçkilərin
keçirilməsi ilə bağlı şərait və çatışmazlıqlar müzakirə olunar-
kən, istinad edilən beynəlxalq seçki sənədi kimi Avropada Təh-
lü kə
sizlik və Əməkdaşlıq Müqaviləsinin (ATƏM)
1
29 iyun 1990-
cı ildə keçirilmiş Kopenhagen sammitinin yekun sənədi diqqət
çəkir. Kopenhagen sənədinə Sovet İttifaqı qoşulmaqla digər
post -sosialist ölkələri kimi üzərinə azad və ədalətli seçkilərin
ke çiril məsi, seçkilərdə mütəmadiliyin, alternativliyin və gizliliyin
təmin olunması, ictimai birliklərin sərbəst fəaliyyəti və yerli seçki
müşahidəçiliyinə təminatla bağlı beynəlxalq öhdəliklər götürdü.
Bununla da bu sənəd təkcə keçmiş SSRİ-də başlayan milli-de-
mokratik hərəkatlar üçün deyil, sonradan yaranan 15 müstəqil
ölkədə seçki islahatları üçün vacib beynəlxalq sənədə çevril-
di. Ancaq Kopenhagen sənədinin imzalanmasından az sonra
ATƏM məkanında bir sıra tarixi siyasi hadisələr yaşandı; so-
yuq müharibə başa çatdı, keçmiş SSRİ dağılaraq əvəzində yeni
müstəqil dövlətlər yarandı, milli-etnik münaqişələr zəminində ya-
ranan problemlər düşmənçiliyə çevrildi və planlı, dövlət tərəfindən
yönləndirilən iqtisadi sistemin çöküşü baş verdi. Geridə qalan
22 ilə nəzər saldıqda məlum olur ki, postsovet ölkələrinin bö-
yük əksəriyyətində Kopenhagen sənədinin prinsipləri əsasında
azad və ədalətli seçkilərin keçirilməsi ciddi problemlərlə mü şayiət
olunmuş, bu ölkələrdə siyasi plüralizmin, söz və mətbuat azad-
lığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının məhdud laş-
dırılması təkmil seçki sisteminin formalaşmasına mənfi təsir gös-
tər mişdir.
Postosvet ölkələri arasında seçkilərlə bağlı problemlər ya-
şayan respublikalardan biri kimi Azərbaycan özünün seçki
1
ATƏM – indiki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
133
prosesinə görə spesifik cəhətləri ilə fərqlənir. Bu problemləri
səciyyələndirən faktorlar geridə qalan 20 ildən artıq bir dönəmdə
dəyişsə də, Azərbaycanda keçirilən seçkilərin xarakterində ciddi
nailiyyətlər
baş verməmiş, milli seçki sistemi təkmilləşməmişdir.
Müstəqillik ərəfəsi və sonrakı
ilk illərdə seçkilər
18 oktyabr 1991-cı ildə Azərbaycan Respublikasının müstəq-
illiyi barədə akt qəbul edildikdən sonra ölkədə demokratik ins-
titutlar, o cümlədən seçki sisteminin inkişafı üçün yeni mər hələ
başladı. Ancaq SSRİ-nin süqutu dövrünə təsadüf edən Er mə-
nistan-Azərbaycan münaqişəsi həmin tarixdən etibarən daha
qanlı və iri hərbi əməliyyatlarla müşayiət olunduğundan ölkədə
siyasi institutların stabil və sistemli inkişafı üçün təhlükəsiz olan
bir mühit yaranmadı. Eyni zamanda ölkədə bir-birinə mü xa lif siya-
si qüvvələr arasında siyasi dialoq mədəniyyətinin ya ranmaması,
siyasi idarəçilik təcrübəsinə malik kadrların siyasi səhnədə olma-
ması və ölkədə demokratik ənənələrin ça tış maz lığı müstəqilliyin
ilk illərində seçki sisteminin inkişafına ciddi məhdudiyyətlər yara-
dırdı. Ümumiyyətlə, bu dövrlə bağlı bəzi postsovet məkanı ölkələri
üçün xarakterik olan dörd si yasi faktor – etnik münaqişələr, yeni
iqtisadi münasibətlərin ya rat dığı ağır sosial-iqtisadi durum, de-
mokratik siyasi ənənələrlə bağlı çatışmazlıq və beynəlxalq birliyə
inteqrasiyanın təmin olunmaması demokratik institutların forma-
laşması, o cümlədən yeni seçki sisteminin yaranmasına mənfi
təsir edirdi.
Müstəqilliyin bərpasından 7 ay sonra keçirilən ilk seçki – 7
iyun 1992-ci il prezident seçkisi üçüncü respublika tarixinə
düşən ilk və hələlik son ədalətli seçki sayıla bilər. AXC sədri
Əbülfəz Elçibəyin prezidentliyi ilə formalaşan siyasi hakimiyyət
digər postsovet ölkələri üçün xarakterik olan 4 faktorun təsiri ilə
cəmi bir il sonra süqut etdi. Bunun ardınca ölkə tarixində üçün-
cü dəfə keçirilən növbəti prezident seçkisi – 3 oktyabr 1993-cü