22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
135
ment seçkiləri ölkə tarixində beynəlxalq birliyin müşahidə et-
diyi ilk seçkilər olmaqla, əslində Heydər Əliyevin siyasi ha ki-
miy yətinin tanınması, demokratik müxalifətin isə beynəlxalq
birliklə ilkin təmasları üçün mühüm mərhələ oldu. Maraqlıdır
ki, beynəlxalq müşahidəçilərin tənqidinə cavab olaraq, Heydər
Əliyev «seçkilərdə qüsurlar var və tənqidlər əsaslıdır» deyərək,
“Azərbaycan müstəqilliyini yeni bərpa edən dövlətdir, hazırda su-
verenlik və siyasi sabitliyin qorunması daha vacibdir” bəyanatını
verdi. Ancaq beynəlxalq müşahidəçilər 1998-ci il prezident və
2000-ci il parlament seçkilərini də tənqid etdilər və Əliyev yenə
də “suverenlik və siyasi sabitliyin qorunması daha vacibdir” kimi
fikirlər səsləndirdi. Bununla da müstəqillik üçün vacib amillər sı-
rasında suverenlik və siyasi sabitlik məsələsinin insan hüquq və
azadlıqlarının müdafiəsindən daha öndə gəlməsi bəyan edilirdi.
Demokratik hərəkatın yüksəlişi
(1998-2003-cü illər)
1995-ci ildən başlayaraq keçirilən seçkilər həm yerli müşa hi-
də çilər, həm də beynəlxalq müşahidə missiyalarının rəylərində
siyasi azadlıqların pozulması, seçki prosesinə kənar müdaxilələr,
seçki iştirakçılarına qarşı təzyiqlər, seçkilərin nəticələrinin sax ta-
laş dırılması və inzibati resurslardan istifadə hallarına görə tənqid
edilib.
12 noyabr 1995-ci il parlament seçkiləri ilə yanaşı həmin gün
keçirilən Konstitutsiya üzrə referendum ölkədə universal siyasi
hüquqların qanunun bir hissəsi olaraq təsbit olunması ilə azad
və ədalətli seçkilər üçün hüquqi bazanı təkmilləşdirdi. Bununla
da bəzi çatışmazlıqlarına rəğmən Konstitusiyada seçki hüququ,
birləşmək və sərbəst toplaşmaq azadlıqları üçün hüquqi norma-
lar müəyyən edildi. Ancaq Konstitusiyanın qəbul edilməsi ölkə
həyatında yeni hüquqi-siyasi hadisəyə, yəni siyasi institutların de-
mokratik qaydada təkmilləşməsi və seçki sisteminin beynəlxalq
standartlara uyğunlaşmasına kömək etmədi.