Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə50/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
159
ziya kanalının Patarkatşişvilinin uzaq qohumu olan Jozef Key-ə 
məxsus olduğu iddiası ilə çıxış edərək sonuncuya kanalı öz siyasi 
tərəfdarlarına satmağa məcbur etdilər. Key-in iddiası Patarkatşiş-
vilinin dul xanımı tərəfindən davam etdirilsə də, daim Milli Hərəkat 
qüvvələrinin nəzarəti altında olan və buna görə də müstəqil və 
şəffaf  olmayan  məhkəmənin  qərarı  ilə  onun  irəli  sürdüyü  iddia 
qəbul edilmədi və nəticədə Patarkatşişvilinin dul xanımı məğlub 
oldu. 1 Oktyabr 2012-ci ildə keçirilən Parlament seçkilərində Milli 
Hərəkat qüvvələri onlar üçün gözlənilməz də olsa məğlub oldular. 
Dərhal İmedi kanalı heç bir ödəniş və izahat olmadan “sahibkar-
ları” tərəfindən Patarkatşişvilinin ailəsinə qaytarıldı. 
2004-2012-ci  illər  ərzində  Gürcüstanı  idarə  edən  qüvvələr 
tamamilə  arsız  siyasət  yürüdürdülər.  Bu  iki  hadisənin  oxşar 
cəhəti odur ki, hökumət və başqa da bütün siyasətçilər xudbin 
və  qəddardırlar.  Demokratiyanın  inkişaf  etdiyi  cəmiyyətlərdə 
Burcanadzeyə ev verilməsi və ya onun evi qəbul etməsi özü belə 
çox böyük bir skandala səbəb olmuş olardı. 
İnsanların  bu  heyrətamiz  dərəcədə  biganə  olmasının  sə-
bəb ləri nədədir? Sovet rejiminin yaradılmasında məqsəd burjua 
dünyasını inqilaba sövq etmək idi. Lenin və Stalinin işlərinin in-
tensiv  şəkildə  analizinə  əsaslanan  Neytən  Laytes  Bolşevizmin 
siyasətini araşdırmış, və Leninin “Operativ Kod”unu və ya tak-
tiki gedişlərinin əsaslarını aşağıdakı kimi ifadə etmişdi: ...Daxili 
siyasət və beynəlxalq münasibətlərdə “siniflər” və dövlətlər” ara-
sında, maraq və istəklərin uyğunsuzluğu və toqquşmasından sa-
vayı başqa nəsə önəmli bir şeyin olmasına inanmağı fikirləşmək 
bir illuziyadır... 
Kommunizm dünyada öz yerini tam möhkəmləndirməsə, Kim-
Kimə sualı aydınlaşdırıla bilməz, və bu olmadan da dünya baş 
verən insidentlərin episentri olaraq qalır. Əgər partiya bunu unut-
muş olsaydı, bu, baş verən konfliktləri azaltmazdı lakin sadəcə 
bu konfliktlər dönəmində partiya özünün iflasına aparıb çıxarardı. 
Partiyanın əsas məramı özünün deyil onun rəqiblərinin iflasına 
aparıb çıxaran fəaliyyətlə məşğul olmaqdır
5


Nathan Leites, A Study of Bolshevism, (Gencoe: Free Press, 1954), 28-29. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
160
Hətta  Partiya  daxilində  Lenin  özü  etiraf  edib,  birləşmiş  və 
bütövləşmiş  partiyanın  üzvlüyündən  çıxan  və  xalq  düşməninə 
çevrilənlərə qarşı kütlə içində nifrət, hiddət və istehzanın artırıl-
ması çox vacib idi. Belə düşmənlərə qarşı mən o zamanlar hətta 
fikir ayrılıqları olduğu zaman belə mübarizə apardım və, mən on-
ları yox etmək naminə olan bu mübarizəni davam etdirəcəm. Bu 
şəkildə mümkün olan bir mübarizənin məhdudiyyəti var? Partiya 
prinsipləri heç bir formada bu mübarizəni qadağan etmir, və belə 
bir şeylər ola da bilməz
6

Yuxarıdakı  bu  fikir  haqqında  belə  bir  mülahizə  yürütmək 
olar ki, bütün siyasi rəqiblər son dərəcə xudbin və qəddardırlar, 
çox  uzaq  yönümlü  məqsədlər  amalında  mübarizə  aparırlar,  və 
qələbə  qazanmaq  üçün  əllərindən  gələni  edirlər.  Birinci  Dünya 
müharibəsinin  sona  çatması  ilə  yaranan  sülh  və  əmin-amanlıq 
dövründə Lenin 1918-ci ildə yazırdı: 
Hal-hazırda  ancaq,  dünyanı  kapitalistlər  arasında  bölməyə 
hazırlaşan, Rusiyadakı Sovet rejimini hər hansı bir yolla hakimiy-
yət dən uzaqlaşdırmağa can atan bir qrup qalib dövlətlər qalmış-
dır ki, bunlar da Fransız və İngilis imperiyalistləridir
7

İnsan  motivlərinin  bu  qədər  xudpəsənd  şəkildə  inkişafı  ka-
pitalizm  tarixində,  Hegelin  və  sosial  Darvinizmin  simasında  da 
yer alır, amma bu, Bolşevizmin ilk dövrlərdə dünya haqqındakı 
görüşlərində özünü tam açıq şəkildə büruzə verir. İlk əvvəllərdə, 
dünyaya xudpəsənd və biganə baxışdan uzaq olan üç qrup var 
idi ki, bunlara Proletariat, onun müdafiəçisi sayılan Kommunist 
Partiyası  və  ən  kasıb  kəndli  təbəqəsi  daxil  idilər.  Bu  qruplar 
daxilində insan oğlunun geniş potensialı haqqında böyük ümidlər 
var idi. Öz heyvanları haqqında deyil, kolxoza məxsus mal-qara 
haqqında düşünən “yeni insanın” gəlməsi ilə böyük dəyişikliklərin 
olacağı  haqda  gözləntilər  var  idi.  Gələn  yeni  insanların  sayı 
gözlənildiyindən  az  oldu.  1921-ci  ilin  başlanğıcında  Proletariat 
Vətəndaş Müharibəsində qələbə qazandıqdan sonra Kronştat iğ-
6
 V. I. Lenin, Selected Works, (New York: International Publishers, 1943 ), vol. 3, 489-495 
(1907), Lenin’s italics.
7
  V.  I.  Lenin,  Speech  to  the  Central  Executive  Committee  of  Soviets,  October  22,  1918, 
Collected Works, (New York: International Publishers, 1929-.), vol. 23, p.255, italics mine.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
161
tişaşları, və kütləvi xalq narazılıqları başlandı və nəticə etibarilə 
də  Kommunist  Partiyasının  kəndli  və  fəhlələrə  olan  ümidləri 
boşa  çıxmış  oldu.  Sovet  İttifaqının  sonlarına  doğru  qəzetlərin 
hər yeni bir nəşrində çıxan xəbərlər ona istinad edirdi ki, Kom-
munist Partiyası fəhlərə tənbəl, xudbin və öz tarixi məqsədlərini 
yada salaraq donquldanan bir təbəqə kimi baxırdı. Sadə insanla-
rın günahlandırılmasına dəlalət edən Partiya ruhu, aktivlik, işdə 
daha yaxşı ritmlə çalışmaq və bu kimi digər ifadələr Baki Fəhləsi 
qəzetinin ön səhifələrini tuturdu ki, bunlar da insanlar üzərində 
əlavə bir yükə çevrilirdi. Sovet hökumətinin rəsmi münasibəti indi 
sadə xalq haqqında daha az gözlənti ilə səciyyələndirilə bilərdi. 
Deyvid  Sətterin  araşdırmasının  göstərdiyi  kimi  insanlar  daimi 
olaraq  təhqir  edilir  və  zorakılıqlara  məruz  qalırdılar.  Partiya  qi-
sas alma işlərini davam etdirməklə öz özünü məhv etmiş oldu, 
amma əvvəllər təqib prosesi daha az qəddarlıqla həyata keçirilir-
di və rəqabəti itirənlərə qarşı kompromat kampaniyası da istifadə 
olunurdu. Buna görə də dünya haqqındakı bu biganə və xudbin 
fikirlər bütün insanlığa, hətta faktiki olaraq Patiyanın liderlərinin 
özlərinə də sirayət etməyə başladı. 
Peter  Reddaveyin  düzgün  söylədiyi  kimi  yenidənqurma 
siyasəti  zamanı  və  ondan  sonrakı  dövrdə  sadə  xalqın  azalan 
gözləntiləri Qərbləşdirmə siyasəti aparan islahatçıların yeni, eti-
nasız, və laqeyd davranışı ilə əvəz olundu. Tam da səhv olma-
yan belə bir müşahidə var ki, köhnə Sovet məkanında yaşayan 
insanların dünya demokratiyası və bazar iqtisadiyyatına çox da 
uyğun gəlməməsi fikri və sadə insanlara qarşı nifrət hissi onlarla 
olan  rəsmi  münasibətlər  zəminində  özünü  büruzə  verirdi.  Pre-
zident  Saakaşvili  Newsweek-i  təmsil  edən  müsahibəçiyə  ona 
məxsus tərzdə bu fikri söyləmişdi: 
“Nemtsova: Sizin istefanızı kim istəyir?
Saakaşvili: Əsasən işsiz insanlar. İslahatlar nəticəsində biz təx-
mi nən 250.000 nəfəri işdən çıxarmışıq. Bu insanların böyük bir his-
səsi yeni iqtisadi sistemdə özlərinə iş yerləri tapa bilməyiblər. Kor-
rupsiya və cinayətkarlığa qarşı mübarizə səbəbilə biz minlərlə insa-


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə