22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
162
nı həbs etmişik. Təkcə Tiflisdə biz 8.000 adamı mühakimə etmişik
və bu gün onların bütün qohumları mənim istefamı tələb edir”.
8
Başqa sözlə desək, Saakaşvilinin rəqibləri məhrum və defekt
insanlardır, və o özündə məsuliyyət hiss etmir ki, bu insanların
həyatı onun həyata keçirdiyi islahatlar ucbatından rahatsız olub
və ya onlar çox ciddi zərər görüblər.
Siyasi və iqtisadi hakimiyyətin
birləşməsinin səbəbləri
Siyasi və iqtisadi gücün birləşməsi səbəbləri Sovet İttifaqının
də rin keçmişinə söykənir. Lakin hansı xüsusi səbəblər var idi
ki, bunun meydana gəlməsinə şərait yaratdı. Sovet xalqı bö yük
təzyiq altında yaşayırdı çünki hökumət gözləyirdi ki, xalq yüksək
əhval ruhiyyədə olsun. Qəfildən, bu formal idealist rejimin da-
ğılmasından sonra bu təzyiqlər götürüldü. Qaçılmaz nəticə isə
bu oldu ki, insanların xudbinliyi və eyş-işrətə aludəliyi azad bir
hissə çevrildi. Oxşar dialektik dəyişikliklər Qərbdə də böyük
müharibələr sonrasında təzahür etmişdi: Amerikada Birinci Dün-
ya Müharibəsi 20-ci illərdə acı və qəhərli bir dövrlə, Vətəndaş
Müharibəsi isə acgözlük və Qızıl hərisliyi Əsri ilə əvəz olunmuş-
du. Köhnə Sovet məkanında isə təzyiqlər daha çox, 70-74 il ara-
sı davam etdiyi üçün reaksiya da daha böyük və köklü şəkildə
təzahür etdi.
Kommuzmi əvəz edən hökumətlər legitim yollarla hakimiyyətə
gəlməmişdilər çünki onlar nə Kommunist nə də Liberal-de mok-
ratik idilər. İstənilən halda, demokratiyanın inkişaf etdiyi cə miy-
yət lərdə xalqın istədiyi şeylər, müxtəlif mexanizmlər, mə sələn, si-
yasi partiyalar və ya azad media müstəsiviylə təmsil olunan qrup
maraqları vasitəsilə liderlərin seçiminə çevrilir, və belə şeylər
postsovet cəmiyyətinə yad bir xüsusiyyətdir. Maraqlar üzərində
qurulan sosial qrupların olması əvəzinə, ayrılmış ailələrdə hökm
sürən xaos onların birləşərək liderlərin fəaliyyəti üçün zəmin
8
“Mikheil Saakashvili: “Where Are My Western Friends?,”
Newsweek, August 20, 2009.