Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
171
Böyük Istehsalat Sənayesində 
Dövlət Sektorunun Səhmləri 
Dövlətə məxsus səhmin faizlə ifadəsi 
 
 
 
 
 
1976   1981   1986   1991 
Əlavə dəyər  
 
 
29  
46  
40  
32 
Məşğuliyyət  
 
 
35  
34  
29  
25 
İnvestisiya  
 
 
32  
27  
32  

Mənbə: Məlumat “İstehsalat Sənayesinin İllik Statistikası” adlı 
nəşrlərinə istinadən hesablanaraq əldə edilmişdir. Türkiyə Dövlət 
Statistika İnstitutu
2
 
2.  Türkiyə  iqtisadiyyatı  Osmanlı  dövründən  bəri  dünya  iqti-
sadiyyatına və xarici biznes qruplarına, xüsusilə də Qərb iqtisa-
diyyatına, siyasətinə və müasirləşmə prosesinə uzun müddətdir 
ki, bağlı olmuşdur. Respublika dövründən etibarən xarici və milli 
biznesmenlərin sahib olduğu biznes müəssisələrinin sayı 314-ə 
çatmışdır
3
. Osmanlı İmperiyasının son dövrlərindən hələ Türkiyə 
qərb iqtisadi sisteminə qoşulmaq və müasir dünyaya inteqrasiya 
etmək istədiyinə görə Türkiyə dövləti Liberal iqtisadi qaydaların 
tətbiqinə  və  ölkədə  xarici  vətəndaşların  azad  iqtisadi  fəaliyyət 
göstərmələrinə şərait yaradırdı. Xarici investorların ölkədəki bu 
günə olan səhmlərinin miqdarı aşağıdakı kimidir:
Birbaşa Xarici Investisiya Ölkə üzrə Səhmləri 
(2008-ci ilin sonuna investisiyanın dollarıa olan bazar dəyəri)
4
 
Ölkə   
 
Dəyər    
 
 Pay (faiz)
Hollandiya    
13.514    
 
20,1
Fransa  
 
5.582    
 
8,3
2
 Osman Zaim and Fatma Taşkın, “Comparative Performance of Public Enterprise Sector in 
Turkey: A Malmquist Productivity Index Approach”, Journal of Comparative Economics No. 
25, 129-157 (1999), Table 1, p.131.
3
 Güven Delice and Cengiz Yavilioğlu, “Dönemler itibarıyla Türkiye’de devlet-ekonomi iliş-
kileri”,  Cengiz  Yavilioğlu,  Güven  Delice  and  Onur  Özsoy,  Dünya’da  ve  Türkiye’de  Özel-
leştirme  Uygulamaları: Teorik  ve  tarihsel  bir  perspektif  (Ankara: T.C.Başbakanlık  Özel leş-
tir me  İdare  Başkanlığı  Yayını,  2010),  s.290.  Metin  Toprak,  Cumhuriyet  Dönemi  Türkiye 
Eko nomisi,(Ankara: Kara Harp Okulu Y. Ankara). 
4
 http://turkey.usembassy.gov/media/pdfs/2010_turkey_ics.pdf


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
172
Birləşmiş Krallıq  
5.397    
 
8,0
Finlandiya    
4.960    
 
7,4
Almaniya  
 
4.840    
 
7,2
A.B.Ş 
 
4.543    
 
6,8
Yunanistan    
4.118    
 
6,1
B.Ə.Ə. 
 
3.744    
 
5,6
Belçika  
 
3.267    
 
4,9
Lüksemburq   
2.784    
 
4,1
Digər ölkələr    
14.516    
 
21,5
Cəmi  
 
67.265    
 
100
Türkiyədəki əsas xarici investorlar
ABB, Abbott Laboratories, AEG, AES, Akzo Nobel, Alcatel Lu-
cent, Alliance One, Arcelor, Archer Daniels Midland, Aria, Aventis, 
BASF, Bausch and Lomb, Bayer, Bechtel, Bosch, Bridgestone-
Firestone, British Petroleum, Bunge, Cadberry Schweppes, Car-
gill, Castrol, Chase Manhattan, Cisco Systems, Citigroup, Coca 
Cola, Colgate-Palmolive, DaimlerChrysler, Delphi-Packard, Dow 
Chemical,  ESBAS  A.S.,  Eurest,  Fiat,  Ford  Motor  Co.,  Fortis, 
M.A.N., General Electric, Goodyear, Henkel, Honda, Hugo Boss, 
Hyundai, ITT, Indesit, JTI, L6, Lafarge, Lockheed Martin, Marsa-
Kraft-Jacobs Suchard, McDonald’s, Merck Sharp Dohme, Metro 
Group, Mobil, NRG, Nestle, Normandy Mining, Nortel Networks, 
Novartis, Pepsi, Perfetti, Pfizer, Philip Morris, Pirelli Tire, Procter 
and Gamble, Renault, RJR Nabisco, Roche, Sandoz, Shell, Sie-
mens, Texas Pacific Group, Toreador/Madison Oil, Toyota, Unile-
ver, United Defense, Vodafone, Volkswagen, and Yazaki.
Mənbə:  Xarici  Valyuta  Mübadiləsi  və  Bankçılıq  Müdirliyi, 
Turkiyə Xəzinədarlığı
3. Beynəlxalq vəziyyət və güc siyasəti Türkiyə iqtisadi-siyasi 
modelinin formalaşmasında və transformasiyasında mühüm rol 
oynayıb. Dünya iqtisadiyyatı və siyasətində baş verən dəyişiklik 
və  inkişaf  Türkiyə  dövləti  və  iqtisadiyyatına  da  təsir  göstərib. 
Yerləşdiyi  geopolitik  məkana  görə  dünyada  baş  verən  siya-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
173
si  proseslər,  məsələn  soyuq  müharibə  və  dünya  müharibələri, 
Türkiyə dövləti və iqtisadiyyatına təsirsiz ötüşməyib. 
4. Türkiyə dövlətinin başlıca məqsədi Avropada və ümumiyyətlə 
qərbdə yaranmış müasirləşmə, dırnaqarası qərbləşmə prosesinə 
qoşulmaq idi. Qərbə integrasiya xalqın və dövlətin inkişafa doğru 
əsas istinad nöqtəsi olub. Bu məqsədlə, Türkiyə qərb yönümlü 
siyasət yürüdüb, qərb dəyərlərini təbliğ edir, və qərbin məhsulu 
olan NATO və Avropa Birliyi kimi təşkilatlarla əməkdaşlıq etməyə 
səy göstərir. Bunun nəticəsi olaraq biz deyə bilərik ki, siyasi və 
iqtisadi  hakimiyyətin  inkişafı,  dəyişməsi  və  davam  etməsi  bu 
məqsəd çərçivəsində baş verir. 
5. Lakin bu proses asan, ziddiyətsiz və kifayət qədər uğur-
lu  alınmayıb.  Nəticə  etibarilə  iyirminci  əsr  boyunca  Tür ki yənin 
modernləşmə  prosesi  çətinliklər,  uğursuzluqlar  və  müvəf fəqiy-
yət siz liklər  ilə  üzləşib.  Bu  ziddiyət  və  uğursuzluqların  əsas 
səbəbi  o  olub  ki,  müxtəlif  milli  qruplar  və  aktorlar  dövləti  necə 
idarə et
 
mək və modernləşməyə hansı yollarla nail olmaq üçün 
daim bir-biriləri ilə mübarizə aparıblar. Bu qruplar əsasən aşağı-
dakılardır: mərkəzləşdirilimiş dövlətin, ideologiya və hakimiyyətin 
tərəfdarı  olan  Kamalist  adlanan  elit  qrup,  və  mühafizəkar 
dəyərlər və qüvvəyə sahib olan digər qrup. Klassik olaraq əsas 
qrupa  dövlətçilik  ideologiyasının  qurucuları  olan,  və  siyasi  eli-
tanın,  bürokratiyanın,  hərbinin,  dövlət  biznesmenlərinin,  elm 
adamlarının və medianın məxsus olduğu Cumhuriyyət Xalq Par-
tiyası daxildir. Əyalətdən olan yaxud başqa sözlə ikinci dərəcəli 
qrupa  isə  əsasən  kəndlilər,  şəhərdə  yaşayan  kiçik  sahibkarlar, 
və  cəmiyyətin  dindar  və  mühafizəkar  təbəqəsinin  daxil  olduğu 
Demokratiya  Partiyası,  Ədalət  Partiyası,  Ana  Vətən  Partiyası, 
Doğru  Yol  Partiyası,  Ədalət  və  İnkişaf  Partiyası  (Demokratiya 
Partiyası  və  Ədalət  Partiyası  hərbi  rejim  tərəfindən  ləğv  edil-
mişdir)  aiddir.  Xatırladaq  ki,  ikinci  dərəcəli  qrupa  məxsus  olan 
partiyaların çoxunun adında “demokratiya”, “ədalət”, doğru yol”, 
“ana vətən”, “inkişaf” kimi normativ terminlərə rast gəlmək olar. 
Mənim  fikrimcə,  bu  sözlərin  ikinci  dərəcəli  qruplar  tərəfindən 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə