Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
183
1980-2002: qloballaşma dövründə hərbi rejimin rəhbərliyi 
altında neo-liberal iqtisadi modelin fəaliyyəti
General Kənan Evrən rəhbərlik etdiyi 1980-ci ilin hərbi çevriliş 
liderləri çox qəribə bir dövlət rejimi qurdular: siyasi və demokratik 
baxımdan  çox  avtoritar  bir  rejim  olmasına  baxmayaraq,  iqtisa-
di  model  çox  liberal  idi.  1982-ci  il  Konstitusiyası  bu  hökumətin 
çox  avtoritar  bir  hakimiyyət  qurduğunun  bariz  nümunəsidir:  la-
kin 24 Yanvar, 1980-ci ildə qəbul edilən ciddi islahatlar proqramı 
isə liberal iqtisadi siyasət modelinin tətbiqinin göstəricisidir. İddia 
etmək olar ki, Türkiyənin siyasi və iqtisadi sistemi elə bu gün də 
bu əsaslar üzərində qurulub. 1982-ci il Konstitusiyası və 1980-ci 
ildə qəbul edilən liberal proqram bunların hər ikisində baş verən 
çoxlu dəyişikliklərə baxmayaraq Türkiyə dövlətçilik sisteminə bu 
gün də formal və praktik olaraq təsir göstərməkdə davam edir. 
Türkiyənin siyasəti leqal olaraq hələ də 1980-ci il Konstitusiya-
sının çərçivəsində fəaliyyət göstərir, və Türkiyə iqtisadiyyatı isə 
liberal və neoliberal ideyaların tam təsiri altındadır. 
1980-ci  illərdə  Türkiyə  siyasəti  və  iqtisadiyyatında  iki  əsas 
güc  mərkəzi  mövcud  idi.  Birincisi  və  başlıcası,  Kənan  Evrənin 
rəhbərlik etdiyi hərbi rejim, və ikincisi isə Turqut Özalın idarəçiliyi 
altında olan sivil hökumət. Hərbi rejimin Kamalizm ideologiyasını 
və hakimiyyətini təmsil etdiyi halda, Özal hökuməti mühafizəkar 
qrupu təmsil edirdi. Ümumiyyətlə hər iki tərəf arasında aşağıdakı 
əmək bölgüsü var idi: Hərbi hökumət ideologiyanın, təhlükəsizliyin 
və dövlətin güc siyasətinin cavabdehliyini daşıyırdı, və Özal isə 
iqtisadi və xarici siyasətə rəhbərlik edirdi. 
Özalın rəhbərliyi altında olan Türkiyə hökuməti 1980-ci illərdə 
liberal dəyərlərə olan simpatiyanın təzahürü olaraq radikal şəkildə 
qloballaşmanın tərəfdarına çevrildi. Bu, Realizm, Natamam So-
vet  modelindən  Liberal  modelə  doğru  olan  çox  əhəmiyyətli  bir 
dəyişiklik idi. Ekspertlərdən biri bunu “liberal inqilab” adlandırır-

9
.  1980-ci  illərdən  etibarən  Türkiyə  iqtisadi  sistemində  idxa-
9
 Dankward A. Rustow, “Turkey’s Liberal Revolution”, The Middle East Review, Vol.17, No.3, 
(Spring 1985)


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
184
latın  məhdudlaşdırıldığı  iqtisadi  model  ixracat  yönümlü  iqtisadi 
inkişaf strategiyası ilə əvəz olundu. Türkiyə iqtisadiyyatı qlobal 
rəqabətə açıldı, Türk valyutasının dəyəri qalxdı, və idxalat-ixra-
cat  üzərindəki  dövlət  rüsumları  tədricən  azaldıldı.  Türkiyə  sivil 
cəmiyyəti və sahibkarlar inkişaf etməyə və daha çox təcrübə qa-
zanmağa başladılar. 
İxracatı artırmaq məqsədilə Türkiyə Yaxın Şərqdəki bazarlara, 
xüsusilə də neft ixrac edən ölkələrə, İraq, Küveyt, İran, Səudiyyə 
Ərəbistanı,  Liviya  ilə  məhsul  ixcar  etməyə  başladı.  Beləliklə 
Türkiyənin Yaxın Şərqlə olan əlaqələri o dərəcədə inkişaf etdi ki, 
bu Türkiyə xarici siyasətinə də təsir edirdi. Türkiyə-Avropa Birliyi 
münasibətləri isə çox da yaxşı deyildi çünki Avropa Birliyi ölkələri 
hərbi çevrilişin və hərbi qurumun siyasətinin tənqidçisi idilər. Amma 
bu o demək deyildi ki, bütün bunlar Türkiyənin NATO və Qərblə 
əvvəlki münasibətlərinə xələl gətirirdi. Tam əksinə, ABŞ-Türkiyə 
münasibətləri 1980-ci illərdə intensiv olaraq qalxan müstəvidə in-
kişaf edirdi. Türkiyə NATO və ABŞ tərəfindən dəstək alırdı çünki 
1980-88-ci illərdəki İran-İraq müharibəsində Türkiyənin rolu da-
nılmaz  idi.  Bu  müharibədə  Türkiyənin  neytral  mövqe  tutmasını 
demək olar ki, bütün müttəfiq dövlətlər müdafiə edirdi. 
Lakin 1990-91-ci illərdə baş verən Körfəz savaşında görün-
düyü kimi Türkiyə heç də həmişə neytral mövqe tutmurdu. Özal 
ABŞ-ın rəhbərliyi ilə İraqa qarşı tətbiq olunan BMT embarqosu-
nu dəstəkləmək məqsədilə ehmalca və qəti şəkildə İraqı idarə 
edən Səddam Hüseyn hökuməti ilə bütün əlaqələri kəsdi. Özal, 
1980-ci illərdə Türkiyənin ən böyük iqtisadi partnyoru olan İraq-
la cəlb edici iqtisadi münasibətləri kəsməkdə bir caizlik görmədi. 
Xüsusilə, Türkiyə İraqın Kərkük şəhərindən Türkiyənin Yumurta-
lıq ərazisinə neft aparan iki boru kəmərinin fəaliyyətini dayandır-
dı. Bu sanskiyalardan sonra Türkiyə biznesmenləri çox miqdarda 
pul itirdilər. Bu embarqo nəticəsində Türkiyənin iqtisadi itkisi 100 
milyard dollar həcmində dəyərləndirir.
Özəl sektoru və iqtisadiyyatı inkişaf etdirmək məqsədilə edilən 
bütün liberal reformlara baxmayaraq dövlət idarəçiləri İraqla iq-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
185
tisadi əlaqələri kəsməklə iqtisadi münasibətləri hələ də nəzarət 
altında saxladıqlarını göstərmiş oldular. Körfəz müharibəsi onu 
göstərdi  ki,  iqtisadi  gücün  idarə  edilməsində  özəl  sektor  hələ 
də zəifdir, və Türkiyədə cəmiyyət və iqtisadiyyat üzərində siyasi 
iradənin həll edici rolu vardır. Bu embarqo nəticəsində müqavilə 
bağlamış  firmaların,  ticarətçilərin  və  işçilərin  milyardarla  dollar 
itirməsinə  baxmayaraq  onların  başqa  seçim  şansı  yox  idi,  və 
dövlətin xarici siyasətinin nəticəsi olaraq İraqdakı işlərini dayan-
dırdılar. 
Körfəz müharibəsi və Sovet İttifaqının 1991-ci ildə dağılma-
sından sonra Türkiyə yeni beynəlxalq siyasi sistemə uyğunlaşma 
məcburiyyətində qaldı. Soyuq Müharibə sonrası dövr Türkiyənin 
qlobal  iqtisadiyyata  inteqrasiyasını  sürətləndirdi,  amma  özü 
ilə bərabər həll edilməsi vacib olan problemlər də gətirdi. Belə 
demək mümkünsə özünü yeni beynəlxalq sistemə və vəziyyətə 
uyğunlaşdırmaq  Türkiyə  üçün  çətin  bir  sınaq  idi.  Çətinliklər  iki 
tərəfli  idi:  yeni  qloballaşma  prosesi,  və  qonşu  regionlar  olan 
Yaxın  Şərqdə,  Balkanlarda,  Qafqaz  və  Mərkəzi Asiyada  yara-
nan təhülkəsizlik krizləri və problemləri idi. Qloballaşmaya gəl-
dik də, Türkiyənin maliyyə sektoru İstanbul Birjası (köhnə İMKB) 
vasitəsilə dünya maliyyə sisteminə inteqrasiya olmuşdu. Soyuq 
müharibə sonrası dövrdə Türkiyə iqtisadiyyatı dünyada baş verən 
iqtisadi və maliyyə krizi və şoklarına daha tez şəkildə məruz qa-
lırdı. Təhlükəsizlik probleminə gəldikdə isə Türkiyə PKK terror-
çularının həmlələrinə daha çox hədəf olmağa başladı, və İraq, 
Azərbaycan,  Bosniya-Hersoqovina,  Fələstin  və  başqa  yerlərdə 
yeni növ qeyri-stabilliklərlə üzləşdi. 
Bu  çətinliklərin  nəticəsi  olaraq  Türkiyə  dövlətinin  1990-ci 
illərdəki daxili siyasəti özünəməxsus və təkrarolunmaz bir məc-
ra da davam etdi. Zəif və qeyri-effektiv koalisiya hökumət lə rinin 
siyasətinin  nəticəsi  olaraq  dərin  siyasi  böhran  yaşandı.  Qeyri-
stabilliyin səviyyəsini göstərən fakt odur ki, on il ərzində 11 koali-
siya hökuməti formalaşdırıldı və 13 xarici işlər naziri təyin edildi. 
İqtisadi baximdan isə Türkiyə iqtisadiyyatı dərin böhrana düçar 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə