22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
128
əhalinin geniş kütləsinin təzyiqi ilə başlayır. Bu iki yoldur, lakin
heç də o demək deyil ki, elitanın suiqəsdi və ya xalq üsyanları
mütləq dövlət quruluşunun dəyişməsinə gətirib çıxarır. Çox vaxt
olur ki, hakimiyyətin qapalı dairəsini qırmaq mümkün olmur. Qa-
zaxıstanda dəyişikliklərə ciddi fon varmı? Bu suala birmənalı ca-
vab vermək olmaz. Avtoritar rejimlərin, xüsusilə təbii sərvətlərlə
zəngin olanların dayanıqlığı bir çox daxili və xarici faktorlardan
asılıdır. Mənim nəzərimcə ən vaciblərini sadalayım:
�
Vətəndaş cəmiyyətinin dəyişikliyə hazırlığı
və arzusu
�
Neftin qiyməti və başqa xammal məhsulları
�
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadi vəziyyəti:
ABŞ, Avropa Birliyi, Çin
�
Ölkənin başçısının yaxın ətrafındakı konfliktlər
�
Liderin sağlamlıq
vəziyyəti və iş qabiliyyəti
�
Rejimə qarşı layiqli və fəaliyyətdə olan müxalifətin olması
�
Geosiyasi mühit (xüsusilə Rusiya Federasiyasında hadi sə lər)
Bu siyahını yəqin ki, uzatmaq olar. Sadalananlardan görünür
ki, faktorların bir hissəsi bugünkü Qazaxıstan üçün keçərlidir, də-
yi şikliyə imkan yaradır, bir hissəsi isə əksinə əngəl törədir.
Bu məruzə çərçivəsində hər bir faktora ayrılıqda qiymət vermək
imkanı yoxdur. Onlardan hansınınsa təsirinə də dürüstlük qiymətini
vermək mümkün deyil. Mən yalnız qısaca ola raq Qazaxıstanda
olan siyasi elitanın və vətəndaş cəmiy yə tinin vəziyyətinə baxışda
dayanacağam. Belə ki, vacib olan dəyişikliklərin başlanması üçün
şərait deyil həm də siyasi dəyişikliyin uğurunun təminatı vacibdir.
Qazaxıstanda siyasi elita başa düşür ki, dəyişiklik vacibdir. Onlar
elə cəmiyyətdə yaşamaq istəyirlər ki, mülkiyyət hüququ və digər
hüquqlar liderin konkret şəxslərin, biznesmen və ya məmurların
loyal münasibətlə deyil, həm də qanunlarla görünsün. Elitalara
müstəqil məhkəmə, səlahiyyətli parlament lazımdır, onlar siyasi
və iqtisadi qərarlara təsir etmək istəyirlər. Onlar anlaşmalarla de-
yil, qanunlarla yaşamaq istəyirlər. Bununla belə siyasi dəyişiklik
arzulayan elita həm də ondan qorxur. Qazaxıstan siyasi sinfinin
qorxusu hər şeydən əvvəl onların mülkiyyətinin legitimliyinin sual
altında olması ilə bağlıdır. Bu vəziyyət yəqin ki, Azərbaycan və
Rusiyada da yaranıb.