Viktor Kovtunovski
Qazaxıstanda siyasi partiyalar
və seçkilər
Siyasi partiyaların ümumi
xarakteristikası və klassifikasiyası
Qazaxıstan Respublikasında rəsmi olaraq 9 siyasi partiya
qeydiyyatdan keçib. Bundan başqa faktiki olaraq daha iki siya-
si struktur mövcuddur. Bunlardan biri “Alqa” xalq partiyasıdır ki,
qeydiyyat üçün 7 il gözləyirdi. Keçən il onun fəaliyyəti məhkəmə
tərəfindən ektremist kimi qəbul olunub və hazırda partiyanın işi
hüquq müdafiə orqanları tərəfindən iflic olunub.
Digər bir partiya, “Azat” demokratiya partiyası bir ildən çox
Ədliyyə Nazirliyinə Ümummilli Sosial Demokratik partiyaya
birləşmək üçün ərizə verdikdən sonra qeydiyyatını itirmişdir.
Partiyanın birləşmə haqqında ərizəsi rədd olundu, əvəzinə isə
“Azat” partiyasının hüquqi qeydiyyatı ləğv olundu.
Demokratik Xalq Partiyası “Nur Otan”
Qazaxıstan Demokratik Partiya “Ak jol”
Qazaxıstan Kommunist Xalq Pariyası
Ümummilli
sosial demokrat partiya
“Ədalət” Demokratik Partiyası
Qazaxıstan Sosial Demokrat Partiyası “Auyl”
Qazaxıstan Vətənpərvərləri Partiyası
“Ruhaniyyət” Partiyası
Qazaxıstan Kommunist Partiyası
Demokratik “Azat” Partiyası (qeydiyyatı ləğv olunub)
Xalq Partiyası “Alqa” (qeydə alınmayıb)
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
120
Qazax ekspertləri siyasi partiyaları çox zaman 3 qrupa bölür.
I qrupda olan prezidentin başçılıq etdiyi “Nur Otan” Xalq De-
mokratik Partiyasıdır.
II qrupda olan partiyalar fəaliyyətdə olan rejimə bir neçə xüsu-
siy yətinə görə loyal olan və prezident admnistrasiyasının və ya
ona yaxın ətrafın dəstəyi ilə yaradılanlar daxildir.
Bunlar Qazaxıstan Demokratik Partiya “Ak jol”, Qazaxıstan
Kom munist Xalq Pariyası, “Ədalət” Demokratik Partiyası, Qa-
zaxıstan Sosial Demokrat Partiyası “Auyl”, Qazaxıstan Vətən-
pər vərləri Partiyası, “Ruhaniyyət” Partiyasıdır.
III qrupa müxalifət partiyaları: Qazaxıstan Kommunist Par ti-
yası, Ümummilli Sosial Demokrat Partiyası və qeydiyyatı olma-
yan Xalq Partiyası “Alqa” və “Azat” Demokratik Partiyası daxildir.
Partiya üzvlərinin sayı (patiyaların verdiyi məlumata əsasən):
Qazaxıstan Respublikasının siyasi partiyaları
Demokratik Xalq Partiyası “Nur Otan”
929 741
Qazaxıstan Demokratik Partiya “Ak jol”
190 000
Qazaxıstan Kommunist Xalq Pariyası
92 000
Qazaxıstan Kommunist Partiyası
54 246
Ümummilli
sosial demokrat partiya
140 000
“Ədalət” Demokratik Partiyası
70 000
Qazaxıstan Sosial Demokrat Partiyası “Auyl”
200 063
Qazaxıstan Vətənpərvərləri Partiyası
187 000
“Ruhaniyyət” Partiyası
72 000
Göstərilən cədvəldən aşkar göründüyü kimi, sayı 1 milyona
çatan “Nur Otan” sayca üstünlük təşkil edir. Əgər nəzərə alsaq ki,
seçicilərin sayı 9 milyondur, o zaman belə nəticə çıxarmaq olar
ki, seçicilərin hər 9 nəfərdən biri onun üzvüdür.
Nəzərə almaq lazımdır ki, bütün partiya üzvlərinin sayı
ekspertlərdə əsaslı şübhə yaradır. Sayın çoxaldılmasının müəy-
yən dərəcədə şübhə doğurması, partiyalar haqqında qanuna