22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
114
forma və mahiyyət etibarilə seçiciyə aydın olmadı və bəzi siya-
si qüvvələr tərəfindən qəbul olunmadı. Bundan başqa, 2007-ci
ildə tam şəkildə Dövlət Dumasına deputat seçkilərinin “partiya
hakimiyyətinin” zəiflədiyi şəraitdə proporsional sistemə keçməsi
“Vahid Rusiyan”nın əleyhinə çevrildi-birmandatlı dairələrdəki
seçkilərin ləğvi o vaxt situasiyanı stabilləşdirici faktora çevrilə
bilərdi.
Duma seçkilərindən sonra Rusiyanın siyasi sistemində geniş-
miqyaslı demokratikləşmə proqramının elan edilməsi ilk nəzərdə
hakim elitanın kütlənin tələblərinə güzəşti kimi görünürdü. Əslində
isə bu islahatlar hakim elitanın mövqelərini möhkəmləndirmək
məqsədi daşıyırdı, lakin vaxt azlığı və zamanın şərtləri əvvəl sı-
naqdan çıxmış modelə keçilməsinə aparıb çıxardı. Qubernator
seçkilərinə qayıdış, siyasi partiyaları qeydiyyata alma prosedu-
runun sadələşməsi, Dövlət Dumasında birmandatlı dairə seçki
sisteminin yenidən tətbiqi və.s. 90-cı illərin elə də mükəmməl ol-
mayan siyasi-elektoral sisteminin bərpası anlamına gəlir.
Eyni zamanda həmişəki kimi etimad referendumu kimi keçiril-
miş prezident seçkilərində V.Putinin inamlı qələbəsi, müxalifətin
birliyinin olmaması, sistemik müxalifət partiyaları ilə etiraz
hərəkatı arasında boşluğun olması ona gətirdi ki, “17 oktyabr
1995-ci il manifestinin” müasir analoqu ilə “reaksiya epoxası”nın
baş lanması arasındakı zaman kəsiyi çox qısa oldu. Çox şərti
olan “2011 Dekabr nailiyyətləri” hərtərəfli sterilizasiya olundu, və
də rəbəyliyin hökm sürdüyü 90-cı illərin seçki modeli isə “reaksion
düzəliş”ə məruz qaldı.
“Reformların” nəticəsində siyasi landşaft aşağıdakı kimi görü-
nür. Qubernatorların birbaşa seçkisi bələdiyyə filtri ilə ağırlaşıb,
yəni hər bir namizəd üçün 5%-dən 10%-ə qədər seçki keçirilən
regionun yerli özünüidarə orqanlarının deputatlarının imzasının
toplanması vacibdir.
Yerli özünüidarənin regional hakimiyyətdən administrativ
və maliyyə cəhətdən total asılılığını nəzərə alsaq bələdiyyə fil-
tri “hakimiyyət partiyasından” olan namizədə üstünlük verir və
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
115
seçicilərin fikrincə onlara təhlükəsiz rəqib namizəd seçilir. Daha
uzunmüddətli perspektivdə isə bələdiyyə filtri güclü siyasi fiqurları
əvvəllər daha az maraqlı olan bələdiyyə seçkilərinə cəlb etməyə
yönəltməklə yerli özünüidarə səviyyəsində siyasi rəqabətin inki-
şafını stimullaşdıra bilər.
Lakin bu imkan regionlara birinci şəxsin birbaşa seçkilərdə
və ya regional qanunvericilik iclaslarında deputatlar tərəfindən
seçiləcəyi hüququ barədə özünün qərar verməsi haqqında Qu-
bernator seçkiləri haqqında qanuna axırıncı düzəlişdən sonra
təsir qüvvəsini itirmişdir.
Bu düzəliş birbaşa seçkilərin sosial və etnik qruplararası gər-
ginlyə aparıb çıxara biləcək müxtəlif etnik qrupların çoxluq təşkil
etdiyi milli respublikalar üçün edilmişdir. Lakin ondan istifadə im-
kanı Federasiyanın təkcə bu tip subyektləri üçün məhdudlaşmır,
və böyük ehtimalla qubernatorların böyük əksəriyyəti federal
mərkəzin səhlənkarlığı ucbatından regional hakimiyyət orqan-
larının deputatlarının səsverməsi kimi daha sakit və problemsiz
variantı seçəcək.
Siyasi partiyaların qeydiyyatının liberallaşması partiya siyasi
məkanında defraqmentasiyaya, parlamentdəki “müxalifətin başı
üzərində Damoklun qılıncı” kimi asılan və onun fəaliyyətini məh-
dud laşdıran, onu hakimiyyətlə kompromisə məcbur edən çox-
saylı pozucu faktorların yaranmasına gətirib çıxardı. Parlament
seçkilərinin trumfatoru olmuş RFKP və Ədalətli Rusiyanın aşkar
passivliyi, həmçinin bu faktorla şərtlənmiş RF-nın prezident ad-
ministrasiyası ehmalca başa salır ki, istənilən an “yenilər” “qoca-
ları” sıxışdıra bilər, ya da ən azından elektoral məkanda onlara
problem yarada bilər. Öz növbəsində səsvermə üçün vahid, yəni
tək bir günün tətbiq olunması və onun Sentyabra keçirilməsi mü-
xa lifətin indi tətillər mövsümünə düşən təşviqat kampaniyasını
çətinləşdirir. Dövlət Dumasına deputat seçkiləri üzrə qanunun
2003-cü il versiyasına qayıdılması da (225 yer partiya siyahısı
ilə , 225 yer birmandatlı dairələr) Kreml tərəfdən inisiasiya olun-
muşdur, və situasiyanın ən əlverişsiz inkşafı vaxtı belə növbəti
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
116
seçkilərdə daimi Duma çoxluğu şansını qorumağı nəzərdə tutur.
Nəticədə indiki zamanda Rusiyanın siyasi sisteminin vəziyyəti
Xəzəryanı ölkələrdəki vəziyyətdən az fərqlənir. Birinci şəxsin
seçimi etimad referendumu formatında keçirilir, hakimiyyətin
dəyişikliyi isə imitasiya xarakteri daşıyır.
Siyasi müxalifət parçalanmışdır: “2011-ci il Dekabr ide-
allarının “ müdafiəsinə iddialı və hakim elitanın rəqibləri olan
müxalifət qrupları (A.Navalnı, S.Udalsov, İ.Ponomaryov, ata
və oğul Qudkovlar və s.) sürətlə ictimai dəstəyi itirirlər, və
Azərbaycan və Qazaxıstanda olduğu kimi narazı kiçik bir
qrup ziyalı təbəqənin dəstəyinə güvənirlər. 2012-ci il, 6 May
hadisələri zamanı mitinqçilərin bir hissəsinin təhlükəsizlik
qüvvələri ilə toqquşması ona gətirib çıxardı ki, hakimiyyət sərt
olaraq “vinti burdu”, yəni hədə və təhdidləri artırdı ki, buna da
radikal müxalifət hazır deyildi.
Sistemik müxalifət seçki kampaniyaları arası ona səs verən
sosial qrupların maraqlarını qorumaq əvəzinə hakimiyyətlə
əmək daşlıq yolunu seçir, və ABŞ vətəndaşlarının yetimləri
uşaqlığa götürməyini qadağan edən qanunu dəstəkləməklə
(Dima Ya kovlev qanunu) bir neçə vaxt öncə “Vahid Rusiya-
nın” əsas mü xalif rəqibləri sayılan RFKP və “Ədalətli Rusiya”
partiyalarının mühüm şəkildə hakimiyyətlə bağlayır. Vətəndaş
cəmiyyəti atomlaşdırılıb, yəni xırda hissəciklərə bölünüb, və
“ABŞ dəhşətləri”, “90-cı illərin pərakəndəliyi” qorxusu ilə asanca
manupilasiya olunur, və demokratikləşmə ideyasına isə laqeyd-
dir. 2011-2012ci ilin krizisindən sonra Rusiya rəhbərliyinin si-
yasi strategiyası demokratik institutların daha köklü formada
devalvasiyasına yönəlib, bununla da Rusiya, Qazaxıstan və
Azərbaycana daha çox yaxınlaşır, və istisna deyil ki, Nazarba-
yev və Əliyev rejimləri Kremlə ideal bir variant kimi də görünə
bilər.
Lakin ölkənin birinci şəxslərinin hakimiyyəti dəyişməmələri
Xəzəryanı ölkələr, həm də Rusiyanın siyasi rejimi üçün sistem-
Dostları ilə paylaş: |