22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
137
sisteminin ləğvi təkcə müxalif siyasi partiyaların siyasi pro ses lər-
də iştirakını məhdudlaşdırmaqla yanaşı, həmçinin hakim YAP-
ın daxilində fraksiyalaşma meyllərinin artmasına aparıb çıxartdı.
Bu hadisə ölkədə siyasi partiyalaşma prosesinə ciddi zər bə vur-
maqla sonrakı illərdə tədricən siyasi partiyaların siyasi sis tem dən
kənarlaşdırılmasına yol açdı.
Həmin dövr üçün səciyyəvi olan ictimai-siyasi proseslər seç-
ki pro sesinin dəyişməsinə yönəlməklə 3 mühüm istiqamət üzrə
qrup laşdırıla bilər:
1) Seçki qanunvericliyinin təkmilləşdirilməsi
yönündə beynəlxalq təşəbbüslər
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun
(ATƏT/DTİHB) 1998-ci il prezident seçkisinin müşahidələri üzrə
Yekun Hesabatında önə çəkilən çatışmazlıqlarla bağlı bir sıra
sahələr, əsasən də seçki qanunvericiliyinin təkmilləşdirlməsi ilə
bağlı tövsiyyələr yer alırdı. Bu tövsiyyələr sonradan Azərbaycan
Avropa Şurasına üzv olarkən daha konkret və aydın şəkildə üzv-
lük ərizəsində təsbit olundu. Bununla da həm ATƏT/DTİHB, həm
də Avropa Şurası strukturları Azərbaycanda seçki prosesi və
seçki qanununun təkmilləşdirilməsi prosesinə cəlb edildilər.
2002-ci ilin oktyabrında Azərbaycan Respublikası Prezident
Aparatı tərəfindən yeni seçki qanunu – Seçki Məcəlləsi layihəsi
beynəlxalq təşkilatlara – Avropa Şurası Venesiya Komissiyası,
ATƏT/DTİHB və ABŞ Seçki Sistemləri üzrə Beynəlxalq Fon-
duna təqdim edildi. Maraqlıdır ki, hakimiyyət Seçki Məcəlləsi
layihəsinin ilkin formasını ölkə ictimaiyyəti – siyasi partiyalar və
QHT-lərdən öncə beynəlxalq təşkilatlarla müzakirə etməyə üs-
tünlük verdi. Bununla belə beynəlxalq təşkilatlarla yerli ictimai-
siyasi institutlar arasında yeni seçki qanununda müstəqil seçki
kommissiyalarının formalaşması, seçkidə şəffaflığın təmin olun-
ması və vətəndaşların seçki hüququna geniş təminatlar baxımın-
dan həmrəylik müşahidə olunurdu. Ancaq hakimiyyət seçkilərin
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
138
bir sıra aspektləri, o cümlədən seçki komissiyalarının bütün si-
yasi qüvvələrin bərabər iştirakı ilə formalaşması təklifinə məhəl
qoymadan, parlamentə ictimai etimad qazanmayan qanun
layihəsi təqdim etdi. 2000-ci ildə Azərbaycanın Avropa Şurası-
na üzv olarkən müxalif siyasi qüvvələrin seçki komissiyalarının
formalaşmasında paritet işti rakı ilə bağlı öhdəliyinə baxmayaraq,
hakimiyyət seçki ko mis siyalarında hakim siyasi partiyanın üstün-
lüyünü qorumağa çalışırdı.
2002-ci ilin Dekabrından 2003-cü ilin Mayınadək ATƏT/
DTİHB, Avropa Şurası Venesiya Komissiyası və digər beynəlxalq
təş kilatlar Seçki Məcəlləsi layihəsinin müxalif partiyalar və
QHT-lərlə razılaşdırılması yönündə iqtidarla dialoqun təşkilinə
vasitəçilik etməyə çalışdı. Ancaq seçki komissiyalarının paritet
əsasda formalaşdırılması məsələsində qarışılıqlı razılığın əldə
olunmaması, əsasən də iqtidarın güzəştsiz mövqedə durması
Seçki Məcəlləsi layihəsinin 2003-cü ilin Mayında parlamentdəki
müxalif deputatların iştirakı olmadan qəbul olunması ilə
nəticələndi. Təəssüff ki, müzakirələrin əvvəlində beynəlxalq təş-
kilatlar daha prinsipial olsalar da, layihə qəbul edilərkən susma-
ğa üstünlük verdilər.
2) Azad və ədalətli seçkilər uğrunda
ictimai təşəbbüslər
1998-ci ilin prezident seçkisi zamanı yerli QHT-lər, xüsusən
də Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım
Mərkəzinin seçki müşahidəçiliyi sahəsində fəaliyyəti ölkədə azad
və ədalətli seçkilərlə bağlı vacib prinsipin – seçkilərdə ictimai
nəzarətin gücləndirilməsinə töhfə verdi. Məhz bu cür fəallığın
“hədiyyəsi” olaraq, iqtidar 2000-ci ildə “QHT-lər haqqında” qanun
qəbul edilərkən bu sənədə xarici kapital hesabına maliyyələşən
QHT-lərin müşahidəçilik fəaliyyətini qadağan edən müddəa
əlavə etdi. Bununla da 5 il boyunca müstəqil QHT-lərə xarici
donorlardan qrant əldə etdikləri üçün seçkilərin monitorinqini