22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
63
lek tuallarımızın Maarifçiliyin cəsarətli düşüncəsini alt-üst etmək
fəa liyyəti tənqidi Kant sistemi ilə zəka sualları və təftişi qarşısın-
da əbədi olaraq mövcud olacaq.
Söylədiklərimin məcrasında yenidən təkrar edim ki, dəfə-
lər lə deyilib: Qarabağın həlli demokratiyadan keçir. Bunu
dəqiqləşdirim: Maarifçilik və Liberalizm vasitəsi ilə, tarixi ontolo-
giyanı qaytarmaq yolu ilə, hazırlıq və düşünmək bacarığı ilə.
Yalnız təkrar edə bilərəm ki, biz, nəhayət ki, hər iki tərəfdən
tarixi və nasionalist arqumentləri istifadə etməyən insanların,
mən deyərdim, posttarixi və postnasionalist elitanın əməkdaşlığı
yolu ilə sıfır nöqtəsinə çatmalıyıq. Bu kimi insanların hər hansı
uyğun bir səlahiyyətə malik olmamasında heç bir təhlükə yoxdur,
bu insanların öz dövlətləri və hətta öz cəmiyyətləri tərəfindən
verilmiş hər hansı bir imtiyazlarının olmamasının da problemi
yoxdur. Sonra isə danışıqlar üzrə ekspertlərə və ya əlaqədar
ədəbiyyata müraciət etmək olar. Məsələn, R.Fişerin və U.Yurinin
“Razılaşma yolu və ya məğlubiyyətsiz danışıq” kitabına. Bu kitab
haqqında bizim kolleqamız Nikolay Rozov öz monoqrafiyasında
şərh yazıb.
Biz öz “varlığımızın ağır dözülməzliyini” şişirtmə meyliliyimizlə
bütün bunlar bizə sadəlövh görünə bilər, lakin belə “nə sülh, nə
müharibə” vəziyyəti konfliktin eskalasiyasına gətirib çıxara bilər,
o halda həmin səlahiyyəti və imtiyazı olmayan əməkdaş elita da-
nışıqları təşkil etməklə imdada çata bilər. R.Fişerin və U.Yurinin
adlandırdığı kimi “təxirəsalınmaz sülh danışıqları” lazım ola bilər.
Fikrimi İmmanuel Vallerstaynın “Liberalizmdən sonra” kitabın-
dan yekun sətirlərlə bitirmək istəyirəm.
Qeyd etmək istərdim ki, kitabı oxuyarkən mənim müəlliflə razı
olmadığım məqamlar çox idi, lakin yekun sətirlər məni müəlliflə
barışdırdı.
“Siz düşünə bilərsiniz ki, mənim tərəfimdən təklif edilmiş
məqsədyönlü sosial və siyasi proqram fəaliyyətinin ümumi ciz-
giləri qarşıdan gələn 25-50 il üçün hədsiz dumanlıdır. Lakin o
burulğanın mərkəzində yerləşdiyindən mümkün olduğu qədər
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
64
konkretdir. Birincisi, müəyyən edilməlidir ki, siz hansı sahilə
istiqamət götürürsünüz. Ikincisi, əmin olun ki, sizin ilk cəhdiniz
sizi həmin istiqamətə doğru yönəldir. Əgər siz bundan da böyük
dəqiqlik istəyirsinizsə bunu tapmayacaqsınız və o dəqiqqliyi ax-
tardığınız vaxtda boğulacaqsınız”.
Təkrar edim, hətta burulğana düşəndə belə boğulmamaq
üçün çıxış yolu axtarmağı davam etdirmək lazımdır.
Nikolay Rozov
Rusiya tarixinin mərhələləri,
demokratikləşmənin çətinlikləri və
postsovet məkanında konfliktlərin
həlli şərtləri
Rusiya tarixinin silsilələri
Bu məqalədə Rusiya tarixi mərhələlərinin əsas modeli və
izahı veriləcək, bu model çərçivəsində Rusiyadakı sosial siyasi
vəziyyət qısaca xarakterizə olunacaq, Kremlin xarici siyasətinin
istiqamətləri göstəriləcək, postsovet məkanında konfliktlərin həlli
perspektivləri araşdırılacaq.
Qulluqçu sinfin uzun mərhələli mobilizasiya və inqilablar
modellərində (Rusiyada Qroznı, Petrovski, Stalin mərhələlərinin
baş lanması kimi) mərhələli dəyişkənlik rekonstruksiyası baş ve-
rir ki, bunu dövlətin uğuru adlandırmaq olar (ərazilərin geniş lən -
dirilməsi, xarici arenada güc prestiji, hakimiyyətin və rejimin le gi-
tim liyi, daxili stabillik)
Qısa mərhələli islahat-əks islahat modellərindəki mərhələli
ola raq baş verən dəyişkənlik isə şəxsiyyətin və mülkiyyətin mü-
da fiəçisi, həmçinin idarəetmədə iştirakının ölçüsü olan azad lıq
dır.
Rusiya tarixi totalitarizmdən repressiyalaradək, dövlət və anti
döv lət terroru – iğtişaşlar və məğlubiyyətlər, liberal ümidlənmə, la -
yihə və islahatlar sərgiləyən müstəsna qarışıq bir triumflar di na mi-
ka sında təzahür edir. Bütün bunlara rəğmən ümumi mən zərə xaotik
de yil, əksinə sterotipik və təkrarlarla dolu olan bir gö rün tü yaradır
1
.
1-ci takt. “Uğurlu mobilizasiya” Dövlətçiliyin və emosionaliz-
min yük səlişi, qulluqçu sinfin kəskin artımı, gücün artımı. Daxili
sabitlik, etirazların yatırılması. Ekspansiyanın daimi olaraq bir
həd di var və adətən 2-ci takta keçir.
2-ci takt. “Stabillik-staqnasiya”, yəni inkişafdan dayanma.
Bə zən nisbi sakit, bəzən elitanın və rejimin deqradasıyası ilə
1
Более детально о природе и внутреннем порождающем механизме этих циклов см. в
книге: Колея и перевал: макросоциологические основания стратегий России в XXI веке.
М.: РОССПЭН, 2011. http://www.nsu.ru/filf/rozov/publ/kol-per.htm
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
66
müşayət olunur, və təlatümlü olaraq 3-cü taktla bitir.
3-cü takt.“Sosial-siyasi krisiz”. Böyük iğtişaşlar, kəndli və və-
tən daş müharibələri, daha dərin və təhlükəli xarici müdaxilələr.
Bu “Krizis bölünmələr və 4-cü və 5-ci taktları tətbiq etmək üçün
edi lən tələsik cəhdlərlə xarakterizə olunur.
4-cü takt. “Liberallaşma”. Bəzən ”yuxarıdan” bəzən spontan
ola raq “aşağılardan” kortəbii şəkildə həyata keçirilir, lakin bir qay-
da olaraq uğurla nəticələnmir. Bu mərhələ bəzən 3-cü takt olan
“Krizisə” qayıdır, ya da 5-ci takt olan “ Yuvarlanmaya” doğru gedir.
5-ci takt. “Avtoritar yuvarlanma” Bir çox hallarda bu mərhələ
“Krizis”dən çıxarır və “Stabillik staqnasiya” mühitinə qaytarır, la-
kin bəzən “Uğurlu mobilizasiya” taktına aparır, amma müəyyən
şərtlər daxilində isə “Krizis” taktının dərinləşməsinə, və 6-cı takt
olan “Dövlətin çöküşü” mərhələsinə gətirib çıxarır.
6-cı takt. “Dövlətin dağılması” “Krizis” tendensiyalarının son
dağıdıcı dərəcəsi kimi başa düşülməlidir. Dövlətçiliyin bərpası
vaxtı yeni hakimiyyət adətən zəif və ona görə də liberal olurlar,
müxtəlif tipli geniş aktor auditoriyasına güvənir, lakin “Avtoritar
yuvarlanma” taktına qayıdış və ya tanış olan irticaçı qaydaların
yenidən tətbiqi sonralar baş verən bir prosesdir.
Taktların bizim parametrik məkanda fazalı keçid modeli vasi-
təsilə ardıcıllığını nümayış etdirək. (Şəkil 1)
Şəkil 1. Rusiya tarixinin tsiklik dinamikasında taktlar və tak tlar arası
keçidlər. Ştrixlənmiş və ox işarəsi olan blokların kon tur ları tez tez rast gəlinən
keçidlərin dairəvi dinamikasıdır. “Li be ra lizasiya” və “Dövlət çöküşü” və “Uğurlu
mobilizasiya” arasındakı kontur isə-saat kəfkiri dinamikasını göstərir.
Dostları ilə paylaş: |