22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
48
mır.
Başqa sözlə, mən bu məsələləri “uzun iş” adlandırardım.
Bu yaxınlarda, mənim internetdə çıxan bir məqaləm bö-
yük hay-küyə səbəb oldu. Konfransımızın mövzusu ilə birbaşa
əlaqəli olmasına baxmayaraq məqalənin özünə toxunmayaca-
ğam. Eləcə də mənim ünvanıma təhqiramiz sözlər yağdırmağı
öz lə rinə layiq bilən o müəlliflərin də adlarını çəkməyəcəm (in ter-
netdə belə şeylər olur). Şərhlərini daha
korrekt ifadə etmiş intel-
lektuallarımızdan yalnız birinin fikrini xatırladım.
Müəllif hesab edir ki, “əgər bu mətn daxili istifadə üçün qapalı
ana litik formatda yazılmış olsaydı bu başqa məsələ olardı”. Gəlin
hə min bu “qapalı” məsələsinə diqqət edək. Fərz edilir ki, əgər
kon flikt mövcuddursa və bir halda ki, ölkədə “müharibə” gedir
(bu “elan edilməmiş müharibə”dirsə demək olar ki, praktiki ola-
raq mü haribə yoxdur), qələbə naminə, mənəvi-əxlaq normalarını
tap da lamaq nəinki mümkündür, hətta lazımdır, və hüquq norma-
larına riayət etməkdən isə heç söhbət gedə bilməz.
İstər-istəməz vətəndaş müharibəsi dönəmində Linkoln və
onun mövqeyi yada düşür: prezident hüquqa deyil, hüquqşünas
prezidentə diktə edirdi. Bizim qaydalara qalarsa, etiraf edilir ki,
gərək prosesə “millət daxili mənəviyyat” və “millət daxili hüquq”
rəhbərlik etsin, qalan nə varsa hamısı artıq yük kimi kənara tul-
lanmalıdır, çünki konfliktin həllinə əngəl törədir. Bunun üzərində
ətraflı dayanmağa vaxt yoxdur: əslində isə mənim çıxışımın bü-
tün konteksti belə “qapalılıqları” birbaşa və ya dolayısı ilə təkzib
etməkdir.
Mənim opponentimin növbəti fikri daha maraqlıdır: “Rəhman
hələ də Qərbin özü tərəfindən ötən əsrdə, birinci dünya mü hari-
bəsinin başlanması ilə ixtisara salınmış “Maarifçilik layihəsi” il-
lüziyasının əsirliyindədir. Mədəni “ağ” adamın mas ka lan mış
adamyeyən olduğunu isbat edən bu qədər psixoanalitik və post-
strukturalistik tədqiqatlardan sonra elə bir utopik layihəyə necə
inanmaq olar.”
Yəqin ki, yeni bir J.Derrida bu passajın dekonstruksiyasına
əməlli bir kitab həsr edərdi. Doğrudan da bütün bu kəskin ifadələr