Soz metbexi son indd


Söz mətbəxi “AZƏRBAYCAN VƏ HALAL MƏTBƏX” HƏRƏKATI



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə106/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   99   100   101   102   103   104   105   106   107

324
Söz mətbəxi
“AZƏRBAYCAN VƏ HALAL MƏTBƏX” HƏRƏKATI
Çox qəribə bir vəziyyətlə üzləşmişik. Bayrağımızda İslam rəngi gəzdir di -
yimizə baxmayaraq paytaxtımızda bir dənə də “Halal mətbəx” restoranı yox-
dur. Nə gələn qonaqları, nə ailəmizi halal mətbəx restoranına, kafesinə  apa  ra 
bilmirik. Elə bir yerə ki, oraya gələn ərzaq da, bu ərzağı bişirən də, xid mət 
edən də, sahibkar da halal olsun, halal içkilər, halal yeməklər verilsin, ha lal 
qiymətlər olsun. Dünyada halal mətbəx hərəkatına təkan vermək, onu güc-
lən dirmək üçün Azərbaycan da öz töhfəsini verməlidir. Bu tip yeməkxana və 
restoranlara ehtiyac var. 
Bundan əlavə, uşaq bağçalarında, məktəblərdə, fəhlə yeməkxanalarında, bü-
tün sosial qida müəssisələrində halal və milli mətbəx üzərində qurulmuş yemək 
öynələri verilməlidir. Biz orta məktəbdən uşaqları haram yeməklərdən uzaq tut-
malı, halala öyrətməliyik. Bu həm milli, həm də sosial mətbəx mədə niy yətidir. 
Əhalisinin əksəriyyətinin müsəlman olduğu, bayrağında İslam rəngi olan 
bir ölkədə milli halal mətbəx əsas olmalıdır. 
Kulinariya mədəniyyəti sahəsində Beynəlxalq təşkilatlardakı uzun müd-
dət li  çalışmalarımız göstərdi ki, başqa dini və mədəni konfessiyalar mətbəx 
mə dəniyyətinin təbliğatı vasitəsilə bizim beynimizə güclü təsir göstərməklə 
məşğuldurlar. Bu təbliğat vasitəsinin çox xoşagələn, yumşaq, zahirə görə ol-
ması onun gözə görünməz təsirini daha da artırır. Fransız, İtalyan, Çin resto-
ranları daha çox missioner xarakter daşıyır. “Mcdonalds”ın misalında bunu 
daha aydın görmək olar. Bu müəssisə öz gözəlliyi və yeməkləri ilə gənclərə 
güclü təsir göstərməklə Amerika həyat tərzini, Amerikanın cazibədar obrazını 
yaradıb beyinlərə yeridir. Fransız mətbəxinə aludə olan şəxs şərabdan imtina 
edə bilməz. Çünki bunlar artıq simvollaşmış, kodlaşmış anlayışlardır. 
Vatikanın nəzdində 800 ilə yaxın yaşı olan müqəddəs Lavrenti adına Xris -
tian Səlib ordeninin bu gün geniş fəaliyyət göstərməsi də bu məqsədlərə xid-
mət edir. 


“Azərbaycan və Halal mətbəx” hərəkatı
325
Fransanın ən yüksək dövlət mükafatı Fəxri Legion Ordeni yalnız bir nəfər 
mülki şəxsə, XIX əsrin sonlarında Fransız mətbəxini dünyaya tanıdan Oqyust 
Eskofyeyə ona görə verildi ki, o, dünyanı Fransa üçün silahsız fəth etməyə nail 
oldu. Bu, Fransa dövlətinin fransız mətbəxinin təbliğinə göstərdiyi diqqətin 
bariz nümunəsi idi. İsveç hökuməti bir milyon mühaciri isveçli etmək, as-
similyasiyaya uğratmaq üçün orta məktəblərdə yalnız  İsveç yeməklərinin 
verilməsi barədə qərar qəbul edib. 
Səlib yürüşlərinin beyinlərdə davam etdirilməsinin ən güclü yollarından 
biri mətbəx mədəniyyəti vasitəsilə həyata keçirilir. 
2005-ci ildə Avropa Şurası Mədəniyyət Konvensiyasının 50 illiyinə həsr 
edilmiş “Avropanın Mətbəx Mədəniyyəti” kitabını çapdan buraxdı. Kitab bir 
neçə dünya mükafatları aldı və indi müxtəlif dillərdə çap edilməyə başlayıb. 
Çox nəfis, çox gözəl olan, xeyirxahlıq rəmzi kimi görünən bu kitabda yalnız 
iki müsəlman ölkəsi (Azərbaycan və Türkiyə) təmsil edilib 
Ümumdünya Kulinariya Təşkilatları birliyində cüzi miqdarda islam ölkə-
ləri təmsil edilib. Biz həmişə bu sahəyə sadə bir şey kimi baxmışıq. Yalnız 
bizim çox güclü dəstəyimizlə Özbəkistan, Qazaxıstan və Türkiyə bu təşkilata 
üzv ola bildi. 
İslam ölkələrinin dövlət rəhbərlərindən mənə məlum olduğuna görə yal-
nız böyük öndərimiz Heydər Əliyev bu məsələyə ciddi diqqət yetirmiş və bu 
sahədə bir neçə  sənəd imzalamışdı  və bu siyasət möhtərəm Prezidentimiz 
İlham Əliyev tərəfindən davam etdirilir. Məhz buna görə də I Beynəlxalq İs-
lam mətbəxi festivalı-çempionatı 2009-cu ilin oktyabr ayında Bakıda reallaş-
dı. 
Hesab edirəm ki, İslam mədəniyyətinin, gözəlliyinin, ülviliyinin, təmizli-
yi nin  tanıdılması, başqa mədəniyyət və konfessiyalar tərəfindən qəbul edilməsi 
üçün ən sadə, yumşaq, daimi təsirə malik vasitə İslam mətbəx mədəniyyətinin 
güclü təbliğindən ibarətdir. 
Dünyanı istila edən ölkələr İslamı terrorla bağlamağa cəhd göstərdikləri 
bir dövrdə Mətbəx Mədəniyyətinin İslamla bağlı təbliğatı İslamın dinc xarak-
terini əyani və daimi əks etdirən faktor ola bilər. 
Yuxarıda deyilənlərlə bağlı olaraq biz aşağıdakı təklifləri irəli sürürük. 
1. İldə bir dəfə İslam ölkələrində bu sahədə çalışan alim və mütəxəssislərin 
elmi-praktiki konfransları  təşkil edilsin. Bu konfranslarda qarşıya qoyulan 
strateji məqsədlər və taktika müəyyənləşdirilsin. 


326
Söz mətbəxi
2. “İslam ölkələrinin mətbəx mədəniyyəti: oxşarlıqlar və fərqlər”, “Halal 
mətbəx”, “İslam ölkələrinin dünya mətbəxinə təsiri” adlı dünyəvi böyük ki-
tablar dünya dillərində çap edilib ortaya qoyulsun. 
3. Halal mətbəx mədəniyyəti, halal mətbəxin insanın fiziki və ruhi sağ-
lamlığında rolu həm elmi konfranslarda, həm də kitablarda öz əksini tapır. 
4. “İslam ölkələrinin mətbəx mədəniyyəti” adlı dünya festivalları keçirilsin. 
5. Hər bir İslam ölkəsində bu işlə  məşğul olan elmi, peşəkar qurumlar 
yaradılsın. 
6. “Dünya İslam mətbəxi” adlı ali təhsil ocağı yaradılsın. 
7. Bütün bu proseslərin idarə olunması üçün İslam Ölkələri Konfransı ya-
nında “İslam ölkələrinin Kulinariya mədəniyyəti” ilə bağlı daimi qurum və ya 
Assosiasiya yaradılsın. 
Azərbaycanın bu sahədə müvafiq təcrübəyə malik olması, coğrafi yeri, 
Qərblə Şərqin təmas nöqtəsində durması bu proseslərə yardım etməyə imkan 
verir və biz bu missiyanı öz üzərimizə götürə bilərik. 
Ədəbiyyat 
1.  T. İ.Əmiraslanov. “Tutmac haqqında dastan”. Bakı, “Kulina” j, 2003, № 1(01), 
səh. 8-9. 
2.  T. İ.Əmiraslanov. “Azərbaycan mətbəxi”. Bakı, “Kulina” j, 2003, № 1(01), 
səh. 36-37. 
3.  T.  İ.Əmiraslanov. “Düşbərə haqqında dastan”. Bakı, “Kulina” j, 2003, № 
2(02), səh. 14-15. 
4.  T. İ.Əmiraslanov. “Azərbaycan mətbəxi”. Bakı, “Kulina” j, 2003, № 2(02), 
səh. 16-17
5. N. Mürsəlova “Quba mətbəxi”. Bakı, “Kulina” j, 2003, № 2(02), səh. 40-41. 
6.  T. İ.Əmiraslanov. “Azər bayramı – Azərbaycanlıların bayramı”. Bakı, “Kuli-
na” j, 2003, № 3-4, səh. 3-5. 
7.  T. İ.Əmiraslanov. “Azərbaycan mətbəxi”. Bakı, “Kulina” j, 2003, № 3-4, səh. 6-7. 
8.  T. İ.Amiraslanov. “The Azerbaijan Cuisine”. Bakı, “Kulina” j, 2003, № 3-4, 
səh. 10. 
9.  T. İ.Əmiraslanov. “Yumurta haqqında dastan”. Bakı, “Kulina” j, 2003, № 3-4, 
səh. 12-14. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə