Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə105/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   99   100   101   102   103   104   105   106   107

Çay süfrəsinin ənənələri
321
rı bir-birinə yaxınlaşdırır, yadları dostlaşdırır. Çay süfrəsi arxasında hər bir 
azərbaycanlı özünü şair hiss edir. Məhz bu səbəblərə görə Azərbaycanda çay-
xanalar heç vaxt “fast-fud”, “bıstro” və ya “tezbazar” xidmət göstərən digər 
kafelərə çevrilə bilməz. Təsadüfi deyil ki, həyat boyu bizi müşayiət edən bu 
içki haqqında bu qədər dastanlar qoşulub, şeirlər yazılıb, mahnılar bəstələnib!
Çay yeganə içkidir ki, bütöv bir fəlsəfinin təməlini qoymuşdur. XV əsrdə 
Çində çayın xüsusi kultu və onun əsasında qurulan xüsusi fəlsəfə cərəyanı – ti-
izm yaradılmışdır. Çay ən qiymətli hədiyyəyə, ehtiram əlamətinə çevrilir. İm-
peratorlar hər hansı bir bağbanı fərqləndirmək üçün onu çayla mükafatlandırır-
dılar. Krallar ən qiymətli bəxşiş kimi çayı bir-birinə göndərərdilər. Alimlər çay 
haqqında traktatlar yazır, şairlər şeir qoşub məharətlə bir-birilə yarışardılar. Çay 
barəsində ilk kitabı hələ VII əsrdə “Əjdaha buludu” monastırının rahibi Lu Yu 
yazmışdır. 
Həmin “Çay ensiklopediyası”nda bele sözlər var: “... o, öküzün çənəsi 
kimi burulmalı, tatar atlısının çəkməsi kimi əzilməli, dağ dərəsinin üstündən 
keçən bulud kimi açılmalı və yağışla isladılıb torpağa yapışan incə toz kimi 
yumşalmalıdır”. 
Çin imperatoru Kiyen Lonqun saray şairi Lu Vu hələ VII əsrdə “Çay haq-
qında müqəddəs yazı” kitabını yazmışdı ki, həmin kitab 3 cilddən ibarət idi. 
Tanq sülaləsindən olan qədim çin şairlərindən biri isə çay haqqında belə 
yazırdı: “Birinci fincan dodaqlarımı və boğazımı isladır, ikincisi tənhalığıma 
son qoyur, üçüncüsü içalatımda tədqiqat aparır, dördüncü fincan mənə paklıq 
bəxş edir, beşinci ölməzlik dünyasına yüksəldir, altıncı isə. . . oh, amma daha 
içə bilmərəm... yalnız əllərimdən qalxan sərin yelin nəfəsini hiss edirəm”. 
Qədim çin şairinin sözləri azərbaycanlıların dünyagörüşü ilə həmahəngdir. 
Xalq arasında işlənən atalar sözünü xatırlamaq kifayətdir:
Çayın biri qaydadı
İkisi cana faydadı
Üçü nəsdi
Dördü bəsdi 
Çatdı beşə
Vur on beşə
Çay nədi, say nədi. 


322
Söz mətbəxi
Müasir Çin ədəbiyyatında da çay haqqında maraqlı  məlumatlar verilir. 
Görkəmli çin yazıçısı Szen Pu (1971-1935) “Şər dəryasında çiçəklər” (1905) 
adlı romanında belə yazırdı: “Səfir həyat yoldaşı ilə İngiltərəyə gələndə, burada 
əl işləri sərgisi keçirildi. İngiltərənin bütün aristokrat qadınları həmin sərgiyə 
öz əl işlərini göndərmiş, sərgiyə gələnlərə isə həmin əsərlərə qiymət vermək 
təklif edilmişdi. Əgər tamaşaçı hər hansı bir işi bəyənirdisə, öz münasibətini 
bildirmək üçün həmin əsərin yanına pul qoymalı idi. Bu bir hörmət əlaməti 
idi. Səncə, sərgidə  iştirak etməyə razılıq verən Szen xanım (səfirin yoldaşı 
–T. Ə.), nə etdi? O, qətiyyən həyəcanlanmırdı və heç bir hazırlıq görmürdü. 
Sər ginin  açılışı günü Szen Sziçcan (səfir – T. Ə.) yuxudan tez durdu, lakin 
arva dını görməyib başa düşdü ki, o artıq sərgiyə gedib. Səfir faytona minib 
sərgiyə yollandı. Zallarda qeyri-adi həyəcan duyulurdu. Masaların üstünə par-
ça dan,  ipəkdən, qızıldan və gümüşdən hazırlanmış əl işləri qoyulmuşdu. On-
ların rəngarəngliyi və gözəlliyi göz qamaşdırırdı. Səfir bir anlığa özünü itirdi. 
Birdən sərginin giriş  tərəfindən alqış  səsləri eşidildi. Geriyə dönüb səfir öz 
arvadını gördü – o alçaq stulun üstündə, masa arxasında əyləşmişdi. Masanın 
üstünə Kaisi dövrünün 10-15 ədəd rəngbərəng çini fincanı və isti suyla dol-
durulmuş bir neçə məşhur qum çaydanı düzülmüşdü. Suyun içinə 1 çimdik 
Ulişandan gətirilən çay atılmışdı. 
Fincanların qeyri-adi naxışları və qədim içkinin rəngi bir-birini elə gözəl 
tamamlayırdı ki, bu kamilliyə istər-istəməz adamın gözü qamaşırdı. Mülayim 
küləklə yayılan pak çay ətri isə adamın huşunu aparırdı. 
Masanın başına çoxlu adam toplaşmışdı – göygöz, sarısaqqall centlmenlər, 
zövqlə geyinmiş, nərmənazik, buruqsaç xanımlar. Onlar sərgidə gəzişməkdən 
yorulmuş və susuzluqdan yanırdılar. İndi çay onlar üçün sehrli həyat suyu idi. 
Sərgi bağlandıqdan və pullar sayıldıqdan sonra məlum oldu ki, Szen xa-
nım hamıdan çox pul yığmışdı”. 
Qəribə orasıdır ki, çinlilər kimi azərbaycanlılar da yeməkdən  əvvəl və 
sonra çay içirlər. Yəni süfrəni çayla başlayıb onunla da qurtarırlar. 
Çay mərasiminin daha təkmilləşdirilmiş etiketini Çində və Yaponiyada ya-
ratmışlar. Yapon ailələrində çay içmək üçün ayrıca otaq, hətta ev ayırırlar. Ya-
poniyada çay içmə mərasimi bir sözlə incəsənətə çevrilmişdir. Çay mərasiminin 
bütün ritualları 37 ciddi ardıcıllığı özündə birləşdirir. Çay otağının qapısı çox 
aşağı olduğundan daxil olarkən adətən hamı baş əyib bu cənnətə daxil olur ki
bu da varlı, kasıb olmasından asılı olmayaraq hamını eyniləşdirir. Çay otağı çox 


Çay süfrəsinin ənənələri
323
sadə şəkildə qurulmalıdır. “Sadəlikdə gözəllik” ifadəsi Şərqdə çay ritualının de-
vizidir. İsrafdansa çatışmamazlıq daha üstün hesab edilir. Yaponlar çay otağının 
işıqlandırılması və rəngli tərtibatı üçün işıq-kölgə kompozisiyasından məharətlə 
istifadə edirlər. Adətən, çay otağında güldana bir ağ gül qoyurlar. Otaqda, qabla-
rın seçilməsində, geyimdə və s. kəskin rənglər müstəsnalıq təşkil edir. 
Hətta kəskin hərəkətlər belə etmək olmaz. Hər şey sakit tonda saxlanılır, 
lakin burada eynilik istisna edilir. Bu o həddə çatır ki, çay otağında simmet-
riya qanunlarına riayət olunmur. Serviz üçün əsas rəng ağ və mavidir. Əsas 
material isə çini olmalıdır. Çay otağında ancaq fiziki susuzluq yatırdılmır. 
Qeyd etmək lazımdır ki, başqa xalqlarda da çay mərasimi vardır. Rus çay 
süfrəsinin də öz ənənələri vardır. L. N. Tolstoy, A. S. Puşkin, N. V. Qoqol, 
M. Y. Lermontov və bir çoxları çay həvəskarları olmuşlar. Lakin Rusiyada 
demək olar ki, çay içmirlər. Burada çayın içilməsi əsasən yeməklə bağlıdır. 
Əvvəlcə samovar sbiten hazırlamaq üçün düzəldilmişdi. 
Ədalətli olmaq xatirinə qeyd edək ki, samovar qədim romalılara aiddir. 
Pompeydə aparılan qazıntılar zamanı qədim samovarlar tapılmışdır. Onların 
bəzilərində su axmaq üçün yer olsa da bir çoxlarında yoxdur. Yəqin ki, belə 
samovarlardan suyu çömçə ilə götürürmüşlər. 
Dünyanın ən qədim samovarı isə Azərbaycanda tapılmışdır. Samovar bir 
çox xalqlarda çay etiketinin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycanın 
Lənkəran rayonunda hətta samovara heykəl də qoyulmuşdur. Maraqlıdır ki, 
güclü çay istehsalçıları sayılan gürcülər az çay içirlər. Çay içmək  ənənəsi 
azərbaycanlılarda həqiqətən bir rituala çevrilmişdir və bu da təsadüfi deyildir. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə