Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
49
“Paxır”, “Bakır” sözləri əvvəllər mis mənasında işlədilib. İndi də Türkiyədə
misə “bakır” deyirlər. Milli qazanlarımız əvvəllər misdən hazırlanırdı. Mis
istiliyi tez ötürdüyündən az yanacaq işlənirdi və bu üzdən sərfəliydi. Amma
isti, maye və su dəydikdə mis oksidləşirdi və zəhərli maddə əmələ gəlirdi.
Həm bunun qarşısını almaq, həm də temperaturu səthdə bərabər paylamaq
məqsədiylə mis qazanlar içəridən və çöldən qalay qatı ilə örtülürdü, qalay-
lanırdı. Hərdən işlənməkdən ya yuyulanda çox sürtülməkdən qazanın qalayı
bəzi yerlərində gedirdi və mis, yəni paxır üzə çıxırdı, gizlində olan, qalayla
örtülmüş mis, paxır görsənirdi.
“Paxırı üzə çıxdı” ifadəsinin kökündə də elə bu mətbəx hadisəsi dayanıb.
45. İşi asan hesab edənə “Bu sənə dım-dım halvası deyil” deyirik. Bəzi
bölgələrdə “dam-dam”, “dəm-dəm” kimi də səslənən bu ifadə çox asan hazır-
lanan halva növüylə bağlıdır. İndiki təqvimlə 10 fevralda keçirilən Xıdır Nəbi
bayramında bütün evlərdə qovut unu hazırlanırdı. Bunun üçün qovrulmuş buğda
əl dəyirmanında üyüdülürdü. Şirintəhər dadı olan un alınırdı. Qovut sözü “qo-
vur” və “ud” yəni qovur, ye sözlərindən yaranıb. Qovut unu elə belə də yeyilirdi,
ondan qovud və ya “dım-dım” halvası da hazırlanırdı. Bunun üçün hazır una
sadəcə şirə (şəkər məti, bəhməz yaxud bal, ya mürəbbə şirəsi) qatıb yumrulanır
və yeyilirdi. Qovud halvası, ya dım-dım halvası deyilən bu halva çox asan başa
gəlirdi. Bəzən qovut unu qurtaranda, tənbəllik edənlər sadəcə unu yağda qovu-
rub şirəylə qarışdırıb dım-dım halvası hazırlayırdılar. İfadə də buradan yaranıb.
46. İndi günümüzdə bir ifadə də yaranıb. Saxta sənətkarlara, xüsusilə də
səsi olmayan müğənnilərə “bozbaş” deyə təhqir edirlər. Fikrimizcə, bu ifadə
gözəl xörəyimiz olan bozbaşla bağlı deyil. Öz yeməyinə millət xor baxmaz.
Biz boz rəngə, əvvələr qırqovula, quşa demişik. Sərçəyə də boz sərçə deyi-
rik. Boz termini daha çox beləliklə “quş” mənasında işlədilib. Erməni dilində
isə “boz” fahişə deməkdir. Elə həmin mənada da ara dilimizdə “quş” sözü
işlədilir. Məncə, bu söz səsi, vəsaiti olmadığından özünü satmaqla səhnəyə
çıxanlara aid olunur. Böyrünə qoyulmuş “baş” sözü isə bu söyüşü daha da
gücləndirmək məqsədilə işlədilib.
Yeni zamanda yaranmış bu ifadənin mətbəximizlə heç bir əlaqəsi yoxdur.
47. Özünü yekəxana aparan adama “dəbbə” deyirik. “Dəbbə adamdır”,
“Nə dəbbələnirsən?” kimi ifadələr işlədirik. Bu ifadələr də mətbəx mədə-
niyyətimizlə bağlıdır. Dəbbə içində yağ, bal, riçal, bəhməz və s. kimi axıcı
qidaları daşımaq üçün yumru, şişkin formalı, dar ağızlı, dəridən ya misdən
50
Söz mətbəxi
hazırlanmış qabdır. Uzaq yola gedəndə, köç zamanı, yaxud ordu mətbəxinin
təminatı üçün dəvələrə və qatırlara yüklənirdi. Dəbbələrin tutumu 50:100 kq-a
çatırdı. Qatıra dəvəyə dəyən tərəfləri yastı hazırlandığından iri yumru qaba-
ğa (balqabağa) bənzəyirdilər. Ehtimal ki, adı da elə də buradan əmələ gəlib.
Farsca dəbbə – qabaq mənasında işlədilir. Sivaşda dəbbə, depme böyük un
çuvalına deyilir. Kiçik həcmli dəbbələr əsgərlər tərəfindən istifadə edilirdi.
İndi qabaqla bağlı başqa bir təhqiredici ifadə də işlədilir. Qanmaz mə na-
sında hərdən kiminsə barəsində yarızarafat, yarıciddi “Əə balqabaq”, “balqa-
baqdı, – balqabaq” ifadələri eşidilir.
48. “Onun dəftəri bağlandı” ifadəsi də mətbəxlə bağlı bir ənənədən qa-
lıb. Osmanlı dövründə Ramazandan əvvəl dostlar arasında son içki məclisi
olurdu. Bu son içki toplantısına müxtəlif adlar verilmişdi “bıçaq silmə”, “seng
– endaz”, “defter bozma” və daha çox işlədilən “defter kapama” dilimizdə
“dəftəri bağlandı” kimi, yəni (axırıncı badəsini içdi) mənasında qalıb. Sonra-
lar bu ifadə başqa məcazi mənalarda işlədilib.
49. Çalışan amma bir iş hasil edə bilməyən kəsə “Nə bir yerdə divək
(dibək) döyürsən”,
“Bir yerdə dibək döyür” deyirik.
Dibək – taxıl döymək üçün iri dərin alətdir. Daşdan, kötükdən içi ovulub
hazırlanır. Bəzən misdən də hazırlanır. Bəzən tərpənməməsi üçün yerə basdı-
rılırdı. Dibək (divək) daşı deyilən bu daşlarda taxıldan başqa, bəzən mədən
duzu da döyülürdü. Yerə basdırılan dibək daşları bir yerdə qaldıqları üçün də
“Bir yerdə dibək döymək” ifadəsi yaranıb.
50. Tez-tez işlətdiyimiz bir deyim “Boynuma minnət qoyma”, “Minnət
qoyma” da mətbəximizlə bağlıdır.
Böyük çörək bişirmə yerlərində, saray çörəkxanalarında kündələr bir ayrı
yerdə yetişirdi və həmin otaqdan kürələrə, fırınlara, çörək bişən yerə daşınır-
dı. Kündələri ocağa daşıyıb, ocağa vermək üçün uzun ağac alətdən istifadə
edilirdi. Bu uzun ağac alətin içində dörd, ya yeddi ovulmuş yuva olurdu.
Kündələr həmin yuvalara qoyulub, kürəkdə, çiyində, boyunda götürüb ocağa
daşınırdı. Bu alətə bineyt, pinəkop, sarpun, çörəkçi taxtası deyilirdi. Bu alətin
bir adı da “minnət” idi. Buradan da “minnət götürmək”, “minnət qoymaq”
ifadəsi yaranıb. Öncə “çörəyini boynuma qoyma” kimi işlənib getdikcə başqa
məcazi mənalar da əxz edib. Ehtimal ki, “Min” (minmək, qoymaq, götürmək
mənasında) və “ətmək” (çörək) mənasında) sözlərindən əmələ gəlib. “Ət” sö-
Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
51
zünü mətbəx terminləri arasında tez-tez eşidirik, ət, mət (şirə), lət (meyvənin
qabıqla çəyirdəyi arasındakı yer), lətif (dadlı və yumşaq), ətmək (çörək) və s.
51. “Qadan alım” ifadəsini Gəncə, Tovuz, Qazax tərəflərdə tez-tez eşidirik.
Çox qəribə də olsa əvvəllər “qada” sözü xəstəlik, bəla mənasında işlənməyib.
Princilla Mary İşin “Osmanlı mutfak sözlüğü” kitabında “qada” sözünün
izahını belə verir. (səh 122) “Qada – sabah veya ögle (nahar T. Ə) yeməyi”.
Beləliklə qada yemək oynəsinin, səhər və nahar yeməyinin adı kimi işlənirdi.
Qada ilə qida (yemək) sözlərinin də eyniköklü olması təsadüfi deyil. Ehtimal
ki, “quda” sözü də oynələrini, qidalarını, süfrələrini birləşdirən, bir süfrədə
oturanlar mənasındadır.
“Bütün xəstəliklər insana ağzından gəlir” düşüncəsinə malik olan babala-
rımız ola bilsin ki, qada – qida (yemək) və qada (xəstəlik) sözlərini yaxınlaş-
dırıblar. Bu düşüncə tərzi, bu yaxınlaşma “az” (azuqə, buğda, yemək), “araz”
(loxma), azirə (ziyafət) və “azar”(xəstəlik) sözlərinin eyniköklü olmasında da
özünü göstərir.
Digər tərəfdən göstərdiyimiz bölgələrdə müraciət formasında “Gaadam”
ifadəsi işlədilir. “Canım”, “həyatım” mənasında işlədilən bu ifadə ehtimal ki,
“Qidam” – yəni “mənəvi qidam” mənasında işlədilir. Bəzən kiçik uşaqlara
çox şirin-yeməli baladır deyirik. Ümumiyyətlə qida ilə bağlı terminlərin sevgi
ilə bağlanması bütün dillərdə mövcuddur. “Bal ayı”, “qaymaq dodağlı”, “dili
badam içidir”, “sevgilisini gözləri ilə yeyirdi” və s. bu qəbildəndir.
52. “Sözünü sinirə bilmədi” “Siniriləsi söz deyil” ifadələrini işlədirik.
İndi çoxları “sinirmək” sözünün mənasını bilmir. Sinirmək, sindirmək sözü
“həzm etmək” deməkdir. Dilimizdə daha çox bu sözdəki “n” hərfi “n” və “q”
hərflərinin birləşməsi kimi tələffüz edilir.
53. Bəzi bölgələrimizdə “yeməkdən ürəyi basılan”, başı hərlənmək, çox
ye məkdən, ya yağlı yeməkdən sanki, sərxoş kimi özünü pis hiss edənlər
yeməkdən “hintiləndim” ifadəsini işlədirlər, “hintilənmək” sözü əslində buğ-
danın bir adı olan “hinta” sözüylə bağlıdır. Osmanlıda buğda ticarəti “hinatat”
buğdanı satmaq isə “hinata” adlanırdı.
54. Çox qəribədir ki, “hilal” sözü də yalnız ayla bağlı deyil, həm də mət-
bəxlə bağlıdır. “Hilal” sözü mətbəxdə diş çöpünə, diş təmizləyənə deyilmişdir.
Tısbağa qını, sümük, buynuz kimi maddələrdən düzəldilən diş çöplərinin
bir ucu diş təmizləmək üçün iti, digər ucu isə qulaq təmizləmək üçün çox kiçik
qaşıq formasında düzəldilirdi. Mətbəxtə giləmeyvələrin tumlarını çıxartmaq,
Dostları ilə paylaş: |