52
Söz mətbəxi
turşuya qoyulan tərəvəzləri deşdələmək üçün də istifadə edilirdi. Ağacdan,
tikanlı bitkilərin tikanlarından da hazırlanırdı. Diş çöplərinin qoyulduğu qab
isə “hilaldan”, diş arasından təmizlənən qida qalıqları isə “hille” adlanırdı.
55. Bəzən “Nə hoqqa çıxarırsan”, “hoqqa çıxarmaq”, “hoqqabazlıq etmək”
kimi ifadələrə rast gəlirik. Hoqqa əslində mürəbbə, gülqənd qoyulduğu kiçik
yuvarlaq qab (rozet) ya qutudur. Ağacdan, gildən, şüşədən və s. hazırlanırdı.
“Hoqqa”, “hokka” əslində mətbəxdə, süfrədə işlədilən qab adıdır. Qədim-
dən daha çox işlənirdi.
Altmışıncı, yetmişinci illərdə mən məktəbə gedəndə yazıları hələ mü-
rək kəblə yazırdıq. Qələm ucluqlarına rus dilindən “pero” deyirdik, “camış
pero”,“adi pero”, “düyməli pero” və s. adlı qələm ucluqlarını mürəkkəbə ba-
tırıb yazırdıq. Mürəkkəb tez-tez üst-başımızı, çantamızı, əllərimizi batırırdı.
Mürəkkəb qablarına da “hoqqa” deyirdik. (Tovuz rayonu). Yəni “hoqqa” yenə
qab mənasında işlənirdi.
56. “Xörəyi xurd-xəşil elədi”, “Bir-birini vurub xurd-xəşil elədilər” kimi
ifadələrdəki xəşil sözünün mənasını bilirik. Xəşil, xaşıl undan hazırlanan
məşhur xörəklərimizdir. Bəs “xurd” nədir?
Əslində xurd sözünün kökündə “xur”, “hur” sözü durur ki, bu da çiy
şəkildə, bişməmiş yeyilə bilən ərzaqlara deyilir. İndi də “xur” sözü gizlənib
qalıb. Heyvana tövlədə yem verdiyimiz yerə “axur” deyirik. Ac, yeməyi ol-
mayan, otlamağa gedən sürüyə “naxır”, yəni yeməksiz deyirik. Taxıl döyülən
yeri isə “xırman” adlandırırıq. Türkcədə oğru mənasında işlədilən “xırsız”
sözü də ehtimal ki, bu kökdəndir. Ac, ac göz, acından özünü təhlükəyə atan
mənasındadır. Biz də “ac qılınca çapar”, yəni özünü təhlükəyə atar deyirik.
Hurd, xurd sözü isə ərzaq mənasında işlədilir. Xurma sözündə də xur
meyvənin adının əsasını təşkil edir. Plova əlavə kimi verdiyimiz “xuruş”un
adı da elə buradadır. Osmanlı türkcəsində “huriş” – yemək mənasında işlə di-
lirdi. “hurde” – sözü həm də qırıntı mənasında işlədilirdi “hurde-erz” – qırıq
düyüyə deyilirdi. “Xurd-xəşil elədi” yəni “əzdi”, “xəşil yeməyi kimi elədi”
mənasındadır.
“Xur” sözü ilə bağlı meyvə adı Xurmad da maraq doğurur. Əslində mey-
və nin adı Xuram, Xurəm kimi, yəni xur – ye mənasındadır. Ola bilsin to-
vuzdan keçən Xuram, Qazaxdan keçən Xram çaylarının adı da buradandır.
Yəqin ki xurram, şad–hürrəm sözləri də qarnı tox adamlara, yeməyi olan, azad
insanlara aid edilib. Ehtimal ki, Xuraman adı da buradan əmələ gəlib. Sözün
Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
53
sonunda yeməyə aid olan hissədə hərflərin yerinin dəyişməsi isə dilimizə xas
olan hadisələrdəndir. Məsələn Xoşab (kompot) Doşab sözlərindəki “ab” – su
sözü şorba sözündə “ba” formasına, “ət” sözü “küftə” sözündə “tə” formasına
düşüb. Əslində “küftə” – kif – yəni xarab olmuş, ətlikdən çıxmış ətdir, yaxud
kef – asan çeynənən, ləzzətli, kef verən ətdir.
57. Dilimizdə “qıymaq” feilini tez-tez işlədirik. Məsələn “10 manat nədi
ki, onu bizə qıymadı”, “evini atasına qıymadı”, “Ata oğluna bir dağ qıydı,
oğul atasına bir alma qıymadı” və s.
Qıymaq feilinin əsl mənası xırdalamaq, doğramaq mənasındadır. Mətbəx-
də işlətdiyimiz “qiymə ət”, “əti qıymalamaq” kimi ifadələr bu feilin məna
kökündə dayanır.
İmaməddin Nəsimi də qıymaq feilini doğramaq mənasında işlədir.
“Bunca namərdi görün
Bir ər qıyarlar ağlamaz”
Sonralar bu mənada qıymaq feili “öldürmək” feili ilə eyni mənaya gətiri-
lib, asmaqla ya güllə ilə öldürülənlərə də aid edilib. Məsələn, “Belə bir igidə
necə qıydın?” kimi işlədilib.
58. Tez-tez “məni camaatla üz-göz” eləmə “Sənə görə dostlarımla üz-göz
oldum” ifadələrini işlədirik.
“Üz-göz” Naxçıvanda plovun üzərinə qoyulmuş xuruşa, qazmağa deyir-
lər. Ola bilsin ki, plovun ağ üzündə göz kimi ya qara (yaxud yanar qırmızı) köz
kimi görsəndiyindən xuruşa, qazmağa üz-göz deyilib. Yaxud plovun üzərinə
qoyulduğu üçün bele adlandırılıb. Üzdə açıqda olduğu üçün “Üz-göz oldum”
yəni aram açıldı; hər şey üzə çıxdı mənasında işlədilib.
59. Belə bir ifadə də işlədirik “Hay-hayı gedib vay-vayı qalıb”. “Hay-
hay” Naxçıvanda bişirilən xörəkdir. Ət qovurulmasının üzərinə üzüm doşabı
töküb şorba kimi bişirir, içərisinə lavaş doğrayıb yeyirlər. Ehtimal ki, ətli hissə
yeyilib qurtarandan sonra xörəyin qalanına “hay-hayı gedib, vay-vayı qalıb”
deyilib. Yaxud kimsə hay-hay hazırlayıb, başqası isə yeyib, bişirənə qalmayıb.
Ya bişirən qışqırıb ki, “xörək qalmayıb”, ya yeyənlə dalaşıb, yeyənin səsi çı-
xıb. Soruşanda onlara nə olub “Hay-hayı gedib, vay-vayı qalıb” deyiblər. Ola
da bilsin ki, bu ifadə türk-erməni (hay) münasibətlərindən yaranıb. Bunu Əli
və Nino əsərində də görürük haya etibar həmişə sonda vaya gətirib çıxarır.
54
Söz mətbəxi
Bundan başqa Şamaxıda süddə bişirilən xəşilə “şüllü”, “qındı” və “hay–
hay” deyirlər. Bu da yenə eyni anlama gətirib çıxarır.
60. Dilimizdə kef çəkmə, ləzzət alma ilə bağlı bir sıra ifadələr var; məsələn
“eyş işrət” məclisi “məzələnmək” “mazaqlaşmaq” və s. bu kimi ifadələrdəki
işrət sözü türk dillərində “içki içmək” və “alkoqollu içki” mənalarında
işlənilir. Məzələnmək sözü isə məzə yemək sözündəndir. Məzə sözü isə türk
dillərində dörd mənada işlədilir; “xoş ləzzət”, “içki yanında verilən yeməli”
(meyvə, qəlyanaltı və s.)”, “Şəkərləmə (noğul; qırmabadam və s.)” və qarışıq
qəlyanaltılar (salatlar)” Yəni söz əslində zarafatlaşmaqla deyil mətbəxlə bağlı-
dır. “Mazaq” “Məzak” sözü isə türkcədə “dad alma” və “damaq” mənalarında
işlədilir.
61. Tez-tez “əsilli, nəsilli adamdır”, “Əsil-nəsil” “əsl” kimi ifadələr söz lər
işlədilir. Türk dillərində “Əsil” əsl – bala, nəsil isə süzülmüş bala deyilir, “nə-
silə” sözü də bal mənasında işlədilir.
Bal şirinliyin, təmizliyin, saflığın simvolu olduğundan əsil sözü bu məna-
larda da işlədilib. Nəsil də balın təmizlənmişi, süzülmüşü, şirini kimi nəvəyə,
nəticəyə, sonra isə nəslə şamil edilib.
62. Dilimizdə belə bir qarğış ifadəsi var. “Tifaqın dağılsın”. Əslində “Ti-
faq” sözünün mənası qədəhdir. Tifaqın, yəni qədəhin dağılması süfrə arxasın-
da xoşagəlməz hadisədir. Sonra digər məcazi mənalara keçib. Hər hansı bir
müqaviləni, birliyi qeyd etmək üçün tifaq (badə) qaldırılıb sağlıq deyilirdi və
“İki tifaq (badə)” toqquşdurulub, “İki tifaq” yaranırdı. Bu söz birləşməsindən
hərflər düşüb “İtifaq”, “ittifaq” yaranırdı, qarğış da əslində ittifaqı dağıt-
maq arzusunu göstərir. Əhdü-peyman bağladılar ifadəsi də oxşar yüklüdür,
dilimizdə “peymanə də qədəhin adlarından biridir. Ehtimal ki, rus dilindəki
pey, yəni iç sözü də buradan əmələ gəlib. Ley-pey (süz iç) ifadəsi də bura-
dandır. “İttifaqın dağıdılması üçün iki tifaqın arasına kimsə girib onları poz-
malı, aralarına “Nifaq” salmalıydı. Məsələ ondadır ki, “nifaq” da “qədəh” və
içkidir. Bəzən elə iki tifaqdan o qədər içirdilər ki, məclisin əvvəlində tifaqdan
içənlərin qədəhləri (badələri) artıq “nifaqa” (qədəhə) dönüb onları düşmən
edirdi. Bütün bunları tifaqlara ərz eləmək (izah etmək) üçün də yenə qədəhdən
istifadə edilirdi ki, bu qədəhin də bir adı da “ərz”dir.
63. Dilimizdə “Keçi can hayında, qəssab piy axtarır” zərb məsəli var. Ke-
çiyə əvvəllər “Büz” deyilirdi. Bu söz buzov (əslində ov keçisi mənasındadır,
sonralar inəyin balasına deyilib) sözündə də eşidilir. “Büziçə” isə oğlaqa de-
Dostları ilə paylaş: |