Spss proqramında məlumatın təhlili Konkret sosioloji tədqiqatın mahiyyəti, tədqiqata aid əsas suallar


Vəziyyətin qiymətləndirilməsi və təsviri tədiqatın əsas məqsədi kimi



Yüklə 31,33 Kb.
səhifə3/21
tarix14.01.2022
ölçüsü31,33 Kb.
#82865
1   2   3   4   5   6   7   8   9   ...   21
Suallar - SPPSde melumatin tehlili (1)

Vəziyyətin qiymətləndirilməsi və təsviri tədiqatın əsas məqsədi kimi.

Mövcud vəziyyətin qiymətləndirilməsi yaxud problem haqqında aydın təsəvvürün yaradılması. Burada vəziyyətin qiymətləndirilməsi, təsvir edilməsi üçün əsasən respondentlərin rəyi sosruşulur və ya kəmiyyət göstəricilərinə müraciət edilir (məsələn təmirə ehtiyacı olan məktəblərin sayı və rayonlar üzrə paylanmasına dair məlumat, mətndə istifadə edilən söz vahidlərinin sayı və s.). Tədqiqatın məqsədi vəziyyətin qiymətləndirilməsi və problemin təsviri olduqda, nəticələrin SPSS proqramında təhlili zamanı, daha çox “təsviri-statistik analiz”dən istifadə edilir. Məsələn, müəyyən mövzu ilə bağlı vətəndaşın mövqeyini, icatimai rəyi öyrəndikdə əldə olunmuş məlumatların təhlilində təsviri statistik göstəricilərə daha çox üstünlük veririk. Beləki, öyrəndiyimiz seçmə qrupun mövqeyini əks etdirən cədvəllər və diaqramlar tədqiqatın nəticəsini əks etdirmiş olur. Bu cədvəllər əsasən tezlik, toplanmış tezlik, faiz, toplanmış faiz kimi məlumatı özündə əks etdirir. Eyni zamanda cədvəllər və cədvəldə əks olunan məlumata əsasən diaqramlar hazırlanır və diaqramlar dairəvi, sütunvari yaxud xətti diaqramlar formasında verilir.

misal: ictimai rəy sorğusunda iştirak edən 345 vətəndaşın növbəti seçkilərdə liberal yoxsa sosialist partiyanı dəstəkləyəcəyi ilə bağlı suala cavabları:



Yüklə 31,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə