Sıra sayı Mövzular Mühazirə



Yüklə 1,44 Mb.
səhifə9/12
tarix22.05.2018
ölçüsü1,44 Mb.
#45294
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12

Rəqəm imzasının prinsipi. Açıq açarlı şifrləmə sistemi əsasında rəqəm imzasının prinsipinə baxaq. Tutaq ki, hər hansı A abonenti müəyyən məlumatı imzalamalıdır. Bunun üçün o, heş-funksiya adlanan xüsusi riyazi funksiyanın köməyi ilə bu məlumatın daycestini hazırlayır onu özünün məxfi açarı ilə şifrləyir. Heş-funksiyanın xassəsi elədir ki, onun köməyi ilə alınan daycest məlumatlamöhkəmbağlıdır. Şifrlənmiş daycest məlumata birləşdirilir. İndi o, məlumatın rəqəm imzasıdır. Bundan sonra sistemin istənilən iştirakçısı imzalanmış sənədi aldıqda A abonentinin imzasını yoxlaya bilər. Bunun üçün o, alınmış məlumatın heş-funksiyanın köməyi ilə daycestini yaradır. Sonra məlumata birləşdirilmiş şifrlənmiş daycesti A Abonentinin açıq açarı ilə deşifrə edir alınmış deşifrə edilmiş daycesti özünün yaratdığı daycestlə müqayisə edir. Onlar üst-üstə düşürlərsə, imza həqiqi hesab olunur. Əks halda məlumat rədd olunur. Məxfi açar yalnız A Abonentinə məxsus olduğundan aydındır ki, məlumatı da yalnız o imzalaya bilərdi.


Təsvir olunan rəqəm imzası variantında sistemin istənilən istifadəçisi istənilən sənəd altındakı imzanı yoxlamaq imkanına malikdir.

Rəqəm imzası sxeminin başqa variantında məlumatı yalnız ünvanlandığı abonent deşifrə edə və rəqəm imzasını yoxlaya bilər. Belə sistemlərdə məlumat seans açarı ilə açıq açarlı kriptosistemin köməyi ilə şifrlənir.



RSA alqoritmi. Açıq açarlı şifrləmə sistemlərinə ilk konkret misal RSA adlanan sistemdir. Alqoritmin adı müəlliflərinin familiyalarının ilk hərflərindən ibarətdir. R. Rivest, A. Shamir, L.Adleman bu alqoritmi Massaçuset Texnologiya İnstitunda birgə işləri zamanı 1977-ci ildə təklif etmişlər.

RSA alqoritmi aşağıdakı kimi işləyir:



  1. İki kifayət qədər böyük (100-200 və daha çox onluq rəqəmli) sadə p və q ədədləri seçilir;

  2. Onların n=p*q hasili hesablanır. Həmçinin (n)=(p-1)*(q-1) (Eyler funksiyası) hesablanır;

  3. 1

  4. Elə d ədədi seçilir ki, (e*d-1) ədədi (n)-ə bölünsün;

  5. (n, e) cütü açıq açar;

  6. (n, d) cütü məxfi açardır.

p və q ədədlərini məhv etmək və ya məxfi açarla birlikdə saxlamaq lazımdır.

Əgər ədədin sadə vuruqlara ayrılmasının effektiv metodları mövcud olsaydı n ədədini p q vuruqlarına ayırıb məxfi d açarını tapmaq olardı. Beləliklə, RSA alqoritminin etibarlığı çətin həllolunan- praktik olaraq həll olunmayan məsələyə- ədədin vuruqlara ayrılması məsələsinə əsaslanıb

Müasir dövrdə kompüterlərdə informasiya təhlükəsizliyinin təmini məqsədilə müxtəlif üsul və vasitələrdən, eləcə də qaydalardan istifadə edilir. Bunlardan daha geniş yayılmışlarından biri də antiviruslardan istifadə edilməsidir.

Kompüter virusu nə deməkdir? Kompüter virusu elə kiçik ölçülü proqramdır ki, o kompüterdə olan proqramları, faylları silir, sıradan çıxarır və onların üzərində arzu olunmayan əməliyyatlar aparır.

Virusu olan proqramlar yoluxmuş proqramlar adlanırlar. Bu proqramlar işləməyə başlayan kimi, əvvəlcə virusu idarəedən proqramlara ötürür, sonra isə virus başqa proqramları tapıb yoluxdurur və çox ziyan verən ( məsələn: faylları və onların yerləşdiyi cədvəlləri, operativ yaddaşda olan informasiyaları sıradan çıxarır ) əməliyyatlar yerinə yetirir. Virus, ona lazım olan əməliyyatı aparandan sonra idarəetməni yerləşdiyi ( sıradan çıxarmaq istədiyi ) proqrama verir və həmin proqram adi qaydada işləyir və ilk baxışdan onun virusla yoluxması hiss olunmur.

Viruslarlın bəziləri ilə yoluxmuş proqramlar kompüterə daxil olandan sonra, uzun müddət (daha doğrusu sistem yenidən yüklənənə qədər) yaddaşda qalır və ziyan verən əməliyyatlar yerinə yetirir. Virus proqramları, bütün əməliyyatları çox sürətlə və heç bir xəbərdarlıq edilmədən (məlumat verilmədən) elə formada yerinə yetirir ki, istifadəçi kompüterdə baş verən qeyri – adiliyi demək olar başa düşmür. Kompüterdə çox sayda proqramları sıradan çıxarmayınca, virusun varlığı ola bilər hiss olunmasın. Lakin o kompüterdə uzun müddət qalarsa orada qəribə, aydın olmayan vəziyyətlər əmələ cətirər. Məsələn:

  1. Bəzi proqramlar ya ümumiyyətlə işləmir ya səhv işləməyə başlayır;

  2. Ekranda başa düşülməyən məlumatlar simvollar görünməyə başlayır;

  3. Kompüterdə işləmək vaxt etibarı ilə çox çətinləşir, yəni maşın lənc işləyir.

  4. Bəzi fayllar sıradan çıxır s.

Bu zaman sizin istifadə etdiyiniz bir çox proqramlar yoluxmuş, bəzi fayllar disklər sıradan çıxmış olur. Nəticədə isə sizin kompüterdəki yoluxmuş proqramlar, yəni viruslar disket lokal şəbəkə vasitəsi ilə yoldaşlarınızın, dostlarınızın kompüterlərinə keçə bilir.

Bəzi viruslar əvvəlcə çox sayda proqramları diskləri yoluxdurur, sonra isə onlara daha böyük ziyan vurmağa başlayır. Məsələn: kompüterin vinçesterini ( sərt, bərk diskini ) formatlaşdırır.

Beləliklə əgər virusdan mühafizə olunmağa vaxtında ölçü götürülməsə, kompüterin yoluxmasının nəticəsi çox ciddi olar. Məsələn: 1989-cu ildə Amerikalı tələbə Morrisin yaratdığı virusla minlərlə, o cümlədən ABŞ-ın Müdafiə Nazirliyinə aid olan kompüterlər yoluxmuş sırıdan çıxmışdır. Ona görə həmin tələbəyə 3 ay həbs cəzası 270 min dollar cərimə kəsilmişdir. Cəzanın yüncül olması səbəbi isə həmin virusun ancaq faylları sıradan çıxarması çox dağıdıcı xarakterli olmaması ilə izah olunmuşdur.

Virus proqramının aşkar edilməməsi üçün həmin proqram kiçik həcmli olmalıdır.Ona görə bu proqramlar Asembler dilində yüksək təcrübəyə malik olan proqramçılar tərəfindən yazılır.

Virusla yoluxmuş və sıradan çıxmış fayllar: Virus kompüterdə olan istənilən faylı sıradan çıxara bilər. Bəzi viruslar isə proqramları faylları yoluxdurur, onların içinə daxil olur, müəyyən müddətən sonra fəaliyyətə başlayırlar. Proqramların sənədlərin teksləri, verilənlər bazasının informasiya faylları s. fayllar virus vasitəsi ilə yoluxa bilməz, onlar ancaq sırıdan çıxa bilər. Kompyterlərdə .COM .EXEC fayllarının virusla yoluxmasına daha tez-tez təsadüf olunur. Kompüterləri bəzən disketin yüklənmə sektorundan keçmiş viruslar yoluxdurur.

Kompüter viruslarından mühafizə üsulları: Viruslardan mühafizə üçün aşağıdakı metodlardan istifadə olunur:

1. İnformasiyaların mühafizəsinin ümumi vasitələri

2. Virusla yoluxmanın etimalını azaldan profilaktik ölçülər

3.Virusdan mühafizə üçün xüsusi proqramlar

İnformasiya mühafizəsinin ümumi vasitələrinin, həm informasiyaları virusdan mühafizə etməsi, həm aşağıdakı iki müxtəlif sərfəli cəhəti var.

- İnformasiyaların surətini çıxarmaq

- İnformasiyaların kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almaq

İnformasiya mühafizəsinin ümumi vasitələri kompüterləri viruslardan qorumağın əsasını təşkil etməyinə baxmayaraq, virusdan qorunmaq üçün kifayyət deyil. Bunun üçün xüsusi proqramların olması zəruridir həmin proqramlar aşağıda göstərilmişdir.

Detektor və doktor, vaksin, revizor, filtr proqramları.

Bu proqramların əksəriyyəti yoluxmuş faylları ləğv etmə recimində fəaliyyət göstərir. Bəzi detektor proqramları ancaq bir versiyalı, bəziləri isə bir neçə versiyali virusu məsələn: McAfee Associates firmasının proqramları təxminən 70, AIDSTEST isə 50 virusu təyin ləğv edir. Detektordan fərqli olaraq doktor proqramları yoluxmuş faylları ilkin vəziyyətində zərərsizləşdirir. Bu proqramın çatışmayan cəhəti, onun faylları ancaq bir tip virusdan müalicə etməsi bəzən bu müalicəni düzgün aparmamasıdır. Revizor proqramları əvvəlcə proqramları faylları öyrənir, yadda saxlayır, sonra ilkin vəziyyətləri ilə müqayisə edib, onların uyğun olmayan cəhətləri həqqında istifadəçiyə məlumat verir. Filtr proqramları həmişə kompüterin yaddaşında yerləşir yerinə yetirilə bilən bütün əməliyyatlar haqqında istifadəçiyə məlumat verir. İstifadəçi isə öz növbəsində bu əməliyyatların yerinə yetirilməsinə ya icazə ya qadağa qoya bilər. Bununla istifadəçi virusun varlığını qabaqcadan təyin edə bilir.

  • Kompüterin virusla yoluxduğu zaman 4 əsas qaydaya rəayət etmək vacibdir.

  • Birinci növbədə bu məsələnin həllində tələsmək lazım deyil. Düşünülməmiş hərəkət faylın bir hissəsini itirilməylə deyil, (hansı ki, onu bərpa etmək mümkün olardı), hətta kompüterin təkrar virusla yoluxması ilə nəticələnə bilər.

  • Kompüterin söndürülməsi birinci ən vacib addım olmalıdır. Çünki virus kompüterdə çox qaldıqca, dağıdıcı təsirini davam edir.

  • Kompüterin virusla yoluxmasının müalicəsinin bütün tiplərini, əməliyyat sisteminin yazılmaqdan mühafizə olunan disket vasitəsi ilə yüklənməsi zamanı təyin etmək mümkündür. Bunun üçün, yalnız yazılmaqdan mühafizə olunan disketlərdə saxlanılan .EXE .COM timpli proqramlardan istifadə etmək olar.

  • Əgər siz kompüteri müalicə etməyə qadir deyilsinizsə, onda bu sahədə təcrübəsi olan yoldaşlarınızdan kömək istəyin.

Sizin illər ərzində gördüyünüz işin nəticəsini bir virus çox az zamanda məhv edə bilər. Ona görə informasiyaları (kompüterləri) viruslardan mühafizə etmək üçün yüksək səviyyəli antivirus proqramlarından istifadə etmək zəruridir.

Beləliklə, AntivirusSizin faylların virusla yaluxmasını tez təyin edən proqramdır. Siz yoxlamaq istədiyiniz fayl qeyd olunduqdan sonra, kompüterdən xüsusisanitarserverə yüklənir ən yüksək səviyyəli proqram olan- Антивирус Касперского proqramı vasitəsi ilə yoxlanmağa başlanır. Bu proqram hətta ən yeni virusları da nəzərdən qaçırmır. Bu proqram vasitəsi ilə ölçüsü 1 mb-dan böyük olmayan fayılları bir dəfəyə yoxlamaq mümkündür. Əgər eyni zamanda bir neçə faylı yoxlamaq lazım gələrsə, onda həmin faylları birinci növbədə (ZIP ARC s. ) arxivləşdirmək, sonra isə yoxlamaq lazımdır. Bu variantda da arxivin ölçüsü 1 mb-dan böyük olmamalıdır. Baş menyunun Proqramlar siyahısından Антивирус Касперского proqramını seçməklə, həmin proqramın istənilən bölməsini yerinə yetirmək olar. Qeyd edək ki, hazırda digər antivirus proqramları da mövcuddur.

Antivirus proqram vasitələri virusların neytrallaşdırılmasını və kompüterin dianostikasını təmin edir Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, lazımsız və ziyanlə müxtəlif əməliyyatları həyata keçirir

Kompüter viruslarının geniş yayılması viruslarla mübarizədə istifadəçilərə bir çox çətinliklər yaradır Buna görə də virusların yayılma xüsusiyyətlərinin və əmələ gəlmə xarakterinin öyrənilməsi viruslarla  mübarizədə antivirus proqramlardan effektiv istifadəyə imkan verir

Virus digər proqramlarla özbaşına qoşula bilən, öz surətini fayllarla, sistem sahəsinə, şəbəkələrə və s yayan və kompüterin normal işnini pozan xüsusi proqramdır Virus proqramlarının surəti də sonradan yayılır

Viruslar aşağıdakı əlamətlərə görə təsnif olunur:

-        yerləşdiyi mühitə görə

-        yerləşdiyi mühitə yoluxma üsuluna görə

-        aktivləşmə üsuluna görə

-        desktruktiv imkanlarına görə

-        alqoritimin xüsusiyyətlərinə görə

Viruslar yerləşdiyi mühitə görə fayllı, yükləyici və şəbəkəli olur 

-Fayllı viruslar əsasən icra olunan fayllar, mətn və cədvəl prosessorunun fayllarına yayılır 


-Yükləyici viruslar diskin yükləyici sektoruna və ya sərt diskin sistem yükləyici sektoruna yayılır 

-Şəbəkəli viruslar kompüter şəbəkələri üzrə yayılır Həmçinin fayl və yükləyici sektorlara yoluxan fayllı yükləyici viruslar mövcuddur Yerləşdiyi mühitdə yoluxma üsulu mühitin özündən asılıdır

Verilənləri məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan proqramlar antivirus proqram adlanır Antivirus proqramların aşağıdakı tipləri mövcuddur:

-        filtr və ya keşikçi

-        detektorlar

-        həkimlər və ya faqi

-        müfəttişlər

-        immunizatorlar və ya vaksinlər

Filtr rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir Bu əməliyyatlara əşağıdakılar aiddir:

-        icra olunana proqram fayllarının dəyişməsi

-        rezident proqramların yerləşdirilməsi

-        mütləq ünvana görə diskə birbaşa yazmaq

-        diskin yükliyici sektoruna yazmaq 

-        diskin formatlaşdırılması

Filtr proqramların əsas üstünlüyü ondan ibarətdir ki, onlar təhlükəli əməlyyatları daim izləyir və virusların ayılmamışdan əvvəl tapılması ehtimalını yüksəldir Direktorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir Həkim antivurus proqramlar virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir Müfəttiş adlanan proqram kataloqların, proqramların, faylların və sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir Müqayisə bir çox parametrlərə görə yerinə yetirlə bilər Müfəttişin üstünlüyü ondadır ki, o, proqramda dəyişiklik edən virusları tapmaq xüsusiyyətinə malikdir Müfəttişə misal olaraq Adinf proqramını göstərmək olar

İmmunizator özü rezident proqram olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır Vaksinləşdirmənin mahiyyəti ondan ibarətdir ki, proqram və ya diskin modifikasiyasında proqramın normal yerinə yetirliməsində əks olunmur Eyni zamanda viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də yayılmaya təkid etmir Bu proqramların çatışmayan cəhəti çoxlu sayda müxtəlif viruslara yoluxmanın qarşısını alınmağın imkanlarının məhdudluğudur

Geniş yayılan antivurus proqramlar aşağıdakılardır: Doctor Web, McAfeeVirus Scan, Norton Antivirus, Avast və s

Bu antivirus proqramlardan Symantec firması tərəfindən yaradılan  Norton Antivirus daha çox istifadə olunur Norton Antivirus proqramı Windows mühitində işləyərkən virusların tapılmasını və zərərsizləşdirilməsini yerinə yetirməklə aşağıdakıları avtomatik icra edir 

-        sistem fayllardakı və yükləyici yazıdakı virusları yoxlayır

-        icra olunana fayllardakı virusları yoxlayır

-        şübhəli əməliyyatlara nəzarət edir

-        İnternet-dən yüklənən faylları yoxlayır

-        sərt diskə müraciətdə yükləyici virusları yoxlayır


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə