Şəkil 4.7 .Yolun üst qatının elementləri
1.rels,2.şpal,3. aralıq rels
bərkidiciləri 4.qırmadaş ballast, 5.qum yastığı.
sayılır. Yamacın Ģaquli proyeksiyasının üfüqi proyeksiyasına olan nisbətinə
yamacın mailliyi deyilir.
Tək yollu xətlərdə torpaq yatağı əsas meydançasının en kəsiyini
trapesiya Ģəklində h=0,15 m, ikiyollu xətlərdə isə üçbucaq Ģəklində,
hündürlüyü 0,2 m qəbul edilir. Əsas meydançanın üfüqi hissəsinin ölçüsü
2,3 m götürülür. Torpaq yatağının belə Ģəkildə qurulması ballast qatından
süzülən suyu axıtmaq üçündür. MDB ölkələrinin və o cümlədən
Azədbaycan Respublikasının mövcud yollarının və yeni tikilən təzə yolların
əsas meydançalarının ölçüsü cədvəldə verilmiĢdir (Cədvəl 4.3).
Su axıdıcı qurğular.
Səthi suları axıtmaq üçün profil boyu su axıdan
kanallar tikilir ki, onun dərinliyi ən azı 0,6 m, mailliyin dikliyi isə 0,04 m
olmalıdır. Əgər torpaq yatağı yerli qruntdan tikilirsə, torpaq yatağının
suyunu axıtmaq üçün torpaq çıxarılan qazılmıĢ yerlərdən istifadə edilir.
Həmin qazılmıĢ yerlər ehtiyat yerlər adlanır. Qazma nəticəsində çıxarılan
torpaq tökmə üçün istifadə olunur, istifadə olunmayan qrunt yamacdan
sonra
Cədvəl 4.3.
Qruntlar
Ġstismar
olunan
ümumi
Ģəbəkə
Yeni tikilən yolların kateqoriyası
Sür-
ətli
Xüsusi
yük gər-
ginlikli
I
II
III
IV
Qaya, iri doğran-
mıĢ və qumlu,
həcmdə xırda və
tozvari qumlar
5,0
6,6
6,6
6,6
6,6
6,4
6,2
Digər qruntlar
5,5
7,6
7,6
7,6
7,6
7,3
7,1
prizma Ģəklində tökülür ki, ona kavalyer deyilir. Səthi suları kavalyerdən
sonra dağ su axıdıcı qurulur. Qazmalarda əsas meydançanın hər iki
tərəfində uzununa istiqamətdə arxlar çəkilir ki, onlara da
küvet
deyilir.
Zolaqda kavalyerlə və yamacın qaĢı arasında banket eninə maillikdə
yamacdan axan suyu axıtmaq üçün banket qurulur. Qeyri-sabit qruntda,
həmçinin darısqal yerlərdə su axıdıcı arxların və küvetlərin əvəzinə
betondan, dəmir betondan, daĢdan və yaxud da ağacdan lotoklar düzəldilir.
Ġri həcmli stansiyalarda suyu uzununa və eninə istiqamətdə axıtmaq
məqsədi ilə kollektorlardan və kanalizasiya borularından istifadə edirlər.
YağıĢ sularının miqdarı həddindən artıq çox olan rayonlarda əlavə olaraq
leysan sularını axıtmaq üçün kanalizasiya çəkilir. Torpaq yatağında olan
qrunt sularının axıdılması və yaxud suyun səviyyəsini aĢağı salmaq üçün
açıq tipli drenajlar yəni süzgəclər Ģəklində arxlar və yaxud lotoklar qurulur.
Drenajın üst tərəfi gillə bərkidilir və suyu yaxĢı sürmək üçün çimli örtüklə
ətrafı bağlanır. Belə örtüklərə iri dənəli qum və yaxud yuyulmuĢ çınqıl aid-
dir.
Küvetaltı drenajlar süzgəcli materialların (iri dənəvərli qum, çınqıl,
qırma daĢ) altına adətən çoxlu dəlikləri olan boru düzülür ki, su həmin
borularla axıb getsin. Səthi suların həmin borulara keçməsinin qarĢısını
almaq məqsədi ilə drenajın üst tərəfini gilli
qruntla bərkidirlər (ġəkil 4.8.).
Şəkil 4.8. Kuvetaltı drenaj. 1-birqat daş düzümü, 2-döyəclənmiş gilli
qrunt, iki qat derna, 4-iri dənəvərli qum, 5-qırmadaş və ya çınqıl, 6-
qırmadaş və ya qalka, 7-drenaj borusu, 8-ağac lövhə.
Dağlıq ərazidə inĢa olunan yollarda cari təmirdən əlavə torpaq yatağının
saxlanması, yolların sürüĢmələrdən, uçqunlardan və s. təbii fəlakətlərdən
mühafizə etmək lazım gəlir. Ġqlim Ģəraiti isti olan bölgələrdə eniĢ və
yoxuĢları dik olan sahələr norma xidmət müddətlərinə davam gətirə bilmir.
Dağlıq Ģəraitdə örtüklərin iliĢkənliyini artırmaq üsulları mövcuddur. Belə
üsullardan biri eyni qırmadaĢ layının bitum mastikası ilə yapıĢdırılması mü-
hüm yer tutur və səmərəlidir.
Torpaq yatağının yuyulmaya qarĢı dözümlü olması üçün su buraxan
qurğuların yanında tökmələrin, yamacların və konusların dəmir beton
tavalardan, bloklardan, Ģəbəkələrdən, qabionlardan istifadə etməklə
yamaclar bərkidilir. Bu məqsədlə müxtəlif növ daĢ döĢəməsindən istifadə
edilir. DöĢəmələr tros və ya metal torla bərkidilir. Metal torlar adətən iri
daĢlar olmadıqda istifadə olunur.
Dəmir yolunu sel sularından qorumaq üçün, su basan yerlərdə çalalar,
arx və çökəklər yaratmaqla seli ləngitmək olar. Mütəmadi su basan yerlərdə
kolların əkilməsi də müəyyən dərəcədə effekt verir. Təcrübə göstərir ki, su
basımının qarĢısını almaq üçün qaya daĢ qruntlardan istifadə etmək
məqsədəuyğun sayılır. Torpaq yatağı sahilə çırpılan su dalğasından külək
nəticəsində qruntun sovrulmasından və digər atmosfer təsirindən deforma-
siyaya uğrayır. Belə xoĢagəlməz halların alınması və ya azaldılması
məqsədi ilə ot əkini, çimləmə, daĢ döĢəməsi, daĢ tökümləri, beton, dəmir-
beton və asfalt örtükləri, ağac kol əkini və s. istifadə edilir. Belə ki, ot əkini
su basmayan tökmələrin və qazmaların yamaclarının qorunmasında; daĢla
döĢəmə yamacların bərkidilməsində; dəmir beton örtüklər su axınının sürəti
3,0÷3,5 m/s-dən çox, həmçinin güclü ləpə təsiri hallarında tətbiq edilir.
Ağac-kolluq əkmə su axını sürəti 1,5 m/s-dən az olan su basar sahələrdə
torpaq yatağı yamaclarını qorumaq üçün istifadə edilir. ġəkil 4.9a-da tökmə
yamacının
dəmir-beton
lövhə
ilə
bərkidilməsi sxemi göstərilmiĢdir. 1-suyun maksimal qalxma səviyyəsi, 2-
dəmir beton lövhə, 3-əks süzgəc, 4-beton dayaqlar. ġəkil 4.9b-də çay
sahilində qayalı qruntdan olan tökmənin eninə profilinin sxemi göstərilib
[26, 42].
Şəkil 4.9. Tökmə torpaq yatagının çay sahilində bərkidilmə sxemləri.
a)YSS-yuxarı maksimal su səviyyəsi, b)ASS-aşağı minimal su səviyyəsi.
Dostları ilə paylaş: |