müəyyən texniki Ģərtlər qoyulur. Vaqon təkər cütləri lazımi
mönkəmliyə, yeyilməyə davamlılığa və dinamiki quvvələri
yumĢaltmaq üçün müəyyən elastikliyə malik olmalıdır. Vaqonun rels
üzrə təhükəsiz hərəkət etməsi üçün təkər oxa möhkəm preslənməli və
təkərlərin daxili üzlərinin ara məsafəsi 2b tələb olunan normada
olmalıdır. Hərəkət sürəti 120 km/saat qədər olan vaqonların təkər
cütlərində bu məsafə 2b = 1440±3 mm; hərəkət sürəti 120-160
km/saat hədlərdə isə 2b = 1440
3
1
mm olmalıdır. Bir oxda bərkidilmiĢ
təkərlərin diyirlənmə səthi üzrə olan minimal diametrlərinin fərqi 1
mm-dən çox olmamalıdır. Təkərlərin diyirlənmə dairələri arasındakı
məsafənin nominal qiyməti 2S=1580 mm,
maksimal qiyməti
2S
max
=1582 mm, minimal qiyməti isə 2S
min
=1578 mm olmalıdır.
Təkər cütündə ox boyunları arasındakı məsafə 2036 mm-ə bərabərdir.
Hərəkət sürəti 140 km/saatdan böyük olan qatarların vaqonları
üçün təkər cütləri dinamiki balansirləməyə uğradılır.
Təkər cütunün formalaĢdırılması dedikdə, təkərin oxla birləĢ-
məsini uyğun texniki Ģərtlər daxilində gərilməli (presli) oturtma ilə
(soyuq və ya isti halda) təmin etməkdir. FormalaĢdırmanın texniki
Ģərtləri dəmir yolunun “Təkər cütünün formalaĢdırılması, təmiri,
müayinədən keçirilməsi və baxıĢı" üzrə
olan xüsusi təlimatlar və
standartlar ilə təyin olunur. BirləĢmənin möhkəmliyinə olan
tələbatlara əməl etməkdə əsas məqsəd, təkər cütü birləĢməsinin
boĢalmadan fırlanma momentinin ötürülməsi və təkərin oxa nəzərən
yerdəyiĢməsini (əyilmə) təmin etməkdir. BirləĢmənin möhkəmliyini
və keyfiyyətini xarakterizə
edən parametrlərə gərilmə, emal olunan
səthlərin keyfiyyət göstəriciləri (kələ-kötürlük, qalıq gərginliyi), oxun
və təkərin materialının bərkliyi, presləmə
sürəti və həndəsi ölçülər
daxildir. Vaqon təkər cütlərinin təminatlı xidmət müddəti 8,5 il,
istismar müddəti isə 15 ilə bərabərdir [6,12].
Dostları ilə paylaş: