qutu, yeĢik və ya qab deməkdir. Vaqon buksu gövdədən, yastıqlardan
və
kipləĢdirici
elementlərdən
ibarətdir.
Bir
çox
buks
konstruksiyalarında, yastığın ox boynunda yerləĢdirilməsi, sürtünən
səthlərə yağların verilməsi üçün əlavə detallardan istifadə olunur.
Müasir sərniĢin vaqonlarında
elə bukslar tətbiq edirlər ki, yük
buks gövdəsinin aĢağı hissəsinə verilsin. Yükün ötürülməsinin belə
sxemində buks göydəsi "aparıcı" element rolunu oynayır. Bukslar,
əsasən, tətbiq olunan yastıqların tipinə və konstruksiyasına görə də
təsnif olunurlar:
kaset yastıqlı bukslar; diyirlənmə (diyircəkli) yastıqlı
bukslar; sürüşmə yastıqlı bukslar.
Hal-hazırda MDB ölkələrinin
və Azərbaycan dəmir yolunda
istismar olunan vaqonlarda əsasən diyirlənmə yastıqlı bukslardan
istifadə olunur. 2000-ci ildən baĢlayaraq
Avropa və MDB ölkələrinin
vaqon parkında kaset yastıqlı bukslardan istifadə olunur.
Hal-hazırda dəmiryol Ģəbəkəsində istismar olunan bütün sərniĢin
və yük vaqonları diyirlənmə yastıqlı bukslarla təchiz olunub. Yük və
sərniĢin vaqonlarının istismar təcrübəsi göstərib ki,
diyirlənmə
yastıqlı bukslar sürüĢmə yastıqlı bukslara nəzərən texniki və iqtisadi
cəhətdən daha səmərəlidir. ġəkil 7.16-da yük və sərniĢin
vaqonlarında istifadə olunan buksların konstruksiyaları (I variant)
göstərilir. Yük vaqon buksu daxilində iki ədəd yastıq olan (qabaq-2,
arxa-3) gövdədən-1 ibarətdir. Gövdə təkər tərəfdən labirint
kipləĢdiricilərlə (4 və 5), qabaq tərəfdən isə bərkidici-8 və baxıcı-10
qapaqları ilə bərkidilir. Qapaqlar bir-birinə bolt-6 və Ģaybanın-9
köməyi ilə bərkidilir. Buks yastıqları ox boynunda oturdularaq, taclı
qayka-11, boltlar-12 və dayanma lövhəsi-13 ilə bərkidilir. Gövdə ilə
bərkidici qapaq arasında kipləĢdirici halqa-7 yerləĢdirilir (ġəkil
7.16a).
Şəkil 7.16. Vaqon buksları
SərniĢin vaqon buksu da gövdədən-1, isti oturtmalı qabaq-2 və
arxa-3 yastıqlardan, labirint-4 və kipləĢdirici-5 halqalardan, bərkidici-
6 və baxıcı-7 qapaqlarından ibarətdir. Buksda yastıqların bərkidilməsi
isə yanlı Ģayba-9, dayanma Ģaybası-10 və boltlar-11
vasitəsilə təmin
olunur (ġəkil 7.16b).
Hal hazırda yük və sərniĢin vaqonlarının bukslarında silindrik
diyircəkli yastıqlar əvəzinə kasetli yastıqlar tətbiq olunur. Belə buks
düyününün əvvəlki bukslardan bəzi üstünlükləri var. Yeni bukslarda
konstruksiya
sadə olub, kütləsi az və vaqonların hərəkət sürəti 200
km/saata qədər olduqda sərbəst iĢləmə qabiliyyətinin olmasıdır.
Texniki xidmət və təmir zamanı təkər-diyircək sexi sahasinin iki dəfə
azalması və xidmət heyəti iĢçilərinin ixtisara salınmasıdır.
Separatorun dağılmaması və az yeyilməsindən buksun yan bərkitməsi
üzrə dayanmaların sayının azalması ilə istismar etibarlığının
artmasına səbəb olur. Yeni bukslarda təminatlı xidmət müddəti 8-10
ilə çatdırılıb.
Diyircəkli yastığın ox boynuna və buks gövdəsinə oturdulmasında
xüsusi üsullardan istifadə olunur. Diyirlənmə yastıqlarının ox boyuna
oturdulması üçün iki əsas oturtma növündən istifadə edirlər:
konusvari bərkidici oymaqla (oymaqlı oturtma) və asılı olmayan
(oymaqsız isti oturtma) [6,12].