107
dir. Bu qanun
əsasında ABŞ 1934-cü ildən 1954-cü ilə qədər 28
bel
ə ölkə ilə, o cümlədən İngiltərə, Kanada, 15 Latın Amerikası
ölk
əsi, bir sıra Avropa regionu ölkələri ilə ticarət sazişləri imza-
lan
mışdır. Bu sazişlərlə ABŞ digər ölkələrdən əhəmiyyətli tarif
güz
əştlərinə nail olmuşdur.
1947-ci ild
ə Tariflər və Ticarət üzrə Baş Sazişin imzalanma-
sı ilə ABŞ onun iştirakçılarından Amerika ticarət mallarına
rüsumların aşağı salınmasına nail olmuşdur (ABŞ ixracında bu
ölk
ələrin çəkisi, 1939-cu il məlumatlarına görə, 65 faiz təşkil
edirdi).
Bu zaman ayrı-ayrı ölkələr tərəfindən olunan güzəştlər də
xüsusi
əhəmiyyət kəsb edirdi. Məsələn, Fransa 1939-cu ildə ABŞ-
dan g
ələn bütün idxalın 85, İngiltərə 60, Kanada 72, Benilüks
ölk
ələri 70, Kuba 90, Çili 58, Braziliya 50 faiz həcmində gömrük
rüsumlarını bu və ya digər dərəcədə aşağı salmışdır.
Qeyd etm
ək lazımdır ki, dünyanın aparıcı dövlətlərindən
olan Almaniyada 1879-cu ild
ə proteksionist gömrük tarifi tətbiq
edilm
əyə başlanılmışdır. Almaniya özündə gömrük maneələrini
n
əinki milli istehsalın ayrı-ayrı sahələrini mühafizə etmək, həm-
çinin xarici malları öz bazarından kənarlaşdırmaq və bu bazarı öz
s
ənayesini təmin etmək məqsədi üçün saxlamışdır.
XX
əsrin 90-cı illərindən başlayaraq Almaniya proteksionist
siyas
ətindən bir qədər uzaqlaşaraq bir sıra Avropa dövlətləri ilə
ticar
ət müqavilələri imzalamışdır. XX əsrin 30-cu illərində
Almaniya öz s
ənaye məhsullarının həcminə görə digər kapitalist
ölk
ələri arasında 2-ci yerə çıxmışdır.
1949-1951-ci ill
ərdə bir çox sənaye və kənd təsərrüfatı mal-
larına qoyulan rüsumlar, həmçinin idxal edilən mallardan yığılan
vergi v
ə yığımlar əhəmiyyətli dərəcədə artırılmışdır. 1951-ci ilin
axırında Almaniyada yeni gömrük tarifi qüvvəyə minmişdir.
1902-ci il tarifind
ən onun əsas fərqi ondan ibarət idi ki, bütün rü-
sum
lar malların dəyərindən faizlə, yəni advalor rüsumlarla
mü
əyyən edilirdi. Eyni zamanda, vergitutmanın səviyyəsi əhə-
miyy
ətli dərəcədə qaldırıldı. Xüsusən yüksək rüsumlar hazır
108
m
əhsullara, o cümlədən Qərbi Almaniyada geniş yayılan sahələ-
rin m
əhsullarına qarşı qoyulmuşdur.
QATT-a daxil olduqdan sonra Almaniya dig
ər ölkələrlə mü-
nasib
ətlərini yeni istiqamətdə qurmağa başladı. Belə ki, 1951-ci il
danışıqlarında AFR QATT-ın, demək olar ki, digər bütün iştirak-
çılardan kimya texnologiya malları, optika, bir sıra cihaz növləri,
tikiş və ilk növbədə müharibəyə qədər Almaniyanın güclü ix-
racatçısı olduğu mallara qarşı 1533 adda güzəştə nail oldu. Eyni
zamanda, AFR 760 mövqed
ə rüsumları aşağı salmağa razılaşdı.
Bununla b
ərabər, AFR müxtəlif planlar üzrə Qərbi Avropada
iqtisadi inteqrasiyanın təşəbbüsçülərindən biri olmuşdur. Belə ki,
Almaniya 1951-ci ild
ə Avropa Kömür və Polad Birliyi haqqında
Müqavil
əni imzalamış, bununla da kömür və qara metalların
ticar
əti üzrə müqavilə iştirakçıları arasında rüsumlar aradan
qaldırılmışdır. 1957-ci ildə AFR bir qədər də irəli gedərək Avropa
İqtisadi Birliyi haqqında müqaviləni imzalamışdır.
XIX
əsrin 90-cı illərində Fransada proteksionizmə meyilli-
lik yüks
ək gömrük tariflərinin mövcudluğu ilə müşaiyət olundu.
Yüks
ək gömrük tariflərini, ilk növbədə fransız sənayesi tələb
edirdi. XX
əsrin 30-cu illərinin sonundan başlayaraq baş tarif də-
r
əcələri, xammal istisna olmaqla, demək olar ki, bütün mallara
qarşı qadağanedici rüsumlar xarakteri kəsb edirdi. Nəhayət,
bilavasit
ə fransız sənayesinin tələbi əsasında bütün büdcə ehtiyat-
la
rının səfərbər edilmə zərurəti ilə 8 iyul və 8 sentyabr 1937-ci il
tarixli dekretl
ərlə gömrük rüsumları yenidən 14% qaldırıldı.
1948-
ci il yanvar ayının 1-dən qüvvəyə minən yeni gömrük tarifi
is
ə proteksionist xarakter kəsb etsə də, ödənilmə üsuluna görə
d
əyişilmişdir.
Lakin XX
əsrin 60-cı illərindən başlayaraq inkişaf etməkdə
olan ölk
ələrin gömrük tarif siyasətində baş verən mühüm dəyişik-
likl
ər bu problemə də bir qədər ətraflı yanaşmağı tələb edir. Bu
zaman elektron, informatika v
ə hesablama, proqram təminatı,
telekommunikasiya, informasiya xidm
ətinin inkişafı bu istiqamət-
d
ə gömrük tarif siyasətinin yenidən qurulmasını zəruri etmişdir.
109
Eyni zamanda, beyn
əlxalq münasibətlərdə beynəlxalq iqtisadi
ittifaqların və beynəlxalq iqtisadi təşkilatların rolu daha da art-
mışdır. Bununla əlaqədar iqtisadi ədəbiyyatda göstərilir ki, artıq
beyn
əlxalq iqtisadi əməkdaşlığın 3 mərkəzi – ABŞ, Avropa
İttifaqı, Yaponiya yaranmışdır.
İnkişaf etmiş dövlətlərin tarif ticarət siyasətində mühüm
addımlardan biri də ayrı-ayrı mallara qarşı idxal rüsum dərəcə-
l
ərinin aşağı salınması ilə müşahidə olunmuşdur. Məsələn, 1935-
ci ild
ən 1961-ci ilə qədər müddətdə bir sıra mallara qarşı rüsumlar
xeyli aşağı salınmışdır: kimyəvi birləşmələrə, yağ və boyalara
qarşı təxminən 3 dəfə, metal məmulatlarına qarşı 3 dəfə, kənd
t
əsərrüfatı xammalına və ərzağa qarşı təxminən 4 dəfə və s.
İkinci Dünya müharibəsindən sonra həmin inkişaf etmiş
ölk
ələrin gömrük tarif siyasətinin mühüm xüsusiyyətlərindən biri
d
ə ondan ibarətdir ki, gömrük rüsumlarının ümumdövlət büdcəsi
g
əlirlərindəki payı xeyli aşağı düşmüşdür. XX əsrdə gömrük
rüsumları, demək olar ki, bütün dövlətlərdə ümumidövlət büdcə-
sinin
əksər hissəsini təşkil edir: 1899-cu ildə Rusiyada 17, Fin-
landiyada 1888-1889-cu ill
ərdə 37, ABŞ-da 1889-cu ildə 58; Bra-
ziliyada 1888-ci ild
ə 57, Almaniyada 1888-1889-cu illərdə 34,
İtaliyada 1887-1890-cı illərdə 16, Fransada 1888-ci ildə 12,
İngiltərədə 23 faiz təşkil etmişdir.
Qeyd etm
ək lazımdır ki, müstəqilliyini yenicə əldə etmiş
Az
ərbaycan Respublikası timsalında təhlil göstərir ki, 1994-2002-
ci ill
ərdə dövlət büdcəsinə daxil olan gömrük ödənişləri büdcənin
g
əlir hissəsinin formalaşmasında xüsusi çəkisi 1994-cü ildə 3,2 ,
1995-ci ild
ə 4,3 faiz olduğu halda, 1998-ci ildə 24,1, 1999-cu ildə
23,7, 2000-ci ild
ə 20,1, 2001-ci ildə isə 22,1 faiz təşkil etmiş və
2002-ci ild
ə 1994-cü ilə nisbətən 7 dəfə artmışdır. 2002-ci ildə
dövl
ət büdcəsinə 921,8 milyard manat və ya 1997-ci illə müqayi-
s
ədə 2,2 dəfə çox gömrük vergi və rüsumları köçürülmüşdür.
Büdc
ə gəlirlərində gömrük vergi və rüsumlarının xüsusi çəkisi
1997-ci ild
əki 16,7 %-dən 2002-ci ildə təxminən 22,4 faizə
qalxmışdır.
Dostları ilə paylaş: |