www.vivo-book.com
710
Bu dəfəsə o özü sevgi məktubu yazmağa cəsarət
eləmiĢdi. O özü, ilk olaraq (necə də dəhĢətli sözdü), özü də
cəmiyyətdə ən axırıncı yeri tutan bir adama məktub
yazmağa cəsarət eləmiĢdi.
Onun bu hərəkəti üzə çıxsaydı, Ģübhəsiz ki, qızın adı
əbədi biabır olardı. Matildanın anasıyla rəfiqəlik edən
qadınlardan heç biri onun tərəfini saxlamağa cəsarət
etməzdi! Axı onu müdafiə etmək üçün nə düĢünmək, nə
tapmaq olardı ki, qızın ziyafət salonlarında dəhĢətlə anılan
adını bir az təmizə çıxarmaq mümkün olsun?!
Axı bu cür bir etirafı dilə gətirmək belə dəhĢətliydi.
Hələ yazmaq?!
“Bəzi Ģeylər barədə yazmaq olmaz!” – Napoleon
Baylen razılaĢmasını eĢidəndə bu sözləri demiĢdi. Özü də bu
günlərdə Jülyen də sanki qızı xəbərdar edirmiĢ kimi məhz
Napoleonun həmin sözləri barədə danıĢmıĢdı.
Amma bunlar hamısı hələ boĢ Ģeylər idi: Matildaya ən
çox əzab verən Ģübhələrin mənĢəyi baĢqaydı. Kruazenua, de
Lyuz, de Kelyuzlara deyil, tamam baĢqa mərtəbədən olan bir
www.vivo-book.com
711
adama məktub yazmaqla qız öz cəmiyyətini nə qədər
alçaltdığını deyil, özünü düĢünürdü.
Jülyenin xasiyyətinin dərinliyi, onun əlçatmazlığı
oğlanla ən sıradan münasibətlərdə belə onu qorxuda bilərdi.
Qızsa onu öz sevgilisi, az qala öz sahibi elan etməyə
hazırlaĢırdı.
“Kim bilir, mən ona tabe olandan sonra oğlanın hansı
meyilləri üzə çıxacaq? Neynək, belə olsa, mən Medeya kimi
gərək öz-özümə deyim: yaĢamadığım daha nə təhlükə qaldı
ki – mən, təkcə mən özüm! Jülyenin zadəgan qanından olan
adamlara heç bir xüsusi hörməti yoxdur. Ən pisi də budur ki,
bəlkə o heç mənə vurulmayıb”.
Bu əzablı dəqiqələrdə düĢündükləri azmıĢ kimi, bir
tərəfdən də qadınlıq qüruru onu ağrıdırdı.
“Mənim kimi qızın taleyi tamam baĢqa cür olmalıdır!”
– bir dəfə qəzəblənmiĢ Matilda demiĢdi. BeĢikdən bu yana
onun özündə bəslədiyi qüruru indi əxlaqla üz-üzə qalmıĢdı.
Həmin vaxt Jülyenin səfər məsələsi iĢi sürətləndirmiĢdi
(XoĢbəxtlikdən belə adamlar o qədər də çox deyil.).
www.vivo-book.com
712
AxĢam, artıq əməlli-baĢlı qaranlıq düĢəndə Jülyenin
ağlına bir biclik gəldi. GöstəriĢ verdi ki, köhnə sandığını
xidmətçilərin otağına aparsınlar və bu tapĢırığı madmazel de
La-Mollun qulluqçusuna tapĢırdı.
Oğlan düĢünürdü:
“Bəlkə də bu hiylənin heç bir xeyri olmayacaq. Amma
bəxtim gətirsə, Matilda elə biləcək ki, mən çıxıb getmiĢəm”.
Və oğlan öz hiyləsindən razı halda yuxuya getdi.
Matilda həmin gecə yata bilmədi.
Səhər evdə hələ heç kim oyanmamıĢ Jülyen çıxıb getdi
və saat səkkizdə evə qayıtdı.
O, kitabxanaya girən kimi, madmazel de La-Moll
qapıda göründü. Oğlan cavab məktubunu qıza uzatdı.
DüĢündü ki, məktubu verəndə qıza nəsə demək yaxĢı olardı
– bunu üçün daha yaxĢı vaxt olmayacaqdı – amma qız
məktubu alan kimi qaçıb getdi. Jülyen sevindi – çünki qıza
nə deyəcəyini bilmirdi.
“Əgər bu onun qardaĢı Norberlə birlikdə qurduğu bir
oyun deyilsə, onda bu alimənsəb qızın izhar elədiyi çılğın
sevgini alovlandıran mənim soyuq gözlərim olub. Mən bu
www.vivo-book.com
713
bəzəkli gəlinciklə ciddi-ciddi maraqlansaydım, doğrudan da
axmaq vəziyyətə düĢərdim”. Bu nəticədən sonra oğlan
özünü ömründə heç vaxt olmadığı kimi soyuq və haqq-
hesabını bilən adam kimi hiss elədi.
“Bu müharibədə – oğlan düĢünürdü – qızın zadəgan
qüruru aramızda dayanan hərbiçi qalxanı kimi bir Ģey
olacaq. Bax, zərbəni bu qalxana vurmaq lazımdı. Mən
Parisdə qalmaqla özümü axmaq vəziyyətə saldım, bu mənə
sərf eləməyən vəziyyətdir. Əgər, təbii ki, bu sevgi məsələsi
oyundan baĢqa bir Ģey deyilsə... Mən getsəydim, məsələ
necə olardı? Belə çıxacaqdı ki, əgər onlar məni ələ salırlarsa,
deməli, mən də onları ələ salıram. Əgər qız doğrudan da
mənimlə maraqlanırsa, çıxıb gedəcəyim təqdirdə, bu, onun
mənə olan marağını birə yüz artırmıĢ olardı”.
Madmazel de La-Mollun məktubu Jüyenin izzəti-
nəfsini o qədər oxĢayırdı ki, oğlan baĢ verənlərə inanmağa
cəsarət etməyərək, kinayəylə gülürdü, amma ağlına da
gəlmirdi ki, indi çıxıb getməyinin necə ağıllı hərəkət
olacağını düĢünsün.
www.vivo-book.com
714
Jülyen öz səhvlərinə qarĢı ifrat dərəcədə həssas idi –
onun xasiyyətinin ən pis cəhəti bu idi. Bu dəfə o elə məyus
olmuĢdu ki, saat doqquzda madmazel de La-Moll
kitabxananın qapısı ağzında görünərək, məktubu atıb, qaçıb
gedənə qədər öz səhvinə səbəb olmuĢ qələbənin mahiyyətini
az qala unutmuĢdu...
“Deyəsən, bu məktublaĢma sevgisi olacaq – oğlan
məktubu qaldırarkən öz-özünə dedi. – DüĢmən fənd iĢlədir,
mən də soyuqluğu və alicənablığı iĢə salaram!”
Qız ondan məktuba cavabı elə təkəbbürlə tələb eləyirdi
ki, bu, Jülyeni hətta əyləndirdi də. Oğlan həzz ala-ala,
onunla əylənən adamları özlüyündə lağa qoya-qoya
ikisəhifəlik məktub yazdı və sonda sabah səhər gedəcəyini
bildirdi.
Məktubu yazıb qurtarandan sonra dərhal fikirləĢdi:
– Bunu ona bağçada verərəm.
O, bağçaya çıxaraq, madmazel de La-Mollun otağının
pəncərəsinə baxmağa baĢladı.
Qızın otağı ikinci mərtəbədə, anasının apartamentiylə
yanaĢıydı, otaqların üstündə iri antresollar quraĢdırılmıĢdı.
Dostları ilə paylaş: |