Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə100/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   96   97   98   99   100   101   102   103   ...   158

www.vivo-book.com 

 

398 



yerinə  mənim  xəyalımda  YaĢıl  Milin  sonunda  yerləĢən  anbar  otağı, 

neçə-neçə çətin uçağın sonuncu dəfə oturduğu elektrik stulu və yolun 

altındakı tunelə aparan pilləkənlər meydana gəlirdi. Məhz orada, mən, 

Brutus,  Din  və  Harri,  Delakruanın  tüstülənən  cəsədinin  qarĢısında 

Persini dövrəyə alaraq, onu Briar Ricdəki dəlixanaya keçməsi ilə bağlı 

ərizə  verəcəyi  haqqında  bizə  etdiyi  vədini  təkrar  etməyə  məcbur 

etmiĢdik. 

Solariumda  həmiĢə  tər  çiçəklər  olur,  lakin  dünən  günortaya 

yaxın mən yalnız ölünün yanmıĢ bədəninin zəhərli iyindən baĢqa, heç 

nə  hiss  etmirdim.  Pəncərənin  altındakı  çəmənlikdə  eĢidilən  motorlu 

otbiçənin  səsi  yavaĢ-yavaĢ  tunelin  tağlı  kərpic  tavanından  süzülərək 

damcılayan  suyun  səsi  ilə  əvəz  olunurdu.  Zamanda  səyahət  davam 

edirdi.  Bədənim burada olsa da, mən ruhum və düĢüncəm  ilə 1932-ci 

ilə səyahətə çıxmıĢdım.  

Mən  nahara  getmədim,  təxminən  axĢam  saat  dördə  qədər 

yazmaqla  məĢğul  oldum  və  nəhayət,  qələmi    kənara  qoyanda,  əlimin 

ağrıdan  sızıldadığını  hiss  etdim.  Mən  pilləkənlərlə  asta-asta  ikinci 

mərtəbədəki dəhlizə endim. Orada iĢçilərin maĢın dayanacağına açılan 

bir pəncərə var. Mənim gəzinti zamanı hara getdiyim və nə iĢlə məĢğul 

olduğum  haqqında  çox  maraqlanan  Bred  Dolan  –  mənə  Persini 

xatırladan  sanitar  –  bamperinə  yapıĢdırılmıĢ  etiketdə  “Mən  Allahı 

görmüĢəm və Onun adı Tritondur” yazılmıĢ köhnə “ġevrole” sürürdü. 

Onun  maĢını  dayanacaqda  gözə  dəymirdi.  Deyəsən,  onun  növbəsi 



www.vivo-book.com 

 

399 



bitmiĢdi  və  o,  evi  adlandırdığı  hansısa  bağçaya  getmiĢdi.  Mən 

xəyalımda  divarlarına  skoçtla  Ģəkillər  yapıĢdırılmıĢ  və  künclərdə  isə 

Diksi pivə bankaları qoyulmuĢ bir tereyler canlandırdım.  

Mən mətbəxdən keçərək bayıra çıxdım. Orada artıq Ģam yeməyi 

hazırlanırdı.  

– Sizin çantanızda nə var, cənab Eckum? – deyə Norton məndən 

soruĢdu. 

–  BoĢ  su  ĢüĢəsi,  –  deyə  mən  cavab  verdim.  –  Mən  meĢənin 

içində  “gənclik  bulağı”  tapmıĢdım  və  hər  axĢam  təxminən  elə  bu 

saatlarda  ora  gedir  və  çeĢmədən  bir  az  su  götürürdüm.  Yatağa 

girməzdən əvvəl, mən o sudan içirəm. Çox əla sudur, sizi inandırıram.  

–  Deyəsən,  o  su  sənin  cavan  qalmağına  kömək  edir,  –  deyə 

ikinci aĢpaz Corc dilləndi. – Amma sənin görkəmindən bunu söyləmək 

çox çətindir.  

Onun  sözünə  hamımız  güldük  və  mən  çölə  çıxdım.  Dolanın 

avtomobili  dayanacaqda  olmasa  da,  mən  onun  yaxınlıqda  olub-

olmadığına  əmin  olmaq  üçün  ətrafa  baxdığımı  anladım,  onun  içimin 

belə  dərinliyinə  nüfuz  etməsinə  imkan  verdiyimə  görə  özümü  əbləh 

adlandırdım  və  kroket  meydançasından  keçdim.  Meydançanın 

arxasında  qolf  üçün  çəmənlik  var  və  o,  Corciya  Paynzın  reklam 

bukletlərində  daha  gözəl  görünür,  onun  arxasında  isə  qocalar  evinin 

Ģərqindəki  sıx  ağaclığa  tərəf  uzanan  dar  bir  cığır  baĢlayır.  Bu  cığırla 

irəliləyərkən, qarĢınıza iki köhnə saray çıxacaq, indi onlardan heç kim 



www.vivo-book.com 

 

400 



istifadə  eləmir.  Corciya  Paynzın  ərazisini  47-ci  Corciya  Ģosesindən 

ayıran hündür daĢ divarın lap yaxınlığında olan ikinci saraya girdim və 

bir neçə dəqiqə orada qaldım.  

Həmin  axĢam  mən  yaxĢı  marĢ  eləmiĢdim,  bir  qədər  televizora 

baxandan sonra erkəndən yatmağa getmiĢdim. Gecələrin çoxunda mən 

yuxudan  ayılar,  barmaqlarımın  ucunda  televizor  otağına  enər  və 

amerkan klassik filmləri kanalında göstərilən köhnə filmlərə baxardım. 

Lakin  keçən  gecə  bu  belə  olmadı,  mən  ölü  kimi  yatdım  və 

ədəbiyyatdakı  bu  sərgüzəĢtlərimə  baĢladığım  gündən  bəri  məni  təqib 

edən  yuxuların  heç  birini  görmədim.  Deyəsən  bu  yazı  iĢi  məni  lap 

yorub  əldən  salmıĢdı,  axı  mən  indi,  əvvəllər  olduğum  kimi  cavan 

deyildim.  

Yuxudan  ayıldım  və  həmiĢə  səhər  saat  altıda  döĢəmədə 

gördüyüm  günəĢ  Ģüalarının  artıq  mənim  yatağımın  ayaq  hissəsinə 

qədər gəlib çıxdığını görəndə, həyəcanla cəld yerimdən dik atıldım, elə 

həyəcanlı  idim  ki,  hətta  ombalarımda,  dizlərimdə  və  topuqlarımda 

həmiĢə  məni  incidən  artrit  ağrılarını  belə,  hiss  etmədim.  Mən 

bacardığım  qədər  cəld  geyindim  və  dəhlizlə  iĢçilərin  dayanacağına 

açılan  həmin  pəcərəyə  tərəf  tələsdim,  mən  ümid  edirdim  ki,  Dolanın 

öz “Ģevrole”sini saxladığı yerin boĢ olduğunu görəcəyəm. Çünki bəzən 

onun iĢə yarım saat gecikdiyi vaxtlar da olurdu... 

Bu  dəfə  bəxtim  gətirməmiĢdi.  Onun  avtomobili  öz  yerində 

dayanmıĢdı  və  onun  paslı  gövdəsi  səhər  günəĢinin  Ģüalarının  altında 



www.vivo-book.com 

 

401 



donuq  parıltı  verirdi.  Deyəsən,  son  zamanlar  mister  Dolanın  iĢə 

vaxtında  gəlməsi  üçün  vacib  səbəbləri  vardı,  düz  demirəmmi?  Bəli. 

Qoca  Polli  səhər  tezdən  harasa  gedir  və  nəyləsə  bərk  məĢğuldur  və 

mister  Dolan  da  onun  nə  ilə  məĢğul  olduğunu  hökmən  öyrənməlidir. 

“Sən  orada  nə  eləyirsən,  Polli?  Mənə  de  görüm.”  O,  yəqin  ki,  artıq 

məni izləyir. Elə olduğum yerdə qalmaq çox ağıllı bir hərəkət olaradı... 

əlbəttə, əgər qala bilsəydim.  

–  Pol? 


Mən səs  gələn tərəfə elə  cəld döndüm  ki,  az qala  yıxılacaqdım. 

Gələn,  mənim  dostum  Eleyn  Konnolli  idi.  Mənim  müvazinətimi 

itirdiyimi  görəndə, onun gözləri bərəldi və məni tutmaq üçün əllərini 

mənə tərəf uzatdı. Amma onun xoĢbəxtliyindən mən öz müvazinətimi 

bərpa  edə  bildim,  əgər  onun  qollarının  üstünə  yıxılsaydım,  məni  onu 

quru budaq kimi ikiyə bölə bilərdim. Sən səksən yaĢdan sonra qarĢına 

çıxan qəribə bir ölkəyə düĢəndə, romantik duyğular ölmür, amma sən 

“Küləklə sovrulanlar”ın süjetini unuda bilərsən.  

–    BağıĢla  məni,  deyə  Eleyn  üzr  dilədi,  –  mən  səni  qorxutmaq 

istəmirdim.  

–    Hər  Ģey  qaydasındadır,  deyə  cavab  verdim  və  gülümsəməyə 

çalıĢdım.  Belə  oyanmaq  üzünə  bir  ovuc  soyuq  suyun  atılmasından 

daha  yaxĢıdır.  Hər  səhər  bunu  etmən  üçün  mən  səni  qulluğa 

götürərdim.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə