Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə99/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   95   96   97   98   99   100   101   102   ...   158

www.vivo-book.com 

 

394 



Harri  Tervilliger  özünün  ikinci  sendviçini  götürdü,  bir  neçə 

saniyə baxdı və yenə qaytarıb masanın üstünə qoydu.  

– Əgər biz doğrudan da bu dəliliyi etməyə qərar verəsiyiksə, – 

deyə  Harri  dilləndi,  –  onda  düĢünürəm  ki,  mənim  “pikap”ımdan 

istifadə  edə  bilərik.  Onu  maĢının  arxasına  otuzdurarıq.  Həmin 

saatlarda  yollarda demək olar ki,  heç kim olmur.  Biz gecə  yarısından 

xeyli keçmiĢ bir vaxtdan danıĢırıq, elə deyilmi? 

– Hə, – deyə mən təsdiq etdim. 

– UĢaqlar, siz bir Ģeyi yaddan çıxarırsınız, – deyə Din dilləndi. – 

Mən  də  bilirəm  ki,  o,  “E”  blokuna  gəldiyi  gündən  özünü  çox  sakit 

aparır, çarpayısında uzanmaqdan və bir də göz yaĢı tökməkdən baĢqa, 

demək olar ki, heç nə eləmir, amma gəlin unutmayaq ki, o. bir qatildir. 

Bir  də  o,  çox  nəhəngdir.  Əgər  o,  Harrinin  “pikap”ının  kuzovundan 

qaçmaq  fikrinə  düĢsə,  onu  dayandırmaq  üçün  bizim  yeganə  əlacımız 

ona atəĢ  açmaq olacaq.  Belə  bir nəhəngi  dayandırmaq üçün isə  çoxlu 

güllə atmaq lazım gələcək, hətta 45 çaplı tapançadan belə. Tutalım, biz 

onu güllə ilə vurub yıxa bilmədik, onda necə olsun? Ya da tutalım ki, 

o,  yenə  kimisə  öldürdü,  bəs  onda  biz  nə  edəcəyik?  Mən  buna  görə 

iĢimi  itirmək  və  ya  türməyə  düĢmək  istəməzdim.  Mənim  arvadım  və 

öhdəmdə  iki  balaca  uĢağım  var,  mən  onların  həyatlarını  təmin 

etməliyəm.  Bundan  əlavə,  mən  istəməzdim  ki,  baĢqa  bir  qız  uĢağının 

ölümünə görə mənim vicdanım daim əzab çəksin.  

– Bu, baĢ verməyəcək, – mən dedim. 



www.vivo-book.com 

 

395 



– Allah xatirinə, de görüm, sən bundan niyə belə əminsən, axı?  

Mən  cavab  vermədim.  Mən  sözə  haradan  baĢlayacağımı 

bilmirdim. Əlbəttə, mən bilirdim ki, belə bir sual ortaya çıxacaq, lakin, 

bununla  belə,  öz  bildiklərimi  onlara  danıĢmaq  üçün  nədən 

baĢlayacağımı bilmirdim. Brutus dadıma çatdı. 

– Sən onun qatıl olduğunu düĢünmürsən, düz demirəmmi, Pol? – 

deyərək Brutus Ģübhə ilə mənə baxdı. – Sən düĢünürsən ki, o, yekəpər 

əbləhin heç bir günahı yoxdur. 

– Hə, məncə, onun günahı yoxdur, o məsumdur.  

– Allah xatirinə, de görüm, niyə belə düĢünürsən ,axı? 

– Buna iki səbəb var, – deyə mən cavab verdim. – Onlardan biri 

mənim  ayaqqabımdır.  –  Mən  masaya  tərəf  əyilərək  söhbətimə 

baĢladım. 

 

 



 

 

 



 

 

Beşinci Hissə 



 

GECƏ SƏYAHƏTĠ 




www.vivo-book.com 

 

396 



 

 

 

 

Cənab  H.  G.  Uels  bir  dəfə  zaman  maĢını  ixtira  etmiĢ  bir  adam 



haqqında  hekayə  yazmıĢdı.  Mən  birdən  baĢa  düĢdüm  ki,  öz 

memuarlarımı  yazmaqla  mən  də  öz  zaman  maĢımımı  yaratmıĢdım. 

Uelsin maĢınından fərqli olaraq mənimki yalnız keçmiĢə – 1932-ci ilə 

səyahət edə bilərdi, əgər lap dəqiq desək, mən Ģtatın Kold Mauntindəkı 

həbsxanasının  “E”  blokunda  baĢ  nəzarətçi  iĢlədiyim  vaxtlara,  özü  də, 

nə  qədər  qəribə  də  olsa,  heç  bir  problemsiz-zadsız.  Bununla  belə,  bu 

maĢın  mənə  həmin  günlər  istifadə  elədiyim  köhnə  “ford”umu 

xatırladır: dəqiq bilirsən ki, haçansa mühərrik iĢə düĢəcək, lakin dəqiq 

bilmirsən  ki,  bunun  üçün  açarı  burmaq  kifayət  edəcək,  yoxsa 

mühərriki iĢə salmaq üçün maĢından düĢüb qolu qırılanacan əyri dəmir 

dəstəyini fırlatmalı olacaqsan.  

Con Koffi haqqındakı hekayəmi söylənməyə baĢladığım vaxtdan 

bu  yana  mənim  maĢınım  bir  neçə  dəfə  açarı  burar-burmaz  iĢə 

düĢmüĢdü,  amma  dünən  mən  əyri  dəmir  dəstəyini  fırlatmalı 

olmuĢdum.  Məncə,  bu  ona  görə  olub  ki,  öz  hekayəmin  Delakruanın 

edamı  ilə  bağlı  olan  hissəsinə  çatmıĢam  və  mənim  Ģüurumun  bir 

hissəsi  hələ  də  sakitləĢmək  istəmir.  Bu  çox  qorxunc  bir  ölüm  idi, 



www.vivo-book.com 

 

397 



dəhĢətli  bir  ölüm  və  bunun  səbəbkarı  Persi  Uetmor  –  saçlarını 

daramaqdan həzz alan, amma kiminsə ona gülməsinə, hətta baĢı yarıya 

qədər dazlaĢmıĢ və milad bayramını  görməyəcək balaca fransızın ona 

gülməsinə dözümü olmayan bir gənc adam – olmuĢdu.  

Bütün çirkli iĢlərdə olduğu kimi, iĢin ən çətin hissəsi hələ yenicə 

baĢlamıĢdı.  Mühərrik  üçün  fərqi  yoxdur,  sən  onu  açarla  iĢə  salırsan, 

yoxsa  əyri  dəmir  dəstəyini  fırlatmaqla;  iĢə  düĢdükdən  sonra  o,  hansı 

üsulla  iĢə  salınmasından  asılı  olmayaraq,  normal  iĢləyir.  Dünən  də 

mənim  baĢıma  elə  bu  gəlmiĢdi.  Əvvəlcə,  söhbət  qırıq-qırıq  ifadə  və 

sözlərlə,  sonra  bütöv  cümlələrlə,  sonra  isə  aĢıb-daĢan  bir  axın  kimi 

davam elədi. Mən aĢkar etdim ki, yazmaq, nəyisə xatırlamağın xüsusi 

və bir az da hürküdücü bir növüdür, bu prosesdə insanı vəcdə gətirən 

nəsə  bir  Ģey  var.  Bəlkə  də  məni  belə  düĢünməyə  vadar  edən,  həddən 

artıq  qocalmağımdı  (bunun  necə  baĢ  verdiyini  mən  heç  hiss 

eləməmiĢdim),  amma  mən  belə  düĢünmürəm.  Məncə,  qələmlə 

xatirələrin  birləĢməsi  möcüzəyə  bənzər  bir  Ģey  yaradır  və  bu 

möcüzənin özü də təhlükəlidir. Con Koffini tanıyan, onun insanlara və 

siçanlara  nə  edə  bildiyini  öz  gözü  ilə  görmüĢ  bir  adam  kimi  mən  nə 

danıĢdığımı yaxĢı baĢa düĢürəm.  

Möcüzə təhlükəlidir.  

Ġstənilən  halda,  dünən  mən  bütün  günü  yazmaqla  məĢğul 

olmuĢdum  və  sözlər  elə  bil,  içimdə  aĢıb-daĢaraq  bayıra  axırdı.  Bu 

qocalar  evinin  solariumu  yavaĢ-yavaĢ  silinərək  gözdən  itir  və  onun 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə