Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə96/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   92   93   94   95   96   97   98   99   ...   158

www.vivo-book.com 

 

382 



– Mən bunu bir az baĢqa cür deyərdim, amma... 

– Nahara bizim qonaqlarımızmı olacaq, Pol? 

– Ümid edirəm ki, olacaq, – deyə cavab verdim. 

 

 



                                                        9 

 

 



Mən  Brutus  və  Din  ilə  dərhal  danıĢa  bildim,  çünki  onların  hər 

ikisinin də evində telefon xətti vardı. Harrinin evində isə telefon xətti 

yox  idi,  ən  azından  o  vaxtlar,  lakin  mən  onun  ən  yaxın  qonĢusunun 

telefon  nömrəsini  bilirdim.  Təxminən  iyirmi  dəqiqə  sonra,  Harriyə 

növbəti ödəniĢ qəbzi gələndə, “öz hissəsini ödəyəcəyinə” utancaqlıqla 

vəd  edərək  mənim  zəngimə  cavab  verdi.  Mən  ona  cücələri  payızda 

sayarıq deyəndən sonra, soruĢdum: 

– YaxĢı de görüm, nahara bizə gələ bilərsənmi? Brutus ilə Dində 

olacaqlar,  Cenis  isə  özünün  məĢhur  doğranmıĢ  kələm  salatını 

hazırlayacağına söz verib... mən hələ onun daha məĢhur alma piroqunu 

demirəm.  

–  Nahar  xatirinə,  elə-belə  nahar?  –  Harrinin  səsindəki  Ģübhə 

tonunu asanlıqla hiss etmək olurdu. 

Mən  ona  dedim  ki,  onlarla  danıĢmaq  istədiyim  bir  məsələ  var, 

amma  bu  haqda  telefonda  bir  kəlmə  belə  deməsək  yaxĢıdı.  Harri  də 



www.vivo-book.com 

 

383 



nahara  gələcəyinə  söz  verdi.  Mən  telefonun  dəstəyini  yerinə  asıb 

pəncərəyə  yaxınlaĢdım və fikirli-fikirli bayıra baxmağa baĢladım. Biz 

gecə  növbəsində  olmağımıza  baxmayaraq,  nə  Brutusu,  nə  də  Dini 

yuxudan oyatmıĢdım, elə Harrinin də səsi yenicə yuxusundan ayılmıĢ 

adamın  səsinə  oxĢamırdı.  Belə  çıxırdı  ki,  dünən  gecə  baĢ  verən 

hadisələrdən  sonra  problem  yaĢayan  təkcə  mən  deyildim  və  mənim 

baĢımda  qurduğum  planın  dəlisovluğunu  nəzərə  alsaq,  bunun  belə 

olması, bəlkə də yaxĢı idi.  

Mənim  qonĢuluğumda  yaĢayan  Brutus  on  ikiyə  on  beĢ  dəqiqə 

iĢləmiĢ gəldi. Din ondan on beĢ dəqiqə sonra göründü və Harri isə iĢ 

paltarını geyinmiĢ vəziyyətdə Dindən on beĢ dəqiqə sonra gəlib çıxdı. 

Cenis  mətbəxdə bizim  qarĢımıza soyuq mal  ətindən buterbrod, kələm 

salatı və buzlu çay qoydu. Hələ bir-iki gün bundan əvvəl biz artırmada 

oturub  nahar  edə  və  xəfif  küləkdən  həzz  ala  bilirdik,  lakin  tufandan 

sonra havanın temperaturu təxminən on beĢ dərəcə aĢağı düĢmüĢdü və 

indi dağdan əsən külək adamı bıçaq kimi kəsirdi.  

–  Sən  də  gəlib  bizimlə  otura  bilərsən,  –  deyə  mən  arvadıma 

səsləndim.  

O, baĢını bulayaraq dedi: 

– Sizin burada nə iĢlər çevirdiyinizi bilmək istəmirəm. Nə qədər 

az bilsəm, bir o qədər rahat olaram. YaxĢısı budur, mən öz yeməyimi 

salonda yeyim. Bu həftə xanım Ceyn Ostin mənim qonağım olacaq, o, 

çox gözəl müsahibdir.  



www.vivo-book.com 

 

384 



–  Ceyn  Ostin  kimdir?  –  deyə  Harri,  arvadım  gedəndən  sonra, 

soruĢdu.  Sənin,  yoxsa  Cenisin  qohumlarındandır?  Xalaqızındır? 

QəĢəngdirmi?  

–  O  yazıçıdır,  ay  axmaq,  deyə  Brutus  ona  izah  elədi.  –  Betsi 

Ross ilk bayrağa ulduzlar tikən vaxt artıq o, axirət dünyasına çoxdan 

köçmüçdü.  

– Ay səni. – Harri bir az pərt oldu. – Mən kitab oxumağı o qədər 

də  çox  sevmirəm.  Əsasən,  radioqəbuledicilər  üçün  təlimat  kitablarını 

oxuyuram.  

– Yenə nə düĢünmüsən, Pol? – deyə Din soruĢdu.  

–  Gəlin  Con  Koffi  ilə  Mister  Cinqlzdan  baĢlayaq.  –  Mənim  də 

gözlədiyim kimi, onların üzündə təəccüb ifadəsi göründü. Onlar yəqin 

düĢünürdülər  ki,  mən  ya  Delakrua,  ya  da  Persi  haqqında  danıĢmaq 

istəyirəm.  Bəlkə  də  hər  ikisi  haqqında.  Mən  Din  ilə  Harriyə  tərəf 

baxdım. Con Koffinin Mister Cinqlza etdiyi  hər nə idisə, çox sürətlə 

baĢ verdi və bitdi. Mən hətta bilmirəm ki, siçanın nə halda olduğunu, 

onun necə ağır xəsarətlər aldığını görə bilməniz üçün ora vaxtında çata 

bildiniz, ya yox.  

Din baĢını buladı.  

– Amma mən döĢəmədə qan izləri gördüm. 

Mən Brutusa tərəf döndüm. 

–  O,  it  oğlu  it  Persi,  ayaqqabısını  siçanın  üstünə  basaraq  onu 

əzmiĢdi, – deyə o dilləndi. Siçan onda ölməliydi, amma ölmədi. Koffi 



www.vivo-book.com 

 

385 



ona nəsə elədi. Onu necə sağaltdı. Mən dediklərimin necə səsləndiyini 

bilirəm, amma mən hər Ģeyi öz gözlərimlə gördüm.  

Onda mən dedim: 

– O məni də sağaldıb. Mən bunu necə etdiyini görməsəm də, onu 

hiss  etdim.  –  Mən  onlara  öz  sidik  yollarımın  infeksiyası  haqqında 

danıĢdım – infeksiyanı necə geri qayıtdığını, özümü necə hiss etdiyimi 

(pəncərədən,  mən  onlara  ağrı  məni  diz  çökməyə  məcbur  edəndə 

yıxılmamaq  üçün  əlimlə  yapıĢdığım  odun  cərgəsini  də  göstərdim), 

Koffinin  mənə  toxunuĢundan  sonra  bu  xəstəliyin  necə  birdən-birə 

məndən  əl  çəkdiyi  haqqında  onlara  danıĢdım.  Xəstəlik  o  toxunuĢdan 

sona bir də geri qayıtmadı.  

Mənim hekayəm elə də uzun çəkmədi. Mən söhbətimi bitirəndə, 

onlar  öz  sendviçlərini  çeynəyə-çeynəyə  fikirli  halda  oturmuĢdular. 

Sonra Din dedi: 

–  Onun  ağzından  nəsə  qara  Ģeylər  çıxdı,  lap  mığmığalara 

bənzəyirdilər.  

– Hə, elədir, – deyə Harri də onunla razılaĢdı. – Əvvəlcə onların 

rəngi  qara  idi,  sonra  isə  rəngləri  ağardı  və  qeyb  oldular.  –  O,  fikirli-

fikirli ətrafa baxdı. – Sən bu haqda danıĢmasaydın, mən az qala bütün 

bunları tamam unudacaqdım, Pol. Bu, bir az gülməli deyilmi?  

–  Burada  gülməli  və  təəccüblü  heç  nə  yoxdur,  –  deyə  Brutus 

etiraz  etdi.  –  Məncə,  insanlar  çox  vaxt  onlara  aydın  olmayan  Ģeyləri 

unudurlar. Mənası ona aydın olmayan bir Ģeyi yadda saxlamaqla insan 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə