Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə92/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   88   89   90   91   92   93   94   95   ...   158

www.vivo-book.com 

 

366 



– Persi haqqında çox da narahat olmamalısan, – mən dedim. – O, 

tezliklə  iĢ  yerini  dəyiĢəcək və  Briar Ricə keçəcək. Daha çox maaĢ və 

daha yaxĢı Ģərait. Düz demirəmmi, Persi? 

–  Onun  köçürülməsi  haqqındakı  sənəd  imazalana  kimi,  –  deyə 

Brutus əlavə etdi. 

– Nə qədər ki, bu sənəd imzalanmayıb, o, bütün axĢam növbələri 

üçün xəstəlik məzuniyyəti alacaq, – deyərək Din də söhbətə qarıĢdı. 

Bu  məqamda  elə  bil  kimsə  Persini  silkələyib  ayıltdı.  Çünki 

ödəniĢli  məzuniyyət  alması  üçün  o,  həbsxanada  kifayətə  qədər 

iĢləməmiĢdi. Persi üzündə aĢkar nifrətlə Dinə tərəf baxdı.  

– Heç buna ümid belə eləmə, – deyə cavab verdi. 

 

 



 

 

 

Təxminən ikiyə on beĢ dəqiqə iĢləmiĢ biz öz blokumuza qayıtdıq 



(bircə  Persidən  baĢqa,  ona  anbar  otağını  silib  təmizləməsi  əmr 

edilmiĢdi və o, hər Ģeyə lənət yağdıra-yağdıra bu iĢi yerinə yetirirdi) və 

mən  hesabatı  yazmalı  idim.  Mən  bu  hesabatı  növbətçi  masasında 

yazmağı  düĢünürdüm,  çünki  öz  kabinetimdəki  yumĢaq  və  rahat 

kresloya otursam, məni yuxu tutacağından qorxurdum. Cəmi bircə saat 



www.vivo-book.com 

 

367 



əvvəl  nə  baĢ  verdiyini  nəzərə  alsaq,  mənim  bu  sözlərim  sizə  qəribə 

gələ bilər, lakin axĢam saat on birdən baĢlayaraq mən elə bil üç ömür 

yaĢamıĢdım və bütün bu ömürlərin heç birində yatamamıĢdım.  

 Con  Koffi  öz  kamerasının  qapısnın  önündə  dayanmıĢdı,  onun 

qəribə  və  qeyri-adi  gözlərindən  durmadan  yaĢ  axırdı.  Ona  baxanda, 

adama elə gəlirdi, sanki, bunlar göz yaĢları deyildi, elə bil heç zaman 

sağalmayan  və  anlaĢılmaz  bir  Ģəkildə  ağrı  verməyən  bir  yaradan  qan 

axırdı.  Növbətçi  masasının  yaxınlığında  olan  baĢqa  bir  kamerada 

Uorton öz çarpayısında oturub bədənini ora-bura yellədərək bir mahnı 

oxuyurdu,  özü  də,  deyəsən,  bu  mahnını  özü  bəstələmiĢdi,  amma 

mahnıda məntiqin olmadığını demək mümkün deyildi. Əgər yaddaĢım 

məni aldatmırsa, mahnını sözləri belə idi:  

Man-qal! Sən və Mən! 

Cızıldayır və qızarır, püf-püf püf! 

Bu, nə Billidir, nə də Filadelfiya Filli

Nə Ceki, nə də Roy! 

O bir az istilənmiĢdir, bunda nə var,  

Delakrua adında bir az qızmıĢ xiyar! 

 

 

Kəs səsini, əbləh, – deyə mən onun üstünə qıĢqırdım.  



Uorton  ağzındakı  qaralmıĢ  diĢlərinin  hamısını  göstərərək  iriĢdi. 

O,  hələ  ölmürdü,  ən  azından  hələlik;  o,  sağ-salamat  ayaqlarının 




www.vivo-book.com 

 

368 



üstündə  dura  bilirdi,  onu  çulğalayan  xoĢbəxtlik  duyğuları  ilə  o,  az 

qalırdı “step” rəqs eləsin. 

– Bəlkə içəri gəlib özün məni susdurasan, hə? – deyə o, üzündə 

xoĢbəxt  bir  ifadə  ilə  qıĢqırdı  və  sonra  “Manqal”  mahnısının  baĢqa 

bəndlərini  oxumağa  baĢladı.  Onun  qoĢduğu  sözlər  elə  də  məntiqsiz 

deyildi.  Onun  sözlərində  nəsə  bir  Ģey  vardı.  Mən  deyərdim  ki,  nəsə, 

üfunət  iyi  verən  dərrakə  vardı  və  məncə,  o  sözlərdə  özünəməxsus 

gözəllik də vardı. 

Mən  Con  Koffinin  kamerasına  yaxınlaĢdım.  Mən  yaxınlaĢanda, 

o, əlinin arxası ilə gözlərini sildi. Onun gözləri qırmızı və ĢiĢkin idi və 

birdən mən elə gəldi ki, nədənsə o, çox yorğun görünürdü. O, nə üçün 

yorğun olmalıydı, axı o, gəzinti həyətində cəmi iki saat veyilləndikdən 

sonra, bütün vaxtını öz kamerasında, gah çarpayısında oturmaqla, gah 

da  yatmaqla  keçirir.  Bunun  səbəbi  mənə  məlum  deyildi,  amma  o, 

doğrudan  da  çox  yorğun  görünürdü.  Gözlərimin  məni  aldatmadığına 

tam əmin idim. Bunun belə olduğu açıq-aĢkar görünürdü.  

– Zavallı Del, – Koffi asta və xırıltılı səslə dedi. – Zavallı qoca 

Del. 


– Hə, – deyə mən cavab verdim. – Zavallı qoca Del. Con, özünü 

necə hiss edirsən?  

– Onun üçün artıq hər Ģey bitib, – Koffi yenə də dedi. Onun üçün 

artıq hər Ģey bitib, elə deyilmi boss? 




www.vivo-book.com 

 

369 



–  Hə,  elədir.  Mənim  sualıma  cavab  ver,  Con.  Sən  özünü  necə 

hiss edirsən? 

– Onun üçün artıq hər Ģey bitib, o, xoĢbəxt adamdır. Bunun necə 

olduğunun isə mənası yoxdur, o, xoĢbəxt adamdır.  

Mən  düĢündüm  ki,  bununla  bağlı  Delakrua  Koffi  ilə  mübahisə 

edərdi,  lakin  mən  bunu  ona  söyləmədim.  Bunun  əvəzində,  mən 

Koffinin kamerasına göz gəzdirdim.  

– Bəs Mister Cinqlz haradadır?  

–  O  tərəfə  qaçdı.  O,  dəmir  barmaqlıqların  arasından  əlini 

dəhlizin  o  biri  baĢına  tərəf  uzadaraq  karser  kamerasını  göstərdi.  Mən 

baĢımı yırğaladım. 

– Hə, eybi yoxdur, o yenə qayıdacaq. 

Amma  o  bir  daha  qayıtmadı,  Mister  Cinqlzın  YaĢıl  Mildə 

yaĢadığı  günlər  baĢa  çatmıĢdı.  Onun  yeganə  izini  Brutus  qıĢda 

tapmıĢdı: əlvan rənglərə boyanmıĢ bir neçə ağac tiliĢkəsi və dirəkdəki 

dəliyin içindən gələn nanəli nabatın qoxusu.  

Mən  arıq  oradan  uzaqlaĢmaq  istədim,  amma  bacarmadım.  Mən 

dinməzcə  Con  Koffiyə  baxırdım,  o  da  mənə,  elə  baxırdı  ki,  elə  bil 

mənim  düĢündüklərimi  oxuya  bilirdi.  Mən  öz-özümə  dedim  ki, 

hərəkətə  gəlməliyəm  və  növbətçi  masasına  geri  qayıdaraq  hesabatı 

yazmağa baĢlamalıyam. Bunun əvəzinə mən onun adını söylədim.  

– Con Koffi. 

– Bəli, boss, – deyə o, dərhal cavab verdi. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə