Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə89/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   85   86   87   88   89   90   91   92   ...   158

www.vivo-book.com 

 

354 



onu nə infarkt, nə də insult vurmuĢdu. Lap yaxĢı. Lakin Brutus Persiyə 

heç də yaxĢı nəzərlərlə baxmırdı.  

– Cəld ol, tunelə en və arabanın yanında bizi gözlə, – deyə mən 

Persiyə əmr etdim.  

Persi udqundu.  

– Qulaq as, Pol, mən bilmirdim ki... 

– Yum ağzını. Tunelə en və arabanın yanında bizi gözlə. Cəld ol.  

O,  yenə  də  udqundu,  udqunmaq  ona  ağrı  verirmiĢ  kimi  üz-

gözünü turĢutdu və sonra pilləkənlərə, oradan da tunelə aparan qapıya 

tərəf yönəldi. O, boĢ ödsöndüqrəni də qucağında uĢaq kimi tutaraq özü 

ilə  apardı.  Din  onun  yanından  keçərək  əlində  stetoskop  ilə  mənim 

yanıma  gəldi. Mən stetoskopu Dinin  əlindən alıb onun qulaqcıqlarını 

qulağıma  taxdım.  Mən  əsgərlikdə  olarkən  stetoskopdan  istifadə 

eləmiĢdim.  Bu  da  velosiped  kimidir,  bir  dəfə  öyrəndinsə,  heç  vaxt 

unutmursan.  

Mən  Delakruanın  sinəsindəki  köpüyü  silərək  təmizlədim,  sonra 

boğazıma qədər gələn qusmanı udmaq üçün bir qədər əlləĢməli oldum, 

çünki onun bədəninin böyük bir hissəsinin dərisi biĢmiĢ ətin üstündən 

soyularaq  çıxdı,  elə  bil  ...  hə,  siz  mənim  nə  demək  istədiyimi  baĢa 

düĢdünüz. BiĢmiĢ hind xoruzunun dərisi kimi.  

–  Aman  Tanrım.  –  Səsini  tanımadığım  birisi  arxamda  az 

qalmıĢdı ki, hönkürərək ağlasın. – Bu həmiĢəmi belə olur? Niyə bunu 




www.vivo-book.com 

 

355 



mənə  deyən  olmadı?  Əgər  bunun  belə  dəhĢətli  olduğunu  bilsəydim, 

bura heç ayağımı basmazdım! 

“Çox gecikmisən, dostum” – deyə düĢündüm.  

– O, adamı buradan bayıra çıxarın, – deyə mən Dinə, Brutusa ya 

da  məni  eĢidə  biləcək  istənilən  birisinə  söylədim.  Mən  bunu 

Delakruanın  tüstülənən  dizlərinə  qusmadan  danıĢa  biləcəyimə  əmin 

olandan sonra deməyə cürət etmiĢdim. – Hamını qapıya tərəf aparın. 

Mən  bacardığım  qədər  özümü  tox  tutmağa  çalıĢdım,  sonra 

stetoskopun  dəyirmi  üzünü  Delakruanın  sinəsində  təmizlədiyim 

qırmızımtıl-qara  rəngli  ət  parçasının  üstünə  qoydum.  Mən  ona  qulaq 

asaraq Allaha dua edirdim ki, heç nə eĢitməyim və elə də oldu.  

– O keçinib, –  mən Brutusa dedim. 

– Allaha Ģükürlər olsun! 

–  Hə,  Allaha  Ģükürlər  olsun!  Sən  və  Din  xərəyi  bura  gətirin. 

Gəlin onu tez açıb buradan çıxaraq.  

 

 



 

 

                                                           5 

 

 

 




www.vivo-book.com 

 

356 



Biz  heç  bir  problemlə  üzləĢmədən  meyiti  on  iki  pillə  aĢağı 

endirib  arabaya  yüklədik.  Biz  onu  arabaya  yükləyərkən  mən  onun 

biĢmiĢ  ətinin  sümüklərdən  ayrılacağından  kabusdan  qorxduğum  kimi 

qorxurdum,  –  o,  lap  Tut-Tutun  dediyi  biĢmiĢ  hind  xoruzuna 

dönmüĢdü.  Elə  Tut-Tutun  bu  sözləri  heç  cür  ağlımdan  çıxmırdı  – 

lakin, əlbəttə ki, mənim qorxduğum Ģey baĢ vermədi.  

Körtis Anderson yuxarıda qalıb müĢahidəçiləri sakitləĢdirirdi, ən 

azından  bunu  etməyə  çalıĢırdı  və  onun  yuxarıda  qalması  Brutusun 

bəxtindən idi, çünki  Brutus arabanın  önünə  tərəf bir addım irəli gəlib 

çaĢqınlığından  yerində  donaraq  qalmıĢ  Persini  vurmaq  üçün  əlini 

havaya  qaldıranda,  Körtis  bunu  görmədi.  Mən  onun  qolunu  havada 

tutdum və bu onları hər ikisi üçün yaxĢı oldu. Persinin bəxti ona görə 

gətirmiĢdi ki,  Brutus elə  bir qüvvə  ilə  zərbə  endirməyə  hazırlaĢarkən, 

əgər  mən  onun  qolunu  tutmasaydım,  Persinin  baĢını  uçuracaqdı. 

Brutusun  bəxti  isə  onda  gətirmiĢdi  ki,  əgər  onun  zərbəsi  hədəfə 

dəysəydi, heç Ģübhəsiz, o öz iĢini itirəcək, üstəlik bəlkə də həbsxanaya 

düĢəcəkdi.  

– Yox, lazım deyil, – mən dedim. 

–  “Lazım  deyil”  nə  deməkdir?  –  o,  qəzəblə  məndən  soruĢdu.  – 

Sən necə yox deyə bilirsən axı? Sən ki onun nə elədiyini özün gördün! 

Sən  mənə  nə  demək  istəyirsən?  Sən  ona  imkan  verəcəksən  ki,  onun 

əlaqələri yenə onu qorusun? Bütün bu elədiklərindən sonra? 

– Hə. 



www.vivo-book.com 

 

357 



Brutus  heyrətdən  ağzı  açılı  halda  mənə  baxırdı,  onun  qəzəbli 

gözləri nəmləndiyindən parıldayırdı.  

–  Mənə  qulaq  as,  Brutus.  Tutalım  ki,  sən  onu  vurdun,  səncə, 

əlimizə nə keçəcək? Çox ehtimal ki,  hamımız iĢimizi itirəcəyik.  Sən, 

mən, Din, Harri,  bəlkə  elə  Cek Van Hey də.  Bil Doc dan baĢlayaraq, 

qalanları  bir  və  ya  iki  rütbə  yüksələcəklər.  Həbsxana  komissiyası  isə 

bizim  yerimizə  küçədən  üç,  ya  da  dörd  nəfər  iĢsizi  iĢə  qəbul  edəcək. 

Bəlkə  də  sən  öz  həyatını  davam  etdirə  biləcəksən,  lakin...  –  Mən 

barmağımla tağlı kərpic tavanından su damcılayan tuneldə dayanaraq 

gözlərini məchul bir nöqtəyə zilləmiĢ Dini göstərdim. O, eynəyini bir 

əlində  tutub  dayanmıĢdı  və  onun  xarici  görünüĢündən  baĢa  düĢmək 

olurdu ki, o, heç də Persidən az sarsılmamıĢdı. – Bəs Din necə olsun? 

Onun iki uĢağı var, birisi orta məktəbə gedir, o birisi isə bu yaxınlarda 

məktəbə getməyə hazırlaĢır.  

–  Açıq  danıĢ  görüm,  axı  sən  nə  demək  istəyirsən?  –  Brutus 

kəmhövsələliklə  soruĢdu.  –  Nədi,  demək  istəyirsən  ki,  biz  onu  yenə 

cəzalandırmadan buraxaq? 

– Süngəri islatmaq lazım olduğunu mən bilmirdim, – deyə Persi 

asta  və  qeyri-təbii  bir  səslə  mırıldandı.  Əlbəttə  ki,  bu  hekayəni  o, 

əvvəlcədən  uydurub  hazırlamıĢdı.  Çünki  ağrılı  da  olsa,  zarafatsayağı 

bir Ģeyin baĢ verəcəyini gözləyirdi, amma bunun əvəzində hamımızın 

Ģahidi  olduğumuz  kəskin  çevriliĢ  baĢ  vermiĢdi.  –  MəĢqlər  zamanı 

süngəri heç vaxt islatmırdıq.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə