Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə88/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   84   85   86   87   88   89   90   91   ...   158

www.vivo-book.com 

 

350 



sərt  geri  çəkdim  ki,  az  qala  o,  ayaqları  yerdən  üzülərək  yıxılacaqdı. 

Ġndi Delakruaya toxunmaq, elə DovĢan QardaĢın Qatranlı Müqəvvaya 

toxunması  ilə  eyni  Ģey  olardı.  Bizim  hadisəmizdə  bu, 

ElektrikləĢdirilmiĢ Qatranlı Müqəvvaya toxunmaq olacaqdı.  

Mən  hələ  də  geriyə  çevrilib  arxamda  nə  baĢ  verdiyinə 

baxmırdım,  lakin  qulağıma  gələn  səslər  orada  cəhənnəm  abı-havası 

olduğunu deyirdi; stullar aĢırılır, insanlar qıĢqırır, qadınlar var gücü ilə 

“Dayandırın  bu  zülmü,  dayandırın!  Məgər  görmürsünüzmü  ki,  daha 

bəsdir?”  –  deyə  qıĢqıraraq  ağlaĢırdılar.  Körtis  Anderson  mənim 

çiynimdən tutaraq məndən soruĢdu: 

–  Nə  baĢ  verir?  Allah  xatirinə,  de  görüm  burada  nə  baĢ  verir? 

Sən niyə Cekə cərəyanı söndürməsini əmr etmədin? 

–  Ona  görə  ki,  bu  əmri  verə  bilməzdim,  –  deyə  cavab  verdim. 

Geri  qayıtmaq  üçün  artıq  çox  gec  idi,  məgər  sən  özün  bunu 

görmürsənmi? Onsuz da hər Ģey bir neçə saniyədən sonra bitəcək. 

Lakin  hər  Ģey,  mənim  dediyim  kimi,  bir  neçə  saniyədən  sonra 

bitmədi.  Bu  əzab  hələ  ən  azı  iki  dəqiqə  davam  etdi.  Bu  iki  dəqiqə 

mənim  həyatımın  ən  uzun  iki  dəqiqəsi  oldu  və  düĢünürəm  ki,  bu  iki 

dəqiqənin  böyük  bir  hissəsi  ərzində  Delakruanın  huĢu  baĢında  idi.  O 

qıĢqırır,  yerində  ora-bura  dartınaraq  ləngər  vururdu.  Onun  burun 

dəliklərindən  və  dəymiĢ  gavalı  rəngi  almıĢ  ağzından  da  tüstü  çıxırdı. 

Onun  dilindən  tüstü,  lap  tavadan  qalxan  kimi,  qalxırdı.  Onun 

köynəyinin  bütün  düymələri  ya  qopmuĢdu,  ya  da  ərimiĢdi.  Onun  alt 



www.vivo-book.com 

 

351 



köynəyi  tam  yanmamıĢdı,  lakin  artıq  közərməyə  baĢlamıĢdı,  tüstü 

ondan  süzülərək  bayıra  çıxırdı  və  biz  onun  sinəsindəki  yanaraq 

ütülmüĢ  tüklərin  iyini  hiss  edə  bilirdik.  Bizim  arxamızdakı  insanlar 

hürkmüĢ mal-qara sürüsü kimi qapıya tərəf qaçsalar da, qapıdan çıxa 

bilmədilər.  Hər  necə  olsa  da,  bura  axı  həbsxana  idi.  Ona  görə  də, 

Delakrua  elektrik  stulunda  yanıb  qovurularkən  (“Ġndi  mən  yanıb 

qovuruluram”,  –  biz  Arlen  Bitterbakın  edamına  hazırlaĢarkən 

etdiyimiz  məĢqlər  zamanı  qoca  Tut-Tut  deyərdi  –  “Mən  qovurulmuĢ 

hind  xoruzuyam”)  onlar,  sadəcə,  qapının  ağzında  izdiham 

yaratmıĢdılar.  Göy  gurultusu  ara  vermək  bilmir,  yağıĢ  isə  elə  yağırdı 

ki, lap ucundan tut göyə çıx.  

Bu  məqamda  mən  həkimi  xatırladım  və  ətrafıma  baxaraq 

gözlərimlə  onu  axtarmağa  baĢladım.  O  öz  yerində  olsa  da,  ayaq  üstə 

deyildi, büzüĢərək öz qara çantasının yanındaca, döĢəmədə uzanmıĢdı. 

O, huĢunu itirmiĢdi.  

Brutus  mənə  yaxınlaĢdı  və  əlindəki  odsöndürəni  hazır  tutaraq 

dayandı.  

– Hələ yox, – deyə mən dilləndim. 

– Bilirəm. 

Biz ətrafımıza baxıb gözlərimizlə Persini axtardıq və gördük ki, 

o,  bir  barmağını  diĢləyərək  və  heyrətdən  gözlərini  bərəldərək  Old 

Sparkinin arxasında heykəl kimi dayanıb.  




www.vivo-book.com 

 

352 



Sonra,  Delakrua,  nəhayət  ki,  geri  söykənərək  stulda  boĢaldı, 

onun ĢiĢərək formasız hala düĢmüĢ üzü bir çiyninə tərəf əyildi. O, hələ 

də  ara  bir  dartınırdı,  amma  biz  bunu  əvvəllər  də  görmüĢdük.  Bu  o 

demək  idi  ki,  onun  bədənindən  hələ  də  elektrik  cərəyanı  keçir.  Onun 

baĢındakı  dəbilqə  bir  balaca  yana  sürüĢmüĢdü,  lakin  bir  qədər  sonra 

biz  dəbilqəni  onun  baĢından  çıxaranda,  salamat  qalmıĢ  saçları  və 

baĢının  dərisinin  böyük  bir  hissəsi  onunla  birlikdə  çıxdı,  elə  bil  onu 

güclü bir yapıĢqanla dəbilqəyə yapıĢdırmıĢdılar.  

–  Cərəyanı  söndür,  –  otuz  saniyə  ərzində  elektrik  stuluna 

sərələnərək  uzanmıĢ  adam  formasındakı  kömür  yığınından  keçən 

elektrik  boĢalmalarından  baĢqa  bir  Ģey  eĢidilmədiyini  görəndə,  mən 

Cekə qıĢqırdım. Uğultu dərhal kəsildi və mən baĢım ilə Brutusa iĢarə 

etdim.  

O,  geri  çevrilib  əlindəki  odsöndürəni  elə  bir  qüvvə  ilə  Persinin 

qucağına  basdı  ki,  o,  səndələyərək  bir  neçə  addım  geri  getdi  və  az 

qaldı ki, platformadan yıxılsın.  

– Hə, götür özün elə, – deyə Brutus ona bağırdı. – Onsuz da bu 

Ģouya sən rəhbərlik edirsən, elə deyilmi?  

Persi  ona  eyni  zamanda  həm  iztirablı,  həm  də  qanlı  baxıĢlarla 

baxdı,  sonra  isə  odsöndürəni  elektrik  stuluna  yönəldib  onu  nasosladı 

və  düyməni  basaraq  meyitin  üstünə  ağ  köpüyü  tökdü.  Köpük  Delin 

üzünə  dəyəndə,  mən  onun  bir  ayağının  tərpəndiyini  gördüm  və 




www.vivo-book.com 

 

353 



düĢündüm:  “Aman  Allah,  yox,  görəsən  biz  bu  əzabı  bir  də  keçməli 

olacağıqmı?” – lakin meyit daha tərpənmədi.  

Anderson  qorxularından  çaxnaĢmaya  düĢmüĢ  müĢahidəçilərə 

tərəfə  dönərək  hər  Ģeyin  qaydasında  olduğunu,  hər  Ģeyin  bizim 

nəzarətimiz  altında  olduğunu,  bunun,  sadəcə,  göy  gurultusu  səbəbilə 

elektrik cərəyanının Ģiddətində  yaranmıĢ  sıçrayıĢların səbəb olduğunu 

və  narahatlığa  heç  bir  səbəb  olmadığını  qıĢqırırdı.  Onun  növbəti 

sözləri  yəqin  ki,  ətrafa  yayılmıĢ  bu  iyrənc  qoxu  haqqında  izahat 

olacaqdı  –  ütülmüĢ  saçlar  ilə  qovurulmuĢ  ətin  və  yanaraq  biĢmiĢ 

nəcisin  qarıĢığından  yaranmıĢ  bu  qoxunun  “ġanel  No.  5"  olduğunu 

söyləyəcəkdi.  

–  Həkimin  stetoskopunu  götür,  –  odsöndürən  tamamilə 

boĢaldıqdan  sonra  mən  Dinə  əmr  etdim.  Ġndi  Delakruanın  bədəni 

baĢdan-ayağa ağ köpüyə qərq olmuĢdu və bu iyrənc iyin  üstünə incə 

bir kimyəvi qoxu da əlavə olmuĢdu.  

– Həkim... Mənə sizin stetos...  

– Ona fikir vermə, sadəcə, onun stetoskopunu götür, – deyə bir 

də ona qıĢqırdım. – Gəlin bu iĢi bitirək... hə, onu da buradan çıxarın. 

Din  baĢını  yırğaladı.  “ĠĢi  bitirmək”  və  “buradan  çıxarmaq”  – 

həmin  an  bu  iki  fikir  onun  xoĢuna  gəlmiĢdi.  O  iki  fikir  bizim  hər 

ikimizin xoĢuna gəlmiĢdi. O, həkimin çantasına tərəf gedib onun içini 

eĢələməyə  baĢladı.  Həkim  yenidən  qurcalanmağa  baĢlamıĢdı,  deməli 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə