Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə84/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   80   81   82   83   84   85   86   87   ...   158

www.vivo-book.com 

 

334 



–  YaxĢı,  –  deyərək  mən  düĢündüm  ki,  görəsən,  iyirmi  dəqiqə 

sonra elektrik cərəyanının altında olanda da Allah ilə onun arasında bu 

razılıq olacaqdımı? Mən ümid edirdim ki onun bu son duası eĢidilib və 

Məryəm  ana  onun  üçün  bütün  ruhu  və  ürəyi  ilə  dua  edəcək,  çünki 

qadınları  zorlayan  və  qatil  Eduard  Delakrua  üçün  həmin  an  əllərini 

uzadıb  çata  biləcəyi  bütün  dualar  çox  əhəmiyyətli  olacaqdı.  Bayırda 

yenə göy gurultusu eĢidildi. – Di tərpən, Del, daha az qalıb. 

–  YaxĢı,  boss,  yaxĢı  gəlirəm.  Çünki  mən  daha  qorxmuram.  O, 

belə desə də, mən onun gözlərindən oxudum ki, – Allahla, ya Allahsız, 

Müqəddəs Məryəmlə, ya da Müqəddəs Məryəmsiz – o yalan deyirdi. 

YaĢıl  xalının  son  metrlərini  addayıb  balaca  qapıdan  keçmək  üçün 

əyiləndə, demək olar ki, onların hamısının canına qorxu düĢür.  

–  Pilləkənin  sonunda  dayan,  –  deyə  o,  qapıdan  keçəndə,  mən 

astadan onun qulağına pıçıldadım, əslində mən bunu etməli deyildim. 

O, pilləkənlərin sonuna çatanda dayandı, özü də soyuqqanlı bir Ģəkildə 

dayandı.  Və  orada  onun  ilk  gördüyü  Ģey  platformanın  üstündə 

dayanmıĢ Persi Uetmor oldu. Onun bir ayağının yanında içində süngər 

olan  vedrə,  sağ  ombasının  arxasından  isə  qubernator  ilə  rabitə  üçün 

divardan asılmıĢ qara telefon görünürdü.  

– Yox, – deyərək Delakrua asta səslə inildədi. – Yox, yox, bircə 

o olmasın! 

– Durma, davam elə, – deyə Brutus dilləndi. – Sadəcə mənə və 

Pola bax. Onun orada olduğunu isə unut. 



www.vivo-book.com 

 

335 



– Bəs... 

Ġnsanlar  artıq  çevrilib  bizə  baxırdılar,  lakin  mən  hələ  də  öz 

bədənimin  yerini  dəyiĢib  onların  gözlərinin  görə  bilməyəcəyi  tərzdə 

Delakruanın sol dirsəyindən tuta bilirdim.  

– Özünü ələ al, – deyə mən astadan pıçıldadım. Mən bu sözləri 

elə  asta  səslə  dedim  ki,  məni  yalnız  Del  və  bəlkə  də  Brutus  eĢidə 

bilərdi.  –  Sənin  haqqında  bu  insanların  böyük  əksəriyyətinin 

xatırlayacağı bir Ģey var, o da sənin bu son anda özünü necə aparmağın 

olacaq. Ona görə də, özünü layiqincə apar.  

Həmin  an  baĢımızın  üstündə  indiyədək  olan  göy  gurultularının 

ən  güclüsü  eĢidildi.  Bu  səsin  gücündən  dəmir  təbəqəli  dam  bərk 

silkələndi.  Persi  qorxusundan  yerindən  dik  atıldı,  elə  bil  kimsə  onu 

qəfildən qorxuzmuĢdu. Bunu görən Del astadan gülərək qaqqıldadı.  

– Əgər səs bir az da güclü olsaydı, yəqin o, yenə siyiyib Ģalvarını 

batırardı. – deyə o dilləndi və çiyinlərini açaraq Ģax tutdu, baxmayaraq 

ki, orada açılası elə də bir Ģey yox idi. Hə, gəlin gedək və bu iĢi bitirək. 

Biz  platformaya  tərəf  addımladıq.  Del  əsəbi  baxıĢlarla  Ģahidləri 

süzdü. Onlar təxminən iyirmi beĢ nəfər olardılar. Lakin biz – Brutus, 

Din və mən – öz gözlərimizi stuldan çəkmirdik. Mənim gözlərimə hər 

Ģey  normal  görünürdü.  Mən  baĢ  barmağımı  və  bir  qaĢımı  qaldıraraq 

sual  dolu  nəzərlərimi  Persiyə  yönəltdim.  Bunun  cavabında  isə  Persi, 

sadəcə, ağzının bir tərəfi ilə gülümsədi, sanki mənə demək istəyirdi ki 




www.vivo-book.com 

 

336 



–  “Hə,  nədi,  hər  Ģeyin  qaydasında  olub-olmadığını  bilmək  istəyisən? 

Əlbəttə ki, hər Ģey qaydasındadır.”  

Mən onun haqlı olduğuna çox ümid edirdim.  

Delakrua platformaya qalxanda, Brutusla mən qeyri-Ģüuri olaraq 

onun  dirsəklərindən  tutduq.  Platforma  döĢəmədən  təxminən  iyirmi 

santimetr  hündür  idi,  lakin  siz  nə  qədər  təəccüblənsəniz  də,  bizim 

məhkumların  əksəriyyətinin,  hətta  ən  sərt  və  qatı  olanlarının  belə,  bu 

platformaya qalxarkən, həyatlarının bu son addımını edərkən yardıma 

ehtiyacı olduğunun Ģahidi olmuĢam.  

Del bu addımı soyuqqanlılıqla atdı. O, bir müddət tərpənmədən 

stulun  önündə  dayandı  (qətiyyən  Persiyə  tərəf  baxmadan),  sonra  isə 

özünü təqdim edirmiĢ kimi uca səslə stula müraciət edərək dedi:  

– C'est moi

1

.  



Persi  əlini  ona  uzadanda,  Delakrua  onun  uzanmıĢ  əlini 

əhəmiyyət  verməyərək  özü  çevrilib  stula  oturdu.  Mən  stulun  sol 

tərəfindən,  Brutus  isə  sağında  diz  çokdük.  Mən  hekayəmin  əvvəlində 

təsvir  etdiyim  kimi  mövqe  alaraq  qasığımı  və  boğazımı  qoruyurdum. 

Sonra isə buxovu onun ayağına elə bağladım ki, onun ağ və arıq qıçını 

topuğundan  bir  qədər  yuxarıdan  tutsun.  Yenidən  çox  güclü  bir  göy 

gurultusu  eĢidildi  və  mən  səksəndim.  Alnımdam  axan  tər  damcıları 

gözümə  dolaraq  acıĢdırırdı.  Mən  nədənsə,  aramsız  olaraq  Mousvill 

                                                 

1

Bu mənəm.



 


www.vivo-book.com 

 

337 



haqqında  düĢünürdüm.  Orada  jelatin  ĢüĢələrin  arxasından  Mister 

Cinqlza  baxmaq  üçün  böyüklər  on  sent,  kiçiklər  isə  iki  sent  ödəməli 

olacaqdılar.  

Tərslikdən  buxovu  heç  cürə  bağlamaq  mümkün  olmurdu.  Mən 

Delakruanın necə ağır-ağır və dərindən nəfəs aldığını eĢidirdim. Onun 

ağciyərləri,  sanki  qəfəsdə  çırpınan  quĢ  kimi  hürkmüĢ  ürəyinin 

arxasınca yetiĢməyə çalıĢırdı, lakin təxminən üç-dörd dəqiqədən sonra 

bu  ciyərlər  yanıb  kömürə  dönmüĢ  torbalara  çevriləcəkdi.  Həmin  an 

onun  altı  nəfərin  həyatına  son  qoyaraq  qətlə  yetirməsi  faktı  elə  də 

əhəmiyyətli  bit  Ģey  kimi  görünmürdü.  Burada  oturub  xeyir  və  Ģər 

haqqında nəsə söyləmək fikrində deyiləm, niyyətim, sadəcə, o zaman 

nələr baĢ verdiyini sizə nağıl eləməkdir.  

Din mənim yanımda yerə çömələrək pıçıltı ilə soruĢdu: 

– Sənə nə olub, Pol? 

– Mən bacarmıram... – deyə sözə baĢlamaq istəyirdim ki, birdən 

buxov  Ģaqqıldayaraq  bağlandı.  Deyəsən,  buxov  bağlananda, 

Delakruanın  dərisindəki  qırıĢlardan  birini  də  öz  çənələrinin  arasına 

alıb  sıxmıĢdı,  çünki  buxov  bağlanan  anda,  o  dartındı  və  astadan 

inildədi. – BağıĢla, deyə ondan üzr istədim.  

–  Hər  Ģey  qaydasındadı,  boss,  –  deyə  Delakrua  cavab  verdi.  – 

Çox ağrıtmadı, bir azdan keçib gedər.  

Brutus  tərəfdəki  buxovda  elektrodlar  da  olduğundan,  onun 

bağlanmasına daha çox vaxt lazım gəlirdi və nəhayət, biz üçümüz də, 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə