Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə80/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   76   77   78   79   80   81   82   83   ...   158

www.vivo-book.com 

 

318 



–  Bizə  söz  ver  ki,  əgər  sabah  axĢam  səni  irəliyə  çıxarıb 

sərəncamçı  mövqeyinə  qoysaq,  sən  həqiqətən  iĢdən  çıxıb  Briar  Ricə 

keçəcəksən  və  bizi  rahat  buraxacaqsan,  –  Brutus  qəzəbli  səslə  dedi. 

Mən indiyədək onu heç vaxt belə vəziyyətdə görməmiĢdim. – Söz ver 

ki,  elə  edamın  sabahısı  iĢdən  çıxmaq  haqqında  ərizəni  yazıb 

müdiriyyətə təqdim edəcəksən. 

– Əgər belə eləməsən? Əgər mən lazım olan bəzi adamlara zəng 

edib  desəm  ki,  siz  burada  mənə  iĢgəncələr  vermisiniz,  məni 

qorxutmağa çalıĢmısınız və təhdid eləmisiniz, onda necə? 

–  Əgər  sənin  əlaqələrin  düĢündüyün  kimi  həqiqətən  belə 

güclüdürsə, onda bizi buradan bir anda bayıra atacaqlar. – mən cavab 

verdim.  –  Lakin  onu  da  bil  ki,  sənin  də  qan  payının  yerə  tökülməsi 

üçün mən də lazım olan hər Ģeyi edəcəyəm, Persi. 

– O siçana görə? Ha! Siz elə düĢünürsünüz ki, mənim hansısa bir 

qatilin  bəslədiyi  lənətə  gəlmiĢ  bir  siçanı  tapdamağım  kiminsə  vecinə 

olacaq? Özü də bu dəlixananın hüdudlarından kənarda, eləmi? 

–  Yox.  Lakin  Azğın  Billi  Uorton  qollarına  vurulmuĢ  zəncirlə 

Dini boğaraq öldürmək istəyəndə sənin baĢ barmağını öz arxana soxub 

tərpənmədən yerində dayanaraq, sadəcə, necə tamaĢa etdiyini görən üç 

nəfər  Ģahid  var.  Bu,  insanların  vecinə  olacaq,  Persi,  mən  sənə  söz 

verirəm. Bu, hətta sənin qubernator dayının da vecinə olacaq . 

Mənim  dediklərimi  eĢidəndə  Persinin  yanaqlarını  və  alnını 

qırmızı ləkələr örtdü. 



www.vivo-book.com 

 

319 



– Elə güman edirsiniz ki, onlar sizin dediklərinizə inanacaqlar? – 

o  soruĢdu,  lakin  indi  onun  səsindəki  qəzəb  tonu  artıq  eĢidilmirdi.  O, 

yaxĢı baĢa düĢürdü ki, bizə inananlar da tapıla bilərdi. Persi isə çətin 

vəziyyətlərə  düĢməyi  xoĢlamırdı.  Qaydaları  pozmaq  olar.  Lakin 

qaydaları  pozarkən  səni  kiminsə  görməsi...  –  yox,  buna  əsla  yol 

vermək olmazdı.  

–  Məndə  Dinin  boğazındakı  qançırlar  hələ  sağalmamıĢ  çəkilən 

Ģəkilləri  var,  –  Brutus  dedi.  Mən  onun  dediklərinin  həqiqət  olub-

olmadığını bilməsəm də, onun sözləri çox inandırıcı səslənirdi. – Sən o 

Ģəkillərin  bizə  nə  dediyini  bilirsənmi?  O  Ģəkillər  deyir  ki,  Uorton 

zərərsizləĢdirilənə  qədər  o,  ürəyi  istədiyi  kimi  hərəkət  edə  bilib, 

baxmayaraq ki, sən düz onun yaxınlığında, özü də Uortonun səni görə 

bilmədiyi  tərəfində  olmusan.  Sən  kifayət  qədər  çətin  suallara  cavab 

verməli  olacaqsan,  bunu  baĢa  düĢürsənmi?  Belə  hadisələr  isə,  hətta 

bitdikdən sonra da, adamı hələ uzun müddət təqib etməyə davam edir. 

Onlar hələ uzun müddət, sənin qohumların Ģtatın paytaxtındakı yüksək 

vəzifələrini  tərk  edərək  öz  evlərinin  artırmalarının  önündə  oturub 

nanəli  culep  içdikləri  vaxtda  da  səni  təqib  etməyə  davam  edəcək. 

Ġnsanın əmək kitabçasındakı qeydlər bəzən çox maraqlı ola bilir və o 

qeydlərə sənin həyatın boyu müxtəlif insanlar baxacaqlar.  

Persinin  gözləri  Ģübhəli-Ģübhəli  gah  mənə,  gah  da  Brutusa 

yönələrək bir an belə durmaq bilmirdi. Onun sol əli vərdiĢ etdiyi üçün 

qeyri-ixtiyari  saçlarına  uzandı  və  onları  sığalladı.  O  bizə  heç  nə 



www.vivo-book.com 

 

320 



demədi,  lakin  mən  baĢa  düĢmüĢdüm  ki,  onun  qırtlağı  artıq  bizim 

əlimizə keçib.  

– Hə, nə deyirsən, hər Ģeyi elə buradaca bitirəkmi? Sən özün də 

burada heç bizim istədiyimizdən daha çox qalmaq istəmirsən axı, düz 

demirəmmi? 

–  Mən  burada  olan  hər  Ģeyə  nifrət  edirəm!  –  deyə  o,  birdən 

qıĢqırdı.  –  Nifrət  eləyirəm,  sizin  mənimlə  etdiyiniz  davranıĢa  nifrət 

eləyirəm! 

Mənə 

özümü  göstərmək  üçün  bircə  Ģans  belə 



verməməyinizə nifrət eləyirəm! 

Onun sonuncu iddiası, əlbəttə ki, həqiqətdən çox uzaq idi, lakin 

bu  haqda  onunla  mübahisə  etmək  üçün  doğru  zaman  olmadığını 

düĢünərək, onun bu səhv fikrini düzəltməyə çalıĢmadım.  

–  Mənimlə  kobud  rəftar  ediləndə  də  xoĢuma  gəlmir.  Atam 

deyirdi  ki,  əgər  buna  bir  dəfə  imkan  versən,  sonra  görəcəksən  ki, 

insanlar  bütün  ömrün  boyu  səni  saymayıb,  kobud  rəftar  ediblər.  – 

Onun,  əlləri  qədər  gözəl  olmasa  da,  yenə  də  qəĢəng  olan  gözləri 

parıldadı. – Xüsusən də bunun kimi yekəpər meymunlar mənimlə qaba 

rəftar  edəndə  heç  xoĢum  gəlmir.  –  O  mənim  köhnə  dostuma  baxaraq 

qeyzlə fınxırdı. – Hə, Brutal – sənə yaraĢan bir ləqəb veriblər. 

–  Sən  bir  Ģey  baĢa  düĢməlisən,  Persi,  –  dedim.  –  DüĢüncəmizə 

görə,  bizimlə  qaba  rəftar  edən,  bizi  qorxutmağa  çalıĢan  məhz  elə 

sənsən.  Biz  burada  iĢlərin  necə  görüldüyü  haqqında  durmadan  sənə 

məsləhətlər  veririk,  sən  isə  bizim  dediklərimizi  qulaqardına  vuraraq 



www.vivo-book.com 

 

321 



hər  Ģeyi  öz  bildiyin  kimi  edirsən,  bir  problem  yarananda  da  özünün 

yuxarılarda  olan  əlaqələrinin  arxasında  gizlənməyə  çalıĢırsan.  Elə 

Delakruanın siçanını tapdamağını götürək, – birdən gözlərim Brutusun 

baxıĢları  ilə  qarĢılaĢdı  və  mən  tez  sözümü  düzəltdim.  –  Hə,  elə 

Delakruanın  siçanını  tapmağa  çalıĢdığın  insidenti  götürək.  Sən  hər 

dəfə  qaba  rəftar  edirsən,  özünü  kobud  aparırsan  və  yenə  də  hamı  ilə 

kobud  rəftar  edirsən.  Və  sonda  biz  də  kobudluğunun  qarĢılığında 

səninlə kobud rəftar etmək məcburiyyətində qalırıq, vəssalam. Amma 

bizə  qulaq  assan,  sən  bütün  bunların  içindən  tər-təmiz  –  öz 

müvəffəqiyyətli karyerasını hələ baĢlanğıcında olan bir gənc kimi – və 

qızıl  gül  kimi  ətir  saçaraq  çıxarsan.  Burada  səninlə  elədiyimiz  bu 

söhbət  haqqında  isə  heç  kim  bilməyəcək.  Hə,  buna  nə  deyirsən? 

Yetkin  bir  insan  kimi  hərəkət  elə.  Bir  də  söz  ver  ki,  Delakruanın 

edamından sonra buranı öz xoĢunla tərk edib gedəcəksən.  

O,  bizim  təklifimizi  düĢündü.  Bir  neçə  dəqiqə  sonra  üzündə 

qəribə bir ifadə yarandı, elə bir ifadə ki, o yalnız baĢına yaxĢı bir fikir 

gəlmiĢ insanların üzündə görünür. Onun üzündəki ifadədən heç xoĢum 

gəlmədi, çünki Persi üçün yaxĢı görünən fikir bizim üçün heç də yaxĢı 

olacağı anlamına gəlmirdi.  

–  Hər  Ģeyi  atıram  bir  kənara,  –  Burtus  dilləndi.  –  Sadəcə,  bir 

düĢün.  O  irin  tuluğu  Uortondan  canını  qurtarmaq  nə  qədər  gözəl 

olardı.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə