Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə77/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   73   74   75   76   77   78   79   80   ...   158

www.vivo-book.com 

 

306 



qaldırmıĢdım. Bu sidik yolunun adi infeksiyası deyildi. Lakin yenə də, 

kim bilir...  

– Sən nə eləyirsən? – Mister Cinqlzı Con Koffinin iri sağ ovcuna 

qoyanda Brutus soruĢdu. – Allah xatirinə, de görüm, sən nə eləyirsən? 

 

Koffi siçanı məndən alıb əlini barmaqlığın arasından içəri çəkdi. 



Siçan onun ovcunda hərəkətsiz uzanmıĢdı, nazik quyruğu Koffinin baĢ 

və  Ģəhadət  barmaqlarının  arasından  sallanırdı.  Siçanın  havada  asılmıĢ 

qalan  quyruğunun  ucu  çox  zəif  əsirdi.  Sonra  Koffi  siçanın  üstündə 

günbəz yaradaraq sağ əlinin ovcunu sol əli ilə örtdü. Biz artıq Mister 

Cinqlzın  özünü  görə  bilmirdik,  bircə  onun  aĢağı  sallanan  quyruğunu 

və  quyruğun  ucunun  hərəkəti  dayanmaqda  olan  rəqqas  kimi  necə 

əsdiyini  görürdük.  Koffi  əllərini  üzünə  yaxınlaĢdırdı  və  sağ  əlinin 

barmaqlarını kameranın dəmir barmaqlığı kimi bir az araladı. Siçanın 

quyruğu indi onun əlinin bizə tərəf olan hissəsindən sallanırdı.  

Makaranı  hələ  də  barmaqlarının  arasında  tutan  Brutus  mənə 

yaxınlaĢdı.  

– Səncə, o orada nə eləyir? 

– Ssss – deyə ona susmasını iĢarə etdim.  

Delakrua da ah-naləsini kəsmiĢdi.  

–  Lütfən,  Con,  –  deyə  pıçıldadı.  –  Conni,  ona  kömək  elə, 

yalvarıram, ona kömək elə. Ah, sil vu ple. XahiĢ edirəm. 




www.vivo-book.com 

 

307 



Din  ilə  Harri  də  yanımıza  gəldilər.  Harrinin  əlində  hələ  də  bir 

dəstə oyun kartı vardı.  

–  Burada  nə  baĢ  verir?  –  Din  soruĢdu,  lakin  ona  cavab 

vermədim,  sadəcə,  baĢımı  buladım.  Yenə  özümü  hipnoz  altındaymıĢ 

kimi  hiss  edirdim,  əgər  belə  deyildimsə,  qoy  Allah  bəlamı  versin. 

Koffi  dodaqlarını  barmaqlarının  arasına  yaxınlaĢdırıb  kəskin  Ģəkildə 

nəfəsini  içəri  aldı.  Bir  anlıq  elə  bil  hər  Ģey  birdən  durdu.  Sonra  o, 

baĢını əllərindən kənara çəkərək qaldırdı və mən onun üzündə çox ağır 

bir xəstəliyə tutulmuĢ, ya da dözülməz ağrılardan əziyyət çəkən adam 

ifadəsi  gördüm.  Onun  gözləri  parlaq,  baxıĢları  isə  kəskin  idi;  üst  diĢi 

alt dodağında dərin bir yara açmıĢdı, üzünün qara dərisi ağararaq çox 

xoĢagəlməz  rəng  almıĢdı  –  lap  palçığa  tökülmüĢ  kül  rəngi.  O, 

boğulurmuĢ  kimi  öyüdü  və  boğazından  gəyirtiyə  bənzər  xoĢagəlməz 

səs çıxardı.  

– Aman Allahım, sən özün kömək ol, – Brutus pıçıldadı. Onun 

gözləri heyrətdən az qala hədəqəsindən çıxacaqdı.  

– Nə? – Harri, demək olar ki, həyəcanından it kimi hürdü. – Nə? 

– Quyruğa bax! Görmürsənmi? Quyruğa bir bax!  

Mister  Cinqlzın  aĢağı  sallanan  quyruğu  artıq  hərəkəti 

dayanmaqda olan rəqqası xatırlatmırdı; quyruq Ģux çevikliklə gah bu, 

gah  da  o  biri  tərəfə  yellənirdi,  lap  quĢ  ovuna  çıxmıĢ  piĢiyin  quyruğu 

kimi. Və bir an sonra Koffinin qapalı ovcunun içindən bizə tanıĢ olan 

ciyilti eĢidildi.  



www.vivo-book.com 

 

308 



Koffi  yenə  boğazından  xoĢagəlməz  gəyirtiyə  bənzər  bir  səs 

çıxardı,  sonra  bərk  öskürəndən  sonra  boğazına  dolmuĢ  bəlğəmi 

tüpürməyə hazırlaĢırmıĢ kimi baĢını yana çevirərək aĢağı əyildi. Lakin 

bəlğəm tüpürmək əvəzinə o səsli bir Ģəkildə nəfəsini verdi və ağzından 

və  burnundan  xırda  qara  cücülər  buludu  çıxdı  –  mən  onun  ağzından 

çıxan  Ģeylərin  cücü  olduğunu  düĢünürəm,  baĢqaları  da  bunu  təsdiq 

edirdilər, lakin bu gün mən buna elə də əmin deyiləm. Onlar Koffinin 

ətrafında qara bulud kimi dövrə vurmağa baĢladılar və hətta bu bulud 

onun üz cizgilərini bir müddət  bizim  gözlərimiz üçün görünməz belə 

etdi.  


– Aman Allah, bunlar nədir belə? – Din həyəcanlı və titrək səslə 

soruĢdu.  

–  Hər  Ģey  qaydasındadır  ,–  dedim.  –  Narahat  olmayın,  hər  Ģey 

qaydasındadır, bir neçə saniyədən sonra onlar yox olub gedəcəklər.  

Elə  o  vaxt  mənim  sidik  yolları  infeksiyamı  sağaldanda  da  belə 

qara  “cücülər”  peyda  olmuĢdu.  Onlar  bir  müddət  ətrafımızda 

uçuĢandan sonra rəngləri ağarmıĢ və harasa yox olmuĢdular.  

– Aman Allah, – Harri pıçıldadı. 

– Pol? – Brutus tərəddüdlə soruĢdu. – Pol? 

Koffi  yenə  normal  görünürdü  –  boğazında  qalmıĢ  ət  qırığını 

öskürərək  çıxarmağa  müvəffəq  olmuĢ  adam  kimi.  O,  yerə  əyildi, 

qapanmıĢ ovuclarını döĢəməyə yaxınlaĢdırıb, barmaqlarının arasından 

ovcunun  içinə  baxdı,  sonra  ovuclarını  açdı.  Mister  Cinqlz  tamamilə 



www.vivo-book.com 

 

309 



salamat halda onun ovcundan döĢəməyə tullandı; deyəsən, heç bir yeri 

zədələnməmiĢdi, hərəkət edərkən də aldığı xəsarətlərdən axsamırdı. O, 

bir  anlıq  Koffinin  kamerasının  qapısının  önündə  ayaq  saxladı.  Lakin 

sonra  YaĢıl  Millə  hərəkətinə  davam  edərək  Delakruanın  kamerasına 

girdi. O qaçarkən bığlarında hələ də qan izlərinin olduğunu gördüm.  

Delakrua  eyni  vaxtda  həm  gülərək,  həm  də  ağlayaraq  siçanın 

bütün  bədənini  çəkinib-utanmadan  öpüĢlərə  qərq  etdi.  O,  sevimli 

siçanını elə öpürdü ki, öpüĢlərin səsini biz də eĢidirdik. Din, Harri və 

Brutus  heyrətdən  yerlərində  quruyub  bu  mənzərəyə  səssizcə  tamaĢa 

edirdilər.  Sonra  Brutus  kameraya  yaxınlaĢıb  barmaqlığın  arasından 

əlvan  rəngli  makaranı  içəriyə  uzatdı.  Delakrua  əvvəlcə  Brutusun  bu 

hərəkətini  görmədi,  onun  baĢı  tamamilə  Mister  Cinqlza  qarıĢmıĢdı. 

Ġndi o, suda boğulan oğlu xilas edilmiĢ atanı xatırladırdı. Brutus əlində 

tutduğu  makara  ilə  Delakruanın  çiynini  tıqqıldatdı.  Delakrua  geri 

çevrildi, makaranı gördü, onu götürdü və yenidən Mister Cinqlza tərəf 

döndü. O, siçanın tüklü dərisini sığallayır, gözləri ilə onu yeyir, dönə-

dönə  onun  heç  bir  yerinin  zədələnmədiyinə,  siçanın  həqiqətən  sağ-

salamat olduğuna bir daha əmin olmaq istəyirdi.   

–  Burax  onu,  –  Brutus  dilləndi.  –  Mən  onun  necə  qaçdığını 

görmək istəyirəm. 

–  O  qaydasındadır,  boss  Hovell,  Allah  Ģükürlər  olsun,  o  sağ-

salamatdır, hər Ģey qaydasındadır.  

– Burax onu, – Brutus təkrar etdi. – Mənim xətrimə, Del. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə