Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə76/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   72   73   74   75   76   77   78   79   ...   158

www.vivo-book.com 

 

302 



düĢünməyimizə  nə  üçün  icazə  verilməməlidir  axı?  O  təbii  ki,  bunu 

bilmir. Bu mənada da o, Persiyə bənzəyir.  

Və  budur,  mənim  düĢüncələrim  çayın  kor  qolu  kimi  hərlənib-

fırlanıb  yenə  Bred  Dolanın  damın  altından  çıxıb,  mətbəxin  giriĢində 

biləyimi sıxaraq kəsildiyi yerə – Persi Uetmora, kinli Persi Uetmora və 

bir  dəfə  ona  gülmüĢ  insandan  onun  necə  qisas  aldığı  yerə  –  döndü. 

Delakrua  özünün  əlvan  makarasını  divara  atır,  Mister  Cinqlz  isə  onu 

geri  gətirirdi  və  bir  dəfə  makara  divara  çırpılaraq  kameradan  dəhlizə 

diyirləndi. Persi isə bu Ģansını əldən vermədi. 

 

 



 

 

 



 

2 

 

 



 

 

 



– Dur, eləmə, ay axmaq! – deyə Brutus bağırdı, lakin Persi ona 

əhəmiyyət vermədi. Mister Cinqlz elə yenicə makaranı haqlamıĢdı ki, 




www.vivo-book.com 

 

303 



– bütün fikri makara ilə məĢğul olduğundan, siçan köhnə düĢməninin 

yaxınlıqda olduğunu görə bilmədi – Persi özünün ağır, qara ayaqqabısı 

ilə  siçanın  üstünə  basdı.  Mister  Cinqlzın  onurğa  sümüyünün  Ģaqqıltı 

ilə  necə  sındığı  aydınca  eĢidildi,  onun  ağzından  qan  axmağa  baĢladı. 

Siçanın  balaca,  qara  gözləri  hədəqəsindən  çıxmıĢdı.  Mən  onun 

gözlərində  insanlara  xas  olan  təəccüb  və  iztirab  ifadəsini  gördüm. 

Delakrua  dəhĢət  və  kədərdən  dəli  kimi  bağırdı.  O  özünü  kameranın 

qapısına  atıb  əllərini  barmaqlığın  arasından  saldı,  mümkün  olduqca 

irəli uzadaraq siçanı təkrar-təkrar adı ilə çağırmağa baĢladı.  

Persi müzəffər bir görkəmlə əvvəlcə Delakruaya, sonra isə bizə 

tərəf dönərək gülümsədi. 

–  Bax  belə!  –  dedi.  –  Bilirdim  ki,  gec,  ya  tez  o  mənim  əlimə 

düĢəcək.  Bu,  sadəcə,  vaxt  məsələsi  idi.  –  O  bizə  arxasını  çevirdi  və 

qanına  qəltan  olmuĢ  Mister  Cinqlzı  linoliumun  üstündə  balaca  qan 

gölməçəsində tərk edərək tələsmədən YaĢıl Mil ilə oradan uzaqlaĢdı. 

Din  dizini  masanın  kənarına  çırpıb  kribbic  taxtasını  döĢəməyə 

aĢıraraq yerindən sıçradı. DaĢlar öz dəliklərindən çıxıb yerə töküldü və 

müxtəlif  istiqamətlərə  diyirləndi.  Lakin  nə  Din,  nə  də  Harri  buna 

əhəmiyyət verdi. 

– Sən yenə nə elədin? – Din Persinin üstünə qıĢqırdı. – Sən yenə 

nə oyun çıxardın, ay beyinsiz əbləh?  

Persi ona cavab vermədi. O, heç bir söz demədən, barmaqları ilə 

saçlarını sığallaya-sığallaya növbətçi masasının yanından keçib mənim 



www.vivo-book.com 

 

304 



kabinetimə, oradan da anbar otağına getdi. Onun əvəzinə Billi Uorton 

cavab verdi:  

–  Boss  Din?  Məncə,  o,  balaca  fransızcığaza,  sadəcə  baĢa 

salmağa çalıĢdı ki, ona gülüb məsxərəyə qoymaq heç də ağıllı hərəkət 

deyildi.  –  O,  sözünü  bitirib  öz  dediyinə  özü  gülməyə  baĢladı.  Bu  lap 

kəndli  gülüĢü  idi,  ürəkdən  və  səmimi.  Həyatımda  elə  insanlarla  da 

(düzdü,  bunların  böyük  əksəriyyəti  qorxaq  adamlardı)  qarĢılaĢmıĢam 

ki, onların səsi  yalnız gülərkən normal çıxırdı. Azğın Billi Uorton da 

məhz belələrindən idi.  

Mən karıxmıĢ halda  yenə döĢəmədə uzanmıĢ siçana baxdım. O, 

hələ də nəfəs alırdı, amma bığlarına bulaĢmıĢ xırda qan damcıları artıq 

laxtalanmağa  baĢlamıĢdı  və  onun  bir  zamanlar  iĢıl-iĢıl  parıldayan 

muncuq  kimi  yumru  gözlərinə  donuq  bir  ifadə  çökməkdə  idi.  Brutus 

əyilib yerdən əlvan rəngli makaranı qaldırdı və əvvəlcə ona, sonra isə 

mənə  baxdı.  O  elə  lap  mənim  kimi  karıxmıĢ  görünürdü.  Bizim 

arxamızda  isə  Delakrua  hələ  də  dəhĢət  və  kədərindən  bağırmağa 

davam  edirdi.  Əlbəttə,  məsələ  yalnız  siçanda  deyildi;  Persi 

Delakruanın  müdafiə  xəttində  yarıq  açmıĢdı  və  indi  onun  bütün 

qorxuları  qarĢısı  açılmıĢ  sel  kimi  bayıra  axırdı.  Lakin  Mister  Cinqlz 

onun  daxilində  keçirdiyi  hisslərin  mərkəz  nöqtəsi  idi  və  onun  ürək 

acıdan hayqırtılarına qulaq asmaq çox çətindir.  

–  Aman  Allahım,  yox!  –  deyə  o,  hıçqırtıların  və  öz  anlaĢılmaz 

fransızcasında etdiyi dolaĢıq yalvarıĢ və duaların arasında təkrar-təkrar 



www.vivo-book.com 

 

305 



qıĢqırırdı.  –  Aman  Allahım,  yox,  Aman  Allahım,  yox,  zavallı  Mister 

Cinqlz, mənim Mister Cinqlzım, yox, Allahım, yox! 

– Onu mənə verin. 

Bu qalın səsi eĢidəndə mən çaĢqınlıqla nəzərlərimi qaldırıb səsin 

gəldiyi  tərəfə  baxdım;  əvvəlcə  onun  kimə  məxsus  olduğunu  ayırd 

eləyə  bilmədim.  Səsin  gəldiyi  tərəfə  baxanda  qarĢımda  Con  Koffini 

gördüm. O da Delakrua kimi əllərini öz kamerasının dəmir barmaqlığı 

arasından  uzatsa  da,  onun  kimi  ora-bura  yellətmirdi.  O,  sadəcə 

ovuclarını  açaraq  qollarını  mümkün  olduqca  irəli  uzatmıĢdı.  O  öz 

ovuclarını bizə tərəf elə uzatmıĢdı ki, sanki israrla nəsə istəyirdi. Onun 

səsində də bir ötkəmlik vardı və məncə, elə buna görə bu səsin ona aid 

olduğunu ilk dəfədən baĢa düĢə bilməmiĢdim. Ġndi bizim qarĢımızdakı 

adam  bir  neçə  həftə  bu  kamerada  yaĢayan  və  daim  gözü  yaĢlı,  yazıq 

görkəmli zənciyə heç bənzəmirdi.   

–  Onu  mənə  verin,  mister  Eckum!  Hələ  zaman  var  ikən,  onu 

mənə verin! 

Elə həmin an onun mənim üçün etdiklərini xatırladım və hər Ģeyi 

anladım.  DüĢündüm  ki,  daha  bundan  pisi  ola  bilməz,  lakin  yaxĢı  bir 

Ģeyin  baĢ  verəcəyinə  də  ümid  etmirdim.  Mən  siçanı  döĢəmədən 

qaldırdım  və  Mister  Cinqlzın  bədəninin  müxtəlif  yerlərindən  çıxan 

çoxsaylı xırda sümükləri barmaqlarımla hiss edəndə ətim ürpəĢdi, elə 

bil,  yerdən  siçan  yox,  tüklü  dəri  ilə  üzlənmiĢ  iynə  yastığı 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə