Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə75/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   71   72   73   74   75   76   77   78   ...   158

www.vivo-book.com 

 

298 



–  Bax,  bunu  düz  deyirsən,  mənim  qoca  dostum.  –  Onun  səsi 

oynaq  və  istehzalı  idi  –  əbədi  cavan  qalacağını  düĢünən  heyvərənin 

(Persinin  təbirincə  desək)  səsi  kimi.  –  Sənin  orda  nə  iĢlə  məĢğul 

olduğunu  mən  onsuz  da  öyrənəcəm.  Bunu  qarĢıma  bir  məqsəd  kimi 

qoyacağam. EĢidirsənmi?  

Əlbəttə ki, onun dediklərini eĢidirdim, lakin sualına cavab verib 

eĢitdiyimi təsdiq edərək onu məmnun etmək fikrində deyildim.  

Mətbəxdən  keçərək  evə  daxil  oldum  (burnuma  qayğanaq  ilə 

biĢən  sosiska  iyi  dəydi,  amma  mən  artıq  onu  yemək  istəmirdim)  və 

plaĢı  yerinə  asdım.  Sonra  pilləkənlə  yuxarı  qalxaraq  öz  otağıma 

getdim  –  hər  pillədə  dayanıb  nəfəsimi  dərir,  ürəyimin  döyüntülərinin 

yavaĢımasına  imkan  vermək  üçün  gözləməli  olurdum;  –  yazım  üçün 

lazım olan materialları topladım.  

Solariuma  endim  və  rəfiqəm  Eleyn  öz  baĢını  qapıdan  içəri 

uzadanda  mən  pəncərələrin  yanındakı  balaca  masanın  arxasında  boĢ-

bekar  oturmuĢdum.  O,  çox  yorğun  görünürdü  və  mənə  elə  gəldi  ki, 

özünü  yaxĢı  hiss  etmir.  Eleyn  saçlarını  səliqə  ilə  darayıb  yığmıĢdı, 

amma  hələ  də  əynində  geniĢ  xalat  vardı.  Biz  qoca  sevgililər  səliqə 

sahman  məsələlərinə  o  qədər  də  çox  vaxt  sərf  etmirik;  əksər  hallarda 

buna, sadəcə, imkanımız olmur.  

– Səni iĢindən yayındırmayacağam, – deyə asta səslə dilləndi. – 

Görürəm ki, yazmağa hazırlaĢırsan... 




www.vivo-book.com 

 

299 



–  BoĢ  sözlər  danıĢma,  –  deyə  cavab  verdim.  –  Mənim  vaxtım 

Karterin qara ciyər həblərindən çoxdur. Qapıda durma, içəri gəl.  

O içəri girsə də, qapının ağzında dayandı.  

– Yuxuya  gedə bilmədim  –  yenə də – və təsadüfən pəncərədən 

bayıra bir az erkən baxdım... və... 

– Və sən məni  mister Dolan ilə  söhbət  edərkən gördün,  – deyə 

onun bitirməyə çətinlik çəkdiyi cümləsini tamamladım. Ümid edirdim 

ki,  onun  pəncərəsi  bağlı  olub  və  o  bizi  yalnız  görüb,  mənim  necə 

inildədiyimi  və  biləyimi  buraxması  üçün  Dolana  yalvardığımı 

eĢitməyib.  

– Bu, elə də xoĢ söhbətə bənzəmirdi və dostcasına edilən söhbət 

deyildi, – dedi. – Pol, bu mister Dolan hamını sorğu-suala tutub sənin 

haqqında  soruĢurdu.  Sənin  haqqında  məndən  də  soruĢub  –  deyəsən, 

keçən  həftə.  O  vaxt  buna  elə  bir  əhəmiyyət  vermədim,  sadəcə, 

düĢündüm ki, onun uzun burnu var və ona görə də onu hamının iĢinə 

soxur.  Amma  indi  onun  sənin  haqqında  nə  üçün  suallar  verdiyi  məni 

çox maraqlandırır.  

– Deyirsən, mənim haqqımda soruĢurdu? – dedim və ümid etdim 

ki,  səsim  özümün  hiss  etdiyim  kimi  narahat  səslənmir.  –  Səndən  nə 

soruĢurdu? 

–  Əvvəla,  sənin  gəzintiyə  hara  getdiyini.  Bir  də,  nə  üçün 

gəzməyə getdiyin haqında suallar verdi.  

Mən gülməyə çalıĢdım.  



www.vivo-book.com 

 

300 



– Bu adam kiminsə məĢq edə biləcəyinə inanmır, bu, tamamilə 

aydındır.  

–  O,  hesab  edir  ki,  sənin  nəsə  bir  sirrin  var,  –  Eleyn  bir  anlıq 

susdu və, – əslində, mən də elə düĢünürəm, – dedi.  

Elə  ağzımı  açıb  bunu  ilk  dəfə  eĢitdiyimi  demək  istəyirdim  ki, 

Eleyn  özünün  əyri-üyrü,  amma  qəribə  Ģəkildə  qəĢəng  əlini  qaldırıb 

ağzımdan bir söz belə çıxarmağa macal tapmamıĢ məni susdurdu. 

–  Əgər  sənin  həqiqətən  nəsə  bir  sirrin  varsa,  mən  onun  nə 

olduğunu heç bilmək də istəmirəm, Pol. Sənin Ģəxsi məsələnin yalnız 

sənə dəxli var. Məni  bax belə  tərbiyə  ediblər,  amma hamı belə  deyil. 

Ona görə də ehtiyatlı ol. Sənə də məhz elə bunu söyləmək istəyirdim. 

Ġndi  isə  səni  burada  yalqız  buraxacağam  ki,  iĢinlə  rahat  məĢğul  ola 

bilərsən.  

Eleyn  getmək  üçün  geri  döndü,  amma  qapıdan  çıxmağa  macal 

tapmamıĢ, mən arxadan onu çağırdım. O, geri çevrilib gözlərində sual 

dolu bir ifadə ilə mənə baxdı.  

– Bu yazdıqlarımı bitirəndən sonra... – deyə sözə baĢladım, lakin 

sözümü yarımçıq kəsib baĢımı buladım. Cümləni düz baĢlamamıĢdım. 

– Əgər bu yazdıqlarımı bitirə bilsəm, sən onu oxuyarsanmı?  

O,  sanki  bir  anlıq  fikrə  gedərək  düĢündü  və  sonra  elə  bir 

təbəssümlə  mənə  gülümsədi  ki,  adam  asanlıqla  bu  təbəssümə  vurula 

bilərdi, hətta mənim kimi yaĢı keçmiĢ qoca da.  

– Mənim üçün bu böyük bir Ģərəf olardı.  



www.vivo-book.com 

 

301 



–  YaxĢısı  burdur,  Ģərəfdən  danıĢmazdan  əvvəl,  yazdıqlarımı 

oxuyana  qədər  gözləyəsən,  –  deyə  etiraz  etdim  və  həmin  vaxt 

Delakruanın ölümü haqqında düĢündüm.  

–  Mən  onu  istənilən  halda  oxuyacağam,  –  deyə  o,  israr  etdi.  – 

Hər bir sözü. Sənə söz verirəm. Lakin bunun üçün sən əvvəlcə  yazını 

bitirməlisən.  

O  məni  öz  düĢüncələrimlə  tək  qoyub  getdi,  amma  mən  yazıya 

baĢlayınca,  kifayət  qədər  uzun  bir  müddət  keçdi.  Qələmimlə  masanı 

taqqıldada-taqqıldada  pəncərədən  çölə  baxaraq,  tutqun  göy  üzünün 

arabir  aydınlaĢmasına  tamaĢa  edərək,  məni  Poli  deyə  çağıran  və  tez-

tez  çinlilər,  irlandlar  və  zəncilər  haqqında  yersiz,  axmaq  və  gülməli 

olmayan  zarafatlarından  bezib  yorulmayan  Bred  Dolan  haqqında  və 

bir  də  Eleyn  Konnellinin  dedikləri  haqqında  düĢünərək  təxminən  bir 

saat  eləcə  boĢ-bekar  oturdum.  “O  hesab  edir  ki,  sənin  nəsə  bir  sirrin 

var. Əslində, mən də elə düĢünürəm”.  

Bəlkə də onlar haqlıdırlar, bəlkə mənim doğrudan da sirrim var. 

Hə, ola bilsin ki, mənim sirrim var. Və əlbəttə ki, Bred Dolan bu sirri 

öyrənmək  arzusundadır.  Ona  görə  yox  ki,  o  bunun  vacib  bir  Ģey 

olduğunu düĢünür (bu belə deyil, məncə, təkcə mənim üçün bəlkə də 

əhəmiyyətlidir), sadəcə  ona  görə ki,  onun fikrincə, mənim kimi  qoca 

kaftarların  gizli  sirləri  ola  bilməz:  nə  mətbəxin  yaxınlığındakı 

asılqandan  plaĢ  götürmək,  nə  də  sirr  saxlamaq  olar.  Mənim  kimi 

qocaların  hələ  də  insan  olduqlarını  da  düĢünmək  olmaz.  Bizim  belə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə