Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə83/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   79   80   81   82   83   84   85   86   ...   158

www.vivo-book.com 

 

330 



Delakruanın  kürəyini  Ģappıldadaraq  baĢı  ilə  mənə  hər  Ģeyin 

qaydasında olduğunu iĢarə etdi. – Ülgüclə qırxılan kimi sapsığallıdır. 

Hə, indi gedə bilərik. 

Bax beləcə, Eduard Delakrua YaĢıl Mil  ilə  özünün son  səfərinə 

çıxdı,  göz  yaĢları  ilə  tər  bir-birinə  qarıĢaraq  onun  yanaqları  ilə  aĢağı 

süzülürdü,  baĢının  üstündə  isə  göy  guruldayırdı.  Brutus  ölümə 

məhkum  edilmiĢin  solunda,  mən  sağında  gedirdik,  Din  isə  bizim 

arxamızda gəlirdi.  

ġuster  ata  mənim  kabinetimdə  idi,  baĢqa  iki  nəzarətçi  – 

Rinqqold  və  Battl  isə  otağın  künclərində  mövqe  tutub  vəziyyətə 

nəzarət  edirdilər.  ġuster  ata  Delakruaya  baxaraq  gülümsədi  və  sonra 

onunla fransız dilində danıĢdı. Onun danıĢığı mənə qeyri-təbii və çox 

quru gəldi, lakin onun nitqi möcüzə yaratmıĢdı. Del də ona gülümsədi 

və  sonra  ġuster  ataya  yaxınlaĢıb  qollarını  onun  belinə  dolayaraq 

qucaqladı. Bunu görən Rinqqold və Battl cəld hərəkətə keçmək üçün 

yerlərindən  atılsalar  da,  mən  əlimi  havaya  qaldırdım  və  baĢımı 

buladım.  

ġuster  ata  Delakruanın  göz  yaĢları  ilə  boğularaq  fransızca 

söylədiklərinə  diqqətlə  qulaq  asdı  və  onun  dediklərini  əla  baĢa 

düĢürmüĢ  kimi  Delakruanın  kürəyini  Ģappıldatdı.  O,  balaca  fransızın 

çiyninin üstündən mənə baxaraq dedi:  

– Onun söylədiklərinin heç dörddə birini belə baĢa düĢmədim.  

– Bunun vacib olduğunu düĢünmürəm, – deyə Brutus mırıldandı. 



www.vivo-book.com 

 

331 



–  Mən  də  düĢünmürəm,  mənim  oğlum,  –  deyə  ġuster  ata  ona 

gülümsəyərək cavab verdi. O bizimlə iĢləyən ruhanilərin ən yaxĢısı idi 

və  mən  yalnız  o  an  dərk  etdim  ki,  onun  taleyi  haqqında  heç  nə 

bilmirəm.  Ümid  edirəm  ki,  bütün  bu  gördüklərinə  rəğmən,  o  öz 

inancını qoruyub saxlaya bilmiĢdi.  

O,  Delakruanın  diz  çökməyə  sövq  etdi  və  dua  etmək  üçün 

qollarını sinəsinin önündə çarpazladı. Delakrua da onun kimi etdi.  

–  Ey  bizim  göylərdə  qərar  tutmuĢ  Atamız,  –  deyə  ġuster  ata 

fransız dilində dua etməyə baĢladı və Delakrua da ona qoĢuldu. Onlar 

birlikdə  “Bizim  Atamız”  duasını  bizim  üçün  anlaĢılmaz  olan  fransız 

dilində  baĢdan-ayağa  –  “bizi  kələkbaz  Ģeytanın  əməllərindən  qoru, 

amin” sözlərinə qədər – oxudular. Duanın sonun çatanda, Delakruanın 

yanaqlarındakı  göz  yaĢları  da  artıq  demək  olar  ki,  tam  qurumuĢ,  elə 

onun  özü  də  əməlli-baĢlı  sakitləĢərək  özünə  gəlmiĢdi.  Sonra  isə 

Bibliyadan ingilis dilində ayələr oxuyanda, “durğun sular” haqqındakı 

qədim  duanı  da  ehmal  edib  yaddan  çıxarmadılar.  Duanı  oxuyub 

bitirəndən  sonra  ġuster  ata  ayağa  qalxmaq  istədi,  amma  Del  onun 

əbasının  qolundan  tutaraq  fransızca  nəsə  dedi.  ġuster  ata  qaĢlarını 

çatıb  diqqətlə qulaq asandan sonra ona cavab verdi. Del yenə ona nəsə 

dedi və sonra ümid dolu baxıĢlarını ona zillədi. 

ġuster ata mənə tərəf dönərək dedi: 



www.vivo-book.com 

 

332 



–  O,  baĢqa  bir  dua  da  oxumaq  istəyir,  cənab  Eckum.  Mən  öz 

inancıma görə bu duanı oxumasında ona yardım edə bilmərəm. Siz nə 

deyirsiniz, oxusunmu?  

Mən divardan  asılmıĢ  saata baxdım və  gecənin  yarısına hələ  on 

yeddi dəqiqə qaldığını gördüm.  

–  Hə,  qoy  oxusun,  –  deyə  cavab  verdim,  –  amma  bir  az  cəld 

olmaq  lazımdır,  çünki  bizim  əməl  etməli  olduğumuz  zaman  qrafiki 

var.  


– Hə, sizin nə demək istədiyinizi yaxĢı baĢa düĢürəm, – deyərək 

ġuster ata Delakruaya tərəf dönüb baĢını yırğaladı.  

Del,  dua edirmiĢ kimi,  gözlərini qapadı,  amma qısa bir müddət 

heç  bir  söz  deməyərək  susdu.  O,  qaĢlarını  çatdığından  alnında  dərin 

qırıĢlar  əmələ  gəlmiĢdi  və  həmin  an  mənə  elə  gəldi  ki,  birisinin 

çardaqda  çox  uzun  illər  ərzində  istifadə  etmədiyi  (ya  da  ehtiyacı 

olmadığı) bir Ģeyi axtardığı kimi, indi o da öz beyninin dərinliklərində 

nəsə  axtarır.  Mən  bir  də  saata  baxmalı  oldum  və  elə  ağzımı  açıb  bir 

söz  demək  istəyirdim  ki  –  əgər  Brutus  köynəyimin  qolumdan  çəkib 

baĢını yırğalamasaydı, deyəcəkdim də.  

Elə  həmin  anda,  Del  amerikalı  fransızların  cavan  qadın  döĢü 

kimi  yumru  və  yumĢaq  ləhcəsində,  xəfif,  amma  çevik  bir  tərzdə  öz 

duasına baĢladı:  

– "Marie! le vous salue, Marie, oui, pleine de grace; le Seigneur 

est  avec  vous;  vous  etes  benie  entre  toutes  les  femmes,  et  mon  cher 



www.vivo-book.com 

 

333 



Jesus, le fruit de vos entrailles, est beni." (Ya Məryəm, sənə salamlar 

olsun,  ey  hamıdan  mərhəmətli  olan,  Məryəm.  Qoy  Allah  özü  həmiĢə 

səninlə olsun, ey qadınların ən əzizi və müqəddəsi! Sizin rəhminizdən 

bu  iĢıqlı  dünyaya  göz  açmıĢ  müqəddəs  Tanrımız  Ġsa  özü  Sizə  yar 

olsun!) – O yenə ağlamağa baĢladı, lakin düĢünmürük ki, o özü bunun 

fərqində idi. – "Sainte Marie, ma mere, Mere de Dieu, priez pour moi, 

priez pour nous, pauv' pecheurs, maint'ant et l'heure ... l'heure de notre 

mort.  L'heure  de  mon  mort."  (Ya  Müqəddəs  Məryəm,  anam  mənim, 

Allahın anası, müqəddəs bakirə, mənim üçün dua elə, bizim hamımız 

üçün,  biz  günahkar  bəndələr  üçün,  belə  bir  saatda...  ölüm  saatımda 

mənim üçün dua elə). O, dərindən nəfəs alaraq toxdadı. – "Ainsi soit-

il." (Amin). 

Delakrua  duasının  bitirib  ayağa  qalxanda,  otağın  yeganə 

pəncərəsindən  içəri  düĢən  ildırımın  ağ-mavi  rəngli  parıltısı  bir  anlıq 

içərini  nura  qərq  etdi.  Delakruadan  baĢqa,  hamı  səksənərək  yerindən 

dik atıldı. O, deyəsən, hələ də söylədiyi duaların təsiri altında qalaraq 

özünü  unutmuĢdu.  O,  əlini  hara  uzatdığına  baxmayaraq,  havaya 

qaldırdı.  Brutus  cəld  onun  əlindən  tutub  yüngülcə  sıxdı.  Delakrua 

nəzərlərini qaldırıb ona baxdı və azacıq gülümsədi.  

–  Nous  voyons...  (Biz  görürük),  –  deyə  Delakrua  sözə  baĢladı, 

amma  yenə  susdu.  Hiss  ediləcək  dərəcədə  gərginləĢərək,  o,  yenə 

ingilis  dilinə  keçdi.  –  Ġndi  biz  yolumuza  davam  edə  bilərik,  boss 

Hovell, boss Eckum. Ġndi Allah ilə mənim aramda razılıq var.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə