Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə82/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   78   79   80   81   82   83   84   85   ...   158

www.vivo-book.com 

 

326 



On  ikinin  yarısında  Delakruanın  kamerasına  yaxınlaĢdım. 

Brutusla  Den  isə  məndən  bir  qədər  arxada  gəlirdilər.  Del  dizlərinin 

üstündə  Mister  Cinqlzı  tutaraq  öz  çarpayısının  üstündə  oturmuĢdu. 

Siçan  baĢını  məhkuma  tərəf  uzatmıĢdı,  onun  muncuq  gözləri  isə  düz 

onun  üzünə  zillənmiĢdi.  Delakrua  barmaqları  ilə  Mister  Cinqlzın 

qulaqlarının arasını qaĢıyırdı. Delakruanın yanaqları ilə iri göz yaĢları 

axırdı,  deyəsən,  siçan  da  gözlərini  məhz  bu  göz  yaĢlarına  zilləmiĢdi. 

Addım  səslərimizi  eĢidən  Del  baĢını  qaldırıb  bizə  baxdı.  Rəngi 

qaçmıĢdı. Mən arxamda nə baĢ verdiyini görməsəm də, Con Koffinin 

öz  kamerasının  qapısı  yanında  dayanıb  bizi  müĢahidə  etdiyini  hiss 

etdim.  

Açarlarımın metal qapıya toxunaraq çıxardığı cingiltini eĢidəndə 

Delakrua  səksəndi,  amma  soyuqqanlılığını  qoruya  bildi.  Mən  qıfılı 

açıb  qapını  yana  itələyəndə,  o,  hələ  də  qucağında  tutduğu  Mister 

Cinqlzın baĢını tumarlamağa davam edirdi.  

– Salam, boss Eckum, – deyə o məni salamladı. – Salam uĢaqlar. 

Sən  də  uĢaqlara  salam  ver,  Mister  Cinqlz.  –  Lakin  Mister  Cinqlz 

ovsunlanmıĢ kimi baĢı dazlaĢmağa baĢlamıĢ bu balaca adama baxmağa 

davam  edirdi,  sanki  onun  yanaqları  ilə  axan  göz  yaĢlarının  haradan 

əmələ  gəldiyini  bilmək  istəyirdi.  Əlvan  rəngli  makara  isə  “Korona” 

siqar qutusunun bir kənarına səliqə ilə qoyulmuĢdu və mən düĢündüm 

ki, o, sonuncu dəfə ora qoyulub və bu fikirdən içimdə qəfil və kəskin 

bir sancı hiss etdim.  



www.vivo-book.com 

 

327 



– Eduard Delakrua məhkəmənin nümayəndəsi kimi... 

– Boss Eckum? 

Mən  əvvəlcədən  hazırlanmıĢ  rəsmi  nitqimə  davam  etmək 

istədim, amma sonra fikrimi dəyiĢərək ondan soruĢdum: 

– Nə məsələdi, Del? 

O, siçanı mənə uzadaraq dedi: 

–  Alın,  götürün!  Elə  eləyin  ki,  Mister  Cinqlza  heç  bir  xətər 

dəyməsin. 

– Del, düĢünmürəm ki, o mənimlə yaĢamaq istəsin. O bəlkə... 

–  Ġstəyir,  o  özü  mənə  dedi  ki,  istəyir.  O  mənə  dedi  ki,  sənin 

haqqında  hər  Ģeyi  bilir,  boss  Eckum  və  o  bilir  ki,  sən  onu  siçanların 

tryuklar  göstərdiyi  Floridadakı  o  yerə  aparacaqsan.  O  sənə  etibar 

elədiyini  mənə  söylədi.  –  O  əlini  bir  az  da  irəli  uzatdı  və  qoy  Allah 

mənim  bəlamı  versin,  əgər  siçan  onun  əlindən  mənim  çiynimə 

keçmədisə.  O  elə  yüngül  idi  ki,  mən  əynimdəki  kiteldən  onun 

çiynimdə  olduğunu  hiss  belə  etmirdim,  sadəcə,  çiynimdə  balaca  bir 

yerin isindiyini hiss edə bilirdim. – Boss? Bir də sizdən xahiĢim budur 

ki, o əclafın bir də mənim siçanıma yaxınlaĢmasına yol verməyəsiniz. 

O əclafın mənim siçanıma xətər yetirməsinə imkan verməyin.  

–  YaxĢı,  Del,  mən  ona  bu  imkanı  bir  də  vermərəm.  –  Məsələ 

burasında idi ki, bəs indi, məhz indiki anda bu siçanla mən nə etməli 

idim?  Mən  çiynimdə  bir  siçan  oturduğu  halda  Delakruanı  Ģahidlərin 

önündən keçirib edama apara bilməzdim axı.  



www.vivo-book.com 

 

328 



–  Hələlik  mən  onu  götürərəm,  boss,  –  deyən  kiminsə  səsi 

arxamda guruldadı. Bu səs Con Koffinin səsi idi və mənə qəribə gələn 

isə  onun  bu  təklifi  məhz  mənim  bunu  düĢündüyüm  an  verməsi  oldu; 

elə bil, Con Koffi fikrimdən keçənləri oxuya bilirdi. – Sadəcə, hələlik, 

qısa müddətə, əlbəttə, əgər Del buna etiraz etmirsə... 

Del rahatlanaraq baĢını yırğaladı.  

– Hə, götür onu, Con, bu axmaqlıq baĢa çatana qədər, oldumu? 

Sonra isə... – Onun nəzərləri yenə mənə və Brutusa tərəf döndü. – Siz 

onu Floridaya aparacaqsınız. O Mausvilldi, nədir, ora. 

– Hə, arxayın ol. Yəqin, Pol ilə birlikdə mən də gedərəm. – deyə 

Brutus  dilləndi  və  onun  gözləri  diqqətlə  siçanın  mənim  çiynimdən 

Koffinin bizə tərəf uzanmıĢ iri ovcuna keçməsini izlədi. Bunu edərkən 

Mister  Cinqlz  nə  etiraz  etdi,  nə  də  qaçmağa  çalıĢdı,  əksinə,  Delin 

əlindən mənim çiynimə keçdiyi kimi, böyük bir həvəslə Con Koffinin 

əli ilə yuxarı dırmaĢdı.  

– Bunun üçün biz yəqin öz məzuniyyətimizin bir hissəsini götürə 

bilərik, düz demirəmmi, Pol? 

BaĢımı  yırğaladım.  Del  də  baĢını  yırğaladı,  onun  gözləri  indi 

aydınlaĢmıĢ, dodaqlarına isə güclə sezilən bir təbəssüm qonmuĢdu. 

–  Onun  çıxardığı  oyunlara  tamaĢa  etmək  üçün  insanlar  on  sent 

ödəyəcəklər. UĢaqlar isə iki sent. Elə deyilmi, boss Hovell? 

– Hə, elədir, Del, düz deyirsən.  




www.vivo-book.com 

 

329 



–  Sən  yaxĢı  adamsan,  boss  Hovell,  –  Del  dedi.  –  Sən  də,  boss 

Eckum.  Siz  hər  ikiniz  bəzən  mənim  üstümə  qıĢqırırdınız,  bəli,  amma 

yalnız  buna  zərurət  olanda.  Siz  hamınız  yaxĢı  insanlarsız,  bircə  o 

Persidən  baĢqa.  Çox  istərdim  ki,  haradasa  baĢqa  bir  yerdə  sizinlə 

görüĢə biləydim. Pis dövran, pis insanlar... 

– Sənə bir söz deməliym, Del, – dedim. – Sənə deyəcəklərim bu 

yola  çıxmazdan  öncə  hər  bir  kəsə  deməli  olduğum  sözlərdir.  Elə  də 

böyük  bir  Ģey  deyil,  amma  bu  da  mənim  iĢimin  bir  hissəsidir. 

Oldumu? 

– Bəli, cənab, – deyə o, son dəfə Con Koffinin nəhəng çiynində 

əyləĢmiĢ Mister Cinqlza baxdı və, – Au revour, mon ami (salamat qal, 

dostum  –  fr.),  –  deyərək  bərkdən  ağlamağa  baĢladı.  –  Je  t'aime,  mon 

petit,  (səni  sevirəm,  mənim  balacam  –  fr.),  –  dedi  və  siçana  hava  ilə 

öpüĢ göndərdi.  Bəlkə də hava ilə  göndərilən öpüĢ gülməli  görünməli 

idi,  amma  həmin  vaxt  bu  bizə  heç  də  gülməli  gəlmədi.  Gözlərim  bir 

anlıq  Dinin  baxıĢlarına  tuĢ  gəldi  və  mən  dərhal  nəzərlərimi  ondan 

yayındırdım.  Din  dəhliz  boyu  karser  otağına  tərəf  baxırdı  və  onun 

üzündə çox qəribə təbəssüm vardı. Mənə elə gəldi ki, o elə indicə zır-

zır ağlayacaq. Mənə gəlincə, “məhkəmənin rəsmi nümayəndəsi kimi” 

sözləri  ilə  baĢlayaraq  söyləməli  olduğum  nitqimi  söylədim.  Nitqimi 

bitirəndən sonra Delakrua öz kamerasından son dəfə bayıra çıxdı.  

–  Bir  dəqiqə  ayaq  saxla,  dostum,  –  deyə  Brutus  əli  ilə  onun 

qırxılmıĢ təpəsini, dəbilqənin geyindiriləcəyi yeri yoxladı. Sonra əli ilə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə