Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə85/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   81   82   83   84   85   86   87   88   ...   158

www.vivo-book.com 

 

338 



demək  olar  ki,  eyni  anda  ayağa  qalxdıq.  Din  əlini  Delakruanın  sol 

biləyi tərəfdəki toqqaya, Persi isə sağ tərəfdəkinə uzatdı. Mən Persiyə 

yardım  etmək  üçün  hazır  vəziyyətdə  dayanmıĢdım,  lakin  o  bu  iĢin 

öhdəsindən  mənim  buxov  bağlamağımdan  daha  cəld  və  dəqiqliklə 

gəldi.  Mən  indi  Delakruanın  bütün  bədəninin  necə  əsdiyini  görə 

bilirdim, elə bil artıq onun bədənindən azgərginlikli cərəyan keçməyə 

baĢlamıĢdı. Mən onun bədəninin tərinin iyini də hiss edə bilirdim. Bu 

iy kəskin və turĢ idi, az duzlu marinad tutmasının iyini xatırladırdı.  

Din  baĢı  ilə  Persiyə  iĢarə  elədi.  Persi  də  çevrilərək  çiyninin 

üstündən  baxdı  –  mən,  hətta  həmin  gün  səhər  üzünü  qırxarkən 

çənəsinin  altında  kəsdiyi  yeri  də  gördüm  –  və  sakit,  amma  qətiyyətli 

bir səslə dedi:  

– Birincini qoĢ! 

Boğuq bir uğultu eĢidildi, elə bil köhnə soyuducunu iĢə saldılar. 

Anbar  otağındakı  lampaların  iĢığı  hiss  ediləcək  dərəcədə  gücləndi. 

ġahidlər arasında bir neçə nəfərin af-of səsləri və donqultusu eĢidildi. 

Delakrua  qəfildən  stulda  dartınaraq  əlləri  ilə  stulun  palıd 

qoltuqaltılarından  elə  bərk  yapıĢdı  ki,  bu  gərginlikdən  onun 

barmaqlarının  oynaqları  ağardı.  Onun  qorxu  dolu  gözləri  sürətlə  ora-

bura  qaçmağa  baĢladı  və  quru  tənəffüsü  bir  qədər  də  sürətləndi.  O, 

demək olar ki, təngnəfəs olaraq tövĢüyür, az qala boğulurdu.  



www.vivo-book.com 

 

339 



– Özünü ələ al, Del, – deyə Brutus astadan mırıldandı. – Özünü 

ələ  al,  Del,  hər  Ģey  qaydasındadır.  Möhkəm  ol,  sən  özünü  çox  yaxĢı 

idarə edirsən.  

“Ey  uĢaqlar!”  –  birdən  Delin  qıĢqıraraq  bizi  necə  çağırdığı 

mənim  yadıma  düĢdü.  “Gəlin  görün  Mister  Cinqlz  nə  bacarır.” 

BaĢımızın üstündə yenə bərkdən göy guruldadı. 

 Persi  vüqarla  elektrik  stulunun  ətrafında  dövrə  vurub  onun 

önündə  dayandı.  Onun  üçün  ən  vacib  və  böyük  olan  bir  an  gəlib 

çatmıĢdı,  indi  o,  hamının  diqqət  mərkəzində  idi  və  bütün  gözlər  ona 

zillənmiĢdi  –  yalnız  bir  cüt  gözdən  baĢqa.  Delaktrua  bu  gözlərin 

sahibinin kim olduğunu görəndə, baĢını aĢağı dikib öz dizlərinə baxdı. 

Mən kimlə desən bir dollardan mərc gəlməyə hazır idim ki, indi Persi 

öz  mətnini  təmtəraqla  söyləməyə  baĢlayacaq,  amma  o,  nitqini  soyuq 

və təəccüb ediləcək dərəcədə sakit bir səslə söylədi.  

–  Eduard  Delakrua,  siz  elektrik  stulunda  edam  edilməklə  ölüm 

cəzasına məhkum edilmisiniz. Bu hökm andlılar məhkəməsi tərəfindən 

çıxarılıb  və  hökmün  icrası  isə  bu  Ģtatda  böyük  nüfuza  malik  hakim 

tərəfindən  təsdiq  edilib.  Qoy  Allah  bu  Ģtatın  sakinlərini  qorusun!  Bu 

hökmün  icrasına  baĢlamazdan  öncə,  demək  istədiyiniz  bir  sözünüz 

varmı? 


Del  nəsə  deməyə  çalıĢdı,  amma  əvvəlcə,  qorxunc  pıĢıltı  və  sait 

səslərdən  baĢqa,  heç  bir  səs  çıxara  bilmədi.  Bunu  görəndə,  Persinin 

dodaqlarının  kənarında  istehzalı  təbəssümün  niĢanələri  göründü  və 



www.vivo-book.com 

 

340 



həmin  an  mən  onu  elə  oradaca  öldürməyə  hazır  idim.  Sonra  Del 

dodaqlarını yalayıb bir də cəhd elədi.  

–  Mən  etdiklərimdən  çox  peĢman  olmuĢam,  –  deyərək  o, 

dilləndi. Mən zamanı geri çevirmək üçün indi hər Ģeyimdən keçərdim, 

amma  təəssüflər  olsun  ki,  bunu  etmək  mümkün  deyil.  Ona  görə  də 

indi...  –  Yenə  göy  guruldadı,  elə  bil  baĢımızın  üstündə  top  mərmisi 

partladı. Del qolundakı və ayağındakı buxovların imkan verdiyi qədər 

yerindən  dik  atıldı,  onun  tərli  üzünün  fonunda  gözləri  vəhĢi  heyvan 

gözü  kimi  parıldayırdı.  –  Ona  görə  də,  indi  mən  öz  əməllərimin 

cəzasını  çəkirəm.  Allahım,  məni  bağıĢla.  –  O,  yenə  sözünə  ara  verib 

dodaqlarını yaladı və Brutusa baxdı. – Mister Cinqlzla bağlı verdiyiniz 

vədi  unutmayın,  –  deyə  asta  səslə  o,  yalnız  bizə  müraciət  edərək 

sözünü bitirdi.  

–  Unutmarıq,  narahat  olma,  deyə  mən  onu  sakitləĢdirməyə 

çalıĢdım  və  onun  buz  kimi  soyuq  əlinə  toxundum.  –  Sənə  söz 

verdiyimiz kimi, o, Mausvillə gedəcək. 

–  Ay  getdi  ha,  –  deyə  Persi,  Delakruanın  sinəsinin  önündən 

qayıĢı dartaraq bağlayarkən ağzının kənarı ilə astadan, cəza müddətini 

bitirmiĢ  cani  kimi  mırıldandı.  –  Yer  üzündə  elə  bir  yer  yoxdur.  Sən 

özünü  sakit  aparasan  deyə,  bu  nağılı  uĢaqlar  özlərindən  uydurublar. 

DüĢündüm ki, bunu bilməyin pis olmaz, qoca kaftar. 

Delakruanın gözlərində alıĢan qığılcımları görəndə, baĢa düĢdüm 

ki,  onun  Ģüurunun  bir  hissəsi  elə  belə  də  düĢünürmüĢ...  Lakin  bu 



www.vivo-book.com 

 

341 



bilgini  onun  qalan  hissələrindən,  imkan  daxilində,  gizli  saxlayırmıĢ. 

Mən  çaĢqınlıqla  və  qəzəblə  Persiyə  baxdım,  lakin  Persi  mənim  bu 

baxıĢlarımı heç vecinə də almadı, çünki orada, camaatın qarĢısında ona 

heç  nə  edə  bilməyəcəyimi  yaxĢı  baĢa  düĢürdü.  Belə  düĢünməkdə, 

əlbəttə  ki,  o,  haqlı  idi.  Hə,  nə  müĢahidəçilərin  qarĢısında,  nə  də  öz 

həyatını ən kənar nöqtəsində oturmuĢ Delakruanın önündə ona heç nə 

edə  bilməzdim.  Ġndi  bu  iĢi  davam  etdirib  bitirməkdən  baĢqa  çarə 

qalmamıĢdı.  

Persi  maskanı  qarmağından  çıxarıb  Delakruanın  baĢına 

geyindirdi, uclarını da kiçik fransızın çənəsinin altında sıxaraq bağladı 

ki,  onun  təpəsindəki  dəlik  dartılaraq  genəlsin.  Ġndi  isə  vedrənin 

içindəki  nəmlənmiĢ  süngəri  götürüb  dəbilqənin  içindəki  yerinə 

qoymaq  lazım  idi,  amma  məhz  bu  məqamda  Persi  ilk  dəfə  olaraq 

qəbul  edilmiĢ  prosedur  qaydalardan  kənara  çıxaraq  bu  sıranı  pozdu: 

əvvəlcə,  əyilib  süngəri  götürmək  əvəzinə,  o,  stulun  söykənəcəyinin 

arxasından  asılmıĢ  dəmir  dəbilqəni  götürdü  və  əlində  dəbilqə  ilə 

vedrəyə  tərəf  əyildi.  BaĢqa  sözlə  desək,  süngəri  dəbilqəyə 

yaxınlaĢdırmaq əvəzinə – əslində, belə etsəydi, bu daha normal olardı 

– o, dəbilqəni götürüb onunla birlikdə süngərə tərəf əyildi. O anda mən 

nəyinsə  düz  getmədiyini  baĢa  düĢməli  idim,  amma  bunu  dərk  etmək 

üçün  mənim  əhvalım  çox  pozulmuĢdu.  Həyatımda  ilk  dəfə  iĢtirak 

etdiyim  bir  edamda  mən  bir  qədər  kədərliydim  və  özümə  nəzarəti 

itirmiĢdim. Brutusa gəlincə, o, bir dəfə də olsun baĢını qaldırıb Persiyə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə