Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə93/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   89   90   91   92   93   94   95   96   ...   158

www.vivo-book.com 

 

370 



Bəzən  insan  nəyisə  öyrənmək  üçün  çırpınır,  həmin  an  mənim 

baĢıma  gələn  də  elə  bu  idi.  Mən  kameranın  önündə  diz  çökdüm  və 

ayaqqabılarımdan birini çıxarmağa baĢladım. 

 

 



 

                                                    7 

 

 



 

Mən  evə  çatanda,  yağıĢ  artıq  kəsmiĢdi  və  Ģimaldakı  dağların 

təpəsindən Ayın hilalı görünməkdə idi. Buludlar ilə birlikdə, deyəsən, 

mənim  yuxum  da  harasa  çəkilib  yox  olmuĢdu.  Daha  yatmaq 

istəmirdim  və  üstümdən  Delakruanın  qoxusu  gəldiyini  hiss  edirdim. 

DüĢündüm ki, yəqin hələ uzun müddət onun qoxusu mənim üstümdən 

gələcək – “Man-qal! Sən və Mən! Cızıldayır və qızarır, püf-püf-püf!” 

Cenis  yatmayaraq  məni  gözləyirdi  –  edam  olan  gecələr  o,  hər 

zaman oyaq qalıb məni gözləyərdi. Mən bu gecə baĢ verənlər haqqında 

ona  danıĢmaq  fikrində  deyildim,  çünki  baĢ  verənləri  danıĢıb  onu 

qorxutmağın  heç  bir  mənası  yox  idi.  Lakin  mən  mətbəx  qapısından 

içəri  daxil  olanda,  o  mənim  üzümə  baxaraq  hər  Ģeyi  anlamıĢdı.  Ona 

görə  də  mən  masanın  arxasında  oturdum,  onun  isti  əllərini  öz  soyuq 

əllərimin içinə aldım (mənim köhnə “ford”umda qızdırıcı, demək olar 




www.vivo-book.com 

 

371 



ki, iĢləmirdi və hava da fırtınadan sonra yüz səksən dərəcə dəyiĢmiĢdi) 

və  bu  gecə  baĢ  verənlər  haqqında  onun  eĢitmək  istədiyi  hər  Ģeyi  ona 

danıĢdım. Haradasa, söhbətin ortalarında mən qəfildən özümü saxlaya 

bilməyib  hönkür-hönkür  ağladım,  bunu  özümdən  gözləmirdim.  Öz 

ağlamağımdan  bir  balaca  utandım,  amma  bir  o  qədər  də  yox,  çünki 

yanımdakı  Cenis  idi  axı;  bəzən  özümü  kiĢiyə  yaraĢmadığını 

düĢündüyüm  tərzdə  aparmağıma  görə...  yəni  özümü  necə  aparmalı 

olduğumu  düĢündüyümdən  fərqli  davrananda,  o,  heç  vaxt  məni 

məzəmmət  eləməzdi.  Əgər  bir  kiĢinin  yanında  yaxĢı  arvad  varsa, 

deməli  o,  Allahın  yaratdığı  ən  xoĢbəxt  bəndədir,  yanında  belə  bir 

arvad  olmayan  kəs  isə  ən  miskin  və  bədbəxt  məxluqlar  arasında 

olmalıdır.  Məncə,  onların  yeganə  təsəllisi  isə  necə  miskin  bir  həyat 

sürdüklərindən  xəbərləri  olmaması  ola  bilər.  Mən  ağlayırdım,  o  isə 

mənim baĢımı öz sinəsinə sıxaraq saçlarımı tumarlayırdı və mənim öz 

tufanım  keçəndən  sonra,  mən  də  özümü  bir  azca  rahatlamıĢ  hiss 

etdim... az da olsa rahatlanmıĢdım. Və, məncə, məhz həmin an ilk dəfə 

olaraq  fikirlərim  durularaq  təmizləndi.  Ayaqqabımı  demirəm;  onu 

nəzərdə  tutmuram,  yox.  Ayaqqabımın  da  bu  fikirlə  əlaqəsi  vardı, 

amma  tamam  baĢqa  mənada.  Məhz  həmin  anda  mən  hər  Ģeyi  baĢa 

düĢdüm: Cinsləri, dərilərinin rəngi və bədən ölçüləri arasında nə qədər 

böyük  fərq  olsa  da,  Con  Koffi  ilə  Melindanın  gözlərindəki  ifadə 

tamamilə  eyni  idi:  bədbəxt,  kədərli  və  laqeyd.  Ölüm  ayağında  olan 

gözlər.  



www.vivo-book.com 

 

372 



–  Gəl  gedək  yataq,  –  deyə  arvadım,  nəhayət  dilləndi.  Gəl 

mənimlə birlikdə yatağa gedək, Pol.  

Biz  yatağa  birlikdə  getdik,  seviĢdik  və  bu  iĢi  bitirəndən  sonra 

arvadım  yuxuladı.  Mən  yerimdə  uzanıb  Ayın  hilalına  tamaĢa  edir, 

divarların  çartıltısına  qulaq  asırdım.  Divarlar  yavaĢ-yavaĢ  soyuyaraq 

sıxılırdı,  deməli  yay  mövsümü  payız  ilə  əvəz  olunurdu.  Mən 

yatağımda  uzanıb  Con  Koffi  haqqında,  onun  –  “Mən  Delin  siçanına 

kömək  etdim.  Mən  Mister  Cinqlza  kömək  etdim.  O  sirk  siçanıdır”  – 

deməsi  haqqında  düĢünürdüm.  Əlbəttə.  Və  mən  düĢündüm  ki,  bəlkə 

elə  biz  hamımız  ora-bura  Ģütüyən,  Allah  və  onun  səmadakı 

mələklərinin  yuxarıdan  bizim  sintetik  qatranlı  evlərimizdə  nə 

etdiyimizə  jelatin  pəncərələrdən  tamaĢa  etdikləri  haqqında  dumanlı 

təsəvvürü olan sirk siçanlarıyıq.  

GünəĢ  qalxana  yaxın  mən  bir  balaca  mürgülədim  və  deyəsən, 

indi Corciya Paynzda yatdığım kimi, o vaxtlar nadir hallarda baĢ verən 

kiçik  fasilələrlə  iki-üç  saat  yata  bildim.  Mən  öz  uĢaqlığımın  kilsələri 

haqqında  düĢünə-düĢünə  yuxuya  getmiĢdim.  Kilsələrin  adı  mənim 

anamın və onun bacılarının həvəslərindən asılı olaraq dəyiĢirdi, lakin 

onların  hamısı,  əslində,  eyni  idi:  Bekvudzdakı  Ġlk  Ġsaya  AlqıĢ,  Allah 

Hər  ġeyə  Qadirdir  Kilsəsi.  Onun  küt  və  kvadratĢəkilli  zəng 

qüllələrinin  kölgəsində  günahlardan  arınma  konsepsiyası,  möminləri 

ibadətə  çağıran  zəngin  cingiltisi  kimi,  daim  orada  idi.  Yalnız  Allah 

günahları  bağıĢlaya  bilərdi  və  öz  çarmıxa  çəkilmiĢ  Oğlunun  ölüm 



www.vivo-book.com 

 

373 



ayağındakı qanı ilə bu günahları yuyaraq bağıĢlayırdı da, lakin bu heç 

də  onun  övladlarının  hər  düĢən  fürsətdə  öz  günahlarını  (hətta  sadə 

səhv davranıĢ və yanlıĢ mühakimələrə qapılarkən qazanılmıĢ günahları 

da)  yumaq  məsuliyyətindən  azad  etmirdi.  Günahlardan  arınma  ayini 

çox güclüydü, çünki o səni öz keçmiĢindən ayıran qapının kilidi idi.  

Mən  günahlardan  arınma,  ildırımın  belində  çapan  Delakrua  və 

Melinda  Mur  və  mənim  daim  gözüyaĢlı  olan  nəhəng  dostum 

haqqındakı düĢüncələrim ilə yuxuya daldım. Hər necə olmuĢdusa, bu 

düĢüncələr mənim yuxuma da yol tapa bilmiĢdi. Mənim bu yuxumda 

Con Koffi bir çayın kənarında oturmuĢ və üzünü yay səmasına tutaraq 

öz anlaĢılmaz dilində nəsə hayqırırdı, çayın o biri sahilində isə bir yük 

qatarı bitib-tükənmək bilməyən bir zolaq kimi Trapinqusun paslanmıĢ 

dəmir körpüsünə tərəf Ģütüyürdü. Qaradərili bu nəhəng hər qolunda bir 

sarıĢın  və  çılpaq  qız  uĢağı  tutmuĢdu.  Onun  nəhəng  qəhvəyi  rəngli 

daĢları  xatırladan  yumruqları  sıxılmıĢdı.  Onun  ətrafında  sisəklər 

cırıldaĢır və qara duman kimi mığmığalar uçuĢurdu; hər yan elə isti idi 

ki, qulağa uğultu dolurdu. Yuxumda mən ona yaxınlaĢaraq diz çökdüm 

və  onun  əlini  öz  əlimə  aldım.  Onun  yumruqları  dərhal  boĢalaraq 

içindəki sirri faĢ elədi. Onun bir ovcunda yaĢıl, qırmızı və sarı rənglərə 

boyanmıĢ makara, o biri əlində isə  həbsxana nəzarətçisinin ayaqqabısı 

vardı.  

– Mən heç nə eləyə bilmədim, – Con Koffi dedi. – Mən hər Ģeyi 

geriyə qaytarmağa çalıĢdım, lakin artıq çox gec idi.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə