Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə101/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   97   98   99   100   101   102   103   104   ...   158

www.vivo-book.com 

 

402 



–    Sən  onun  maĢınına  baxırdın,  düz  demirəmmi?  Dolanın 

maĢınına. 

Ona  yalan  danıĢmağın  heç  bir  mənası  yox  idi.  Ona  görə  də, 

dinməzcə baĢımı yırğaladım.  

–  Heyif ki, onun binanın qərb cinahında olub-olmadığını dəqiq 

bilmirəm.  Mən  qısa  bir  müddətə  çölə  çıxmalıyam,  amma  onun  məni 

görməsini istəməzdim.  

O  mənə  baxaraq  gülümsədi.  Onun  təbəssümündə  nəsə  meydan 

oxumaya bənzər bir Ģıltaqlıq niĢanəsi vardı, yəqin cavanlıq çağlarında 

o, tez-tez belə gülümsəyərmiĢ.  

–  Görürsən hər Ģeylə necə maraqlanır, o, köpək oğlu, hə?  

–  Hə.  


–    O,  binanın  qərb  cinahında  da  yoxdu.  Mən  səhər  yeməyinə 

enmiĢdim  və  onun  harada  olduğunu  bilirəm.  Bunu  məxsusən 

öyrənmiĢəm. O mətbəxdədir.  

Mən  narahatlıqla  ona  baxdım.  Mən  bilirdim  ki,  Dolan  hamının 

iĢinə  öz  burnunu  soxmağı  xoĢlayır,  amma  bunun  nə  dərəcədə 

olduğunu bilmirdim. 

–    Sən  öz  səhər  gəzintini  təxirə  sala  bilərsənmi?  –  deyə  Eleyn 

soruĢdu.  

Mən onun bu təklifini fikrimdə götür-qoy etdim.  

–  Yəqin ki, bilərəm, amma... 

–  Yox, sən bunu etməməlisən. 



www.vivo-book.com 

 

403 



–  Hə, etməməliyəm. 

“Ġndi  yəqin  məndən  hara  getdiyimi,  o  meĢəlikdə  nə  ilə  məĢğul 

olduğumu  və  bunun  nə  üçün  belə  vacib  olduğunu  soruĢacaq”  –  deyə 

fikirləĢdim.  

Amma o, heç nə soruĢmadı. Bunun əvəzində, onun üzündə yen o 

Ģıltaq  təbəssüm  göründü.  Bu  təbəssüm  onun  arıq  və  ağrılardan 

yorulmuĢ görünən üzündə elə qəribə və ecazkar görünürdü ki. 

–  Sən mister Haulandı tanıyırsanmı? – deyə o soruĢdu. 

–  Əlbəttə tanıyıram  – deyə cavab verdim, baxmayaraq ki,  onu 

cəmi  bir  neçə  dəfə  görmüĢdüm.  O,  Corciya  Paynzın,  as  qala  qonĢu 

ölkə sayılan, qərb cinahında qalırdı. – Niyə soruĢursan? 

–  Onun haqqında nəsə bilirsənmi? 

Mən bir söz demədən baĢımı buladım.  

–    Mister  Hauland,  –  deyə  Eleyn  gülümsəyərək  sözə  baĢladı.  – 

Corciya Paynzda siqaret çəkmələrinə icazə verilmiĢ son beĢ sakindən 

biridir.  Çünki  qaydalara  dəyiĢiklik  edilməzdən  əvvəl  o.  artıq  burada 

yaĢayırdı.  

“Baba  üçün  xüsusi  maddə”  –  deyə  düĢündüm.  Onun  üçün  ən 

gözəl yer   evindən baĢqa, 01 daha hara ola bilərdi ki?  

Eleyn  əlini  öz  göy  və  ağ  zolaqlı  paltarının  cibinə  salıb  əvvəlcə 

kibrit, sonra isə siqaret çıxardı.  

–    YaĢıl  oğrusu,  qırmızı  oğrusu,  –  deyə  o,  gülməli  bir  səslə 

zümzümə etməyə baĢladı. – Balaca Elli öz yerini isladacaq.  



www.vivo-book.com 

 

404 



–  Eleyn, sən nə... 

–  Qoca qızı aĢağıya ötür, – deyə o, məndən xahiĢ elədi, siqaretlə 

kibriti  yenidən  cibinə  qoydu  və  əyribarmaqlı  əlini  mənim  qoluma 

saldı. Biz salon  ilə  geri  qayıtmağa baĢladıq. Onunla bu  yolu  gedərən 

mən  təslim  olmaq  və  özümü  onun  ixtiyarına  vermək  qərarına 

gəlmiĢdim.  O,  qoca  və  kövrək  olsa  da,  ağılsız  deyildi.  Biz  aĢağı 

enərkən,  elə  ehtiyatla  hərəkət  edirdik  ki,  elə  bil  əllərimizdə  büllur 

qablar tutmuĢduq. Eleyn dedi: 

–    Məni  burada  gözlə,  mən  binanın  qərb  cinahındakı  tualetə 

gedirəm, hansını dediyimi bilirsənmi?  

–  Hə, – deyə mən baĢımı yırğaladım. – Spanın yanındakı. Bəs 

ora niyə gedirsən?  

–    On  beĢ  ildən  artıqdır  ki,  mən  siqaret  çəkmirəm,  –  o  dedi,  – 

amma  bu  gün  səhər  birini  çəkmək  fikrindəyəm.  Oradakı  tüstü 

detektorunu iĢə salmaq üçün neçə qullab vurmalı olacağımı bilmirəm. 

Amma bunu öyrənmək niyyətindəyəm.  

Mən  içimdə  get-gedə  artan  heyranlıqla  ona  baxdım,  düĢündüm 

ki,  o,  necə  də  arvadıma  bənzəyir:  Cenis  də  eynilə  belə  edərdi.  Eleyn 

yenə  üzündə  həmin  nadinc  və  hiyləgər  təbəssümlə  mənə  baxdı.  Mən 

əlimi  onun  gözəl,  uzun  boynunun  arxasına  salıb  onu  özümə  tərəf 

çevirdim və ehmallıca onun dodaqlarından öpdüm.  

–  Mən səni sevirəm, Elli, – deyə mən astadan pıçıldadım. 




www.vivo-book.com 

 

405 



–    Ay  səni  gopçu,  –  deyə  o  gülümsədi,  lakin  mən  onun 

gözlərindən gördüm ki, sözlərim onun xoĢuna gəlmiĢdi.  

–  Bəs Çak Hauland necə olsun? – deyə mən soruĢdum. – Buna 

görə onun problemləri olacaqmı?  

–    Yox,  çünki  o,  indi  özündən  baĢqa  iyirmi-iyirmi  beĢ  nəfərlə 

televizor  otağında  oturub  “Sabahın  xeyir,  Amerika!”  veriliĢinə  baxır. 

Yanğından  müdafiə  siqnalizasiya  iĢə  düĢən  kimi  mən  də  oradan  cəld 

əkiləcəyəm.  

–    Bircə  yıxılıb  özünü  əzmə,  qadın.  Mən  özümü  heç  vaxt 

bağıĢlamaram, əgər... 

–    BoĢ-boĢ  danıĢma,  –  deyərək  bu  dəfə  o  özü  məni  öpdü. 

Qocalıb əldən düĢmüĢ iki adamın məhəbbəti. Sizin bəziləriniz üçün bu 

gülməli,  qalanlarınız  üçün  isə  qəribə  görünə  bilər,  lakin  icazə  verin 

sizə bir Ģeyi deyim, dostlar: qəribə məhəbbət, ümumiyyətlə, onun heç 

olmamasından daha yaxĢıdır.  

Mən  dayanıb  arxadan  onun  yeriĢinə,  onun  ağır  və  çətin 

addımlarına baxır (lakin əsadan yalnız yağıĢlı günlərdə, özü də ağrıları 

dözülməz həddə çatanda istifadə edərdi, bu davranıĢ onun vüqarlı bir 

qadın olmasından xəbər verirdi) və gözləyirdim. BeĢ dəqiqə keçdi, on 

dəqiqə  keçdi  və  onun  ya  qorxub  fikrindən  vaz  keçdiyini,  ya  da 

tualetdəki  tüstü  detektorun  elementlərinin  boĢalmıĢ  olduğunu 

düĢünmüĢdüm 

ki, 

qərb 


cinahındakı 

yanğından 

müdafiə 

siqnalizasiyasının yüksək və qulaqbatırıcı səsi eĢidildi.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə