Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə104/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   100   101   102   103   104   105   106   107   ...   158

www.vivo-book.com 

 

414 



bitəndən  sonra  mənim  halımın  yaxĢılaĢdığını  da  bilirdi.  “–  Mən 

yardım etdim – o dedi. – Mən sizə yardım etdim, elə deyilmi?” 

Brutus baĢını yırğaladı. 

–  Hə, lap siçanla olduğu kimi. Sən deyəndə ki, “sən ona kömək 

etdin”, Con Koffi bu sözləri tutuquĢu kimi təkrar elədi. O “mən Delin 

siçanına  kömək  etdim”  deyəndə,  sən  hər  Ģeyi  baĢa  düĢmüĢdün,  düz 

demirəmmi? Həmin vaxt, hə? 

–    Hə,  yəqin  ki,  elədir.  O  zaman  mən  onun  Makginin  sualına 

verdiyi cavabı xatırladım. Qatillər haqqındakı bütün hekayələrdə belə 

olur.  “Mənim  əlimdən  heç  nə  gəlmədi.  Mən  hər  Ģeyi  geri  qaytarmaq 

istədim, amma artıq çox gec idi”. Qucağında iki balaca ölü qız uĢağı, 

özü  də  sarıĢın  və  ağdərili  qız  uĢaqları  tutmuĢ  birisi,  özü  də  ev  qədər 

nəhəng  birisinin  dediyi  bu  sözlərin  səhv  baĢa  düĢülməsi  heç  də 

təəccüblü  deyil.  Onlar  Koffinin  dediklərini  gördükləri  dəhĢətli 

mənzərəyə  uyğun  bir  Ģəkildə  baĢa  düĢmüĢ  və  düĢünmüĢdülər  ki,  bu 

sözlər qatilin öz günahını boynuna  almasıdır. Belə fərz etmiĢdilər ki, 

Con  Koffi  keçirdiyi  qəfil  ehtiras  anında  qızları  zorlamıĢ,  sonra  da 

öldürmüĢdü, amma ağlı baĢına gələndə isə dayanmaq istəmiĢ...  

–  Amma artıq bunun üçün çox gec imiĢ, – deyə Brutus dodaqaltı 

mırıldandı.  

–    Hə.  Amma  əslində  o,  demək  istəyirmiĢ  ki,  qızları  burada 

tapıb, onlara yardım etmək istəyib, lakin bütün cəhdləri boĢa çıxıb, heç 




www.vivo-book.com 

 

415 



bir  xeyri  olmayıb.  Qızlar  ölüm  cığırında  həddən  artıq  uzağa 

gediblərmiĢ.  

–    Pol,  sən  buna  inanırsanmı?  –  deyə  Din  soruĢdu.  –  Sən 

həqiqətən, tam səmimiyyətinlə, buna inanırsan?  

Mən  öz  ürəyimə  qulaq  asdım  və  son  dəfə  imiĢ  kimi  bunu 

düĢünəndən  sonra  baĢımı  yırğalayaraq  təsdiq  etdim.  Mən  bunu, 

sadəcə,  indi  bilmirdim,  Con  Koffinin  əhvalatında  nəyinsə  düzgün 

olmadığını  lap  əvvəldən,  hələ  Persi  əli-qolu  qandallı  Con  Koffinin 

qolundan  darta-darta  bloka  daxil  olaraq  “Ölü  gəlir!”  –  deyərək  var 

gücü ilə qıĢqıranda, içimdəki duyğular da mənə söyləmiĢdi. Mən onun 

əlini  sıxmıĢdım,  yadınızdadırmı?  Əvvəllər  YaĢıl  Milə  gələn 

cinayətkarların heç birinə əl uzatmamıĢdım, amma Con Koffinin əlini 

sıxmıĢdım.  

–  Ġlahi, – deyə Din dilləndi. – Aman Allah, sənə Ģükür.  

–  YaxĢı sənin ayaqqabın bir səbəb, – deyə Harri müdaxilə etdi. 

– Bəs ikincisi nədir? 

–  Dəstə Koffini və qızları aĢkar etməzdən bir qədər əvvəl, onlar 

Trapinqus  çayının  cənub  sahili  yaxınlığında  meĢədən  açıqlığa 

çıxmıĢdılar. Orada, otları əzilmiĢ balaca bir ərazidə çoxlu qan və Kora 

Detterinkin gecə köynəyinin bir parçasını görmüĢdülər. Ġtlər orada bir 

qədər çaĢ-baĢ qalmıĢdılar, onların böyük hissəsi çayın sahili ilə cənub-

Ģərqə getmək istəsələr də, itlərin ikisi – “yenot” teryerlər çay axını ilə 

üzüyuxarı  getməyə  can  atırdılar.  Ġtlərin  yedəyi  Bob  Marçantın  əlində 



www.vivo-book.com 

 

416 



idi  və  o,  həmin  iki  itə  gecə  köynəyinin  parçasını  iylətdikdən  sonra, 

onlar da qalanlara qoĢuldular. 

–  Teryerlər izi itirmiĢdilər, elə deyilmi? – deyə Brutus soruĢdu. 

Onun  dodaqlarının  kənarlarında  qəribə  və  nədənsə  iyrənirmiĢ  kimi 

görüntü  yaradan  bir  təbəssüm  oynayırdı.  –  Onlar  izə  düĢmək  üçün 

əhliləĢdirilməyiblər,  yəqin  buna  görə  də,  öz  vəzifələrini  qarıĢıq 

salıblar.  

–  Hə. 


–  Mən heç nə baĢa düĢmədim, – Din dedi. 

–  Teryerlər təqibə baĢlayarkən Bob Marçantın onlara iynətdiyi 

Ģeyi  yaddan  çıxarmıĢdılar,  –  deyə  Brutus  dilləndi.  –  Çayın  kənarına 

çatanadək, onlar qızların deyil, qatılın izinə düĢmüĢdülər. Nə qədər ki, 

qatil ilə qızlar birlikdə idilər, heç bir problem yaĢanmırdı, lakin... 

Dinin gözləri həyəcandan parıldamağa baĢlamıĢdı. Harri isə hər 

Ģeyi çoxdan anlamıĢdı.  

–    Bu  haqda  düĢünəndə,  –  deyə  mən  dilləndim.  – 

Təəccüblənirsiniz  ki,  hami,  hətta  da  bu  cinayəti  qaradərili  adamın 

boynuna  qoymaq  istəyən  andlılar  da  necə  olub  Con  Koffinin  onların 

axtardığı  cinayətkar  olduğuna  bir  anlıq  belə  inanıblar.  Hətta  itə 

yaxınlaĢıb  onun  boynunu  qıranadək  onun  səs  çıxarmaması  üçün 

yemləmək  fikri  özü  Con  Koffinin  düĢünə  biləcəyi  bir  Ģey  deyildi. 

Məncə, o, Detteriklərin fermasına Trapinqus çayının cənub sahilindən 

daha  yaxına  gəlməmiĢdi.  Altı  ya  da  yeddi  mildən  daha  yaxına 



www.vivo-book.com 

 

417 



gəlməmiĢdi. O, sadəcə, oralarda veyillənirdi, bəlkə də dəmir yollarının 

yaxınlığına getmək və yük qatarına minib harasa getmək istəyirmiĢ, – 

çünki qatarlar estakadadan enərkən çox yavaĢ hərəkət edirlər və həmin 

vaxt  atılaraq  vaqonların  birinə  minmək  elə  də  çətin  deyil  –  və  budur 

birdən o, Ģimal tərəfdə vurnuxma səsləri eĢidir.  

 –Qatilin səs-küyünü? – deyə Brutus soruĢdu. 

– Bəli qatilin. O, artıq ola bilsin ki, qızları zorlamıĢdı ya da bəlkə 

Koffinin eĢitdiyi elə zorlama zamanı yaranmıĢ səs-küy də ola bilərdi. 

Ġstənilən  halda,  qana  bulaĢmıĢ  ərazi  caninin  öz  iĢini  bitirdiyi  yer 

olmalıydı, qızcığazların baĢlarını bir-birinə çırparaq dağıtmıĢ və onları 

orada ataraq aradan çıxmıĢdı.  

–    ġimal  istiqamətində  qaçmıĢdı.  –  Brutus  dedi.  –  Teryerlər  də 

həmin istiqamətə getməyə can atırdılar. 

–  Düz deyirsən. Con Koffi qızların tərk edildiyi həmin yerə bir 

balaca  cənub-Ģərq  istiqamətindən,  qızılağac  pöhrəliyindən  keçərək 

gəlmiĢdi. Yəqin  eĢitdiyi  səs-küy nə  olduğunu öyrənmək istəyirmiĢ  və 

orada qızların cəsədlərini tapır. Bəlkə də qızlardan biri həmin vaxt hələ 

də sağ imiĢ; ola bilsin ki, hətta onların hər ikisi də həmin an hələ sağ 

imiĢlər, amma çox qısa bir zaman üçün. Mən bir Ģeyi dəqiq bilirəm ki, 

Con Koffi qızların ölü olduğuna əmin deyilmiĢ. O, bir Ģeyə əmin idi: 

onun  əllərində  Ģəfalı  bir  qüdrət  var  və  o  bu  Ģəfalı  gücü  Kora  ilə  Keti 

Detterikə  tətbiq  etmək  istəyir.  Bu  iĢə  yaramadıqda,  Con  Koffi 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə