Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə105/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   101   102   103   104   105   106   107   108   ...   158

www.vivo-book.com 

 

418 



isterikaya qapılaraq ağlamağa baĢlayır. Onlar da Koffini məhz belə bir 

vəziyyətdə tapmıĢdılar.  

–    Bəs  nə  üçün  o,  qızları  tapdığı  yerdə  qalmamıĢdı?  –  deyə 

Brutus soruĢdu.  –  Nə üçün onları  çayın  kənarı ilə cənuba aparmıĢdı? 

Bir fikrin varmı? 

–    DüĢünürəm  ki,  əvvəlcə,  o.  elə  orada  qalıbmıĢ.  Məhkəmədə 

təkrar-təkrar  deyirdilər  ki,  orada  böyük  bir  ərazidə  otlar  tamam 

əzilmiĢdi, Con Koffi isə nəhəng bir adamdır.  

–    Con  Koffi,  onun  anasını  belə-belə,  həqiqətən,  nəhəngdir,  – 

mənim  arvadım  eĢitməsin  deyə,  Harri  səsini  az  qala  pıçıltı 

səviyyəsinədək qısaraq dedi:  

–    O,  etdiklərinin  bir  iĢə  yaramadığını  görəndə,  bəlkə  də  təlaĢa 

qapılıb.  Bəlkə  də  qatilin  hələ  də  meĢədə  olduğunu  və  onun 

hərəkətlərinə göz qoyduğunu güman edib. Özünüz də bilirsiniz ki, Con 

Koffi nəhəng bir adam olsa da, elə də cürətli sayılmaz. Yadındadırmı, 

Harri, 


Koffi 

bizdən 


gecə 

vaxtı  blokda  iĢıqları  söndürüb 

söndürmədiyimizi soruĢmuĢdu?   

– Hə, yadımdadır. O zaman onun ölçülərinə baxıb bu sualın necə 

gülməli  olduğunu  düĢünməyim  də  yadımdadır.  –  Harri  fikirli  və 

sarsılmıĢ görülürdü.  

–  Əgər o, qızları  öldürməyibsə, bəs onda kim öldürüb? – deyə 

Din soruĢdu. 

Mən baĢımı buladım.  



www.vivo-book.com 

 

419 



–  Kimsə baĢqa birisi. Bu adam hər kimdirsə, məncə, ağdərilidir. 

Ġttihamçı durmadan təkrar edirdi ki, Detteriklərin həyətindəki it kimi, 

zorba bir heyvanın boynunu qırmaq üçün böyük güc lazımdır, lakin...  

–    BoĢ  sözdür,  –  deyə  Brutus  nərildədi.  Zorba  itin  boynunu  on 

iki  yaĢlı  qız  da  qıra  bilər,  bir  Ģərtlə  ki,  iti  qəfil  yaxalasın  və  haradan 

yapıĢacağını bilsin. Əgər bunu Koffi eləməyibsə, onda bunu istənilən 

adam eləyə bilər... istənilən adam.  Biz bunun kim olduğunu  yəqin ki, 

heç vaxt öyrənə bilməyəcəyik.  

–  Əgər o adam təkrar belə bir cinayət iĢləməsə, – mən dedim. 

–  Əgər o bu cinayəti Texasda, ya da Kaliforniyada etsə belə, biz 

onun kim olduğunu öyrənə bilməzdik, – deyə Harri dilləndi. 

Brutus  arxaya  söykəndi,  yorulmuĢ  uĢaq  kimi  yumruqları  ilə 

gözlərini ovuĢdurdu və sonra yenə əllərini dizlərinin üstünə qoydu.  

–  Bu, sadəcə, bir kabusdur, – deyə o davam etdi. – Bizim bloka 

bəlkə  də  günahsız  bir  insan  salınıb  –  bəlkə  də  onun  heç  bir  günahı 

yoxdur  –  və  o,  hökmən  YaĢıl  Mildən  keçməlidir,  bunun  qarĢısını 

almaq  mümkün  deyil,  bu,  gecədən  sonra  səhərin  açılması  kimi, 

labüddür.  Bəs  biz  nə  etməliyik?  Əgər  biz  onun  Ģəfalı  barmaqları 

haqqında  danıĢsaq,  hamı  bizə  güləcək  və  heç  bir  fərqi  yoxdur, 

nəticədə, onsuzda da onu odda biĢirəcəklər.  

–    Bu  haqda  sonra  düĢünərik,  –  mən  mövzunu  dəyiĢmək  üçün 

dedim,  çünki  bu  suala  nə  cavab  verəcəyimi  bilmirdim.  Ġndi  əsas 

məsələ odur ki, biz Melinda üçün bunu edirik, ya yox. Mən bir addım 



www.vivo-book.com 

 

420 



geri  çəkilib  bir  neçə  gün  vəziyyəti  bir  qədər  götür-qoy  etməyi  təklif 

edərdim, amma düĢünürəm ki, hər keçən gün onun Melindaya kömək 

etmək iqtidarında olmayacağı riskini artırır.  

–  Yadınızdadırmı, o, əlini barmaqlıqların arasından siçana necə 

uzadırdı? – deyə Brutus soruĢdu. – “Nə qədər ki, hələ vaxt var, siçanı 

mənə verin” – o deyirdi. “Nə qədər ki, hələ vaxt var.” 

–  Hə, yadımdadır. 

Brutus bir qədər düĢündü və baĢını yırğaladı.  

–  Mən razıyam. Mən Delin baĢına gələnlərə görə də özümü çox 

pis hiss edirəm, amma hər Ģeydən çox, bilmək istəyirəm ki, görüm o, 

Melindaya  toxunanda,  nə  baĢ  verəcək.  Bəlkə  də  heç  nə  baĢ 

verməyəcək, amma bəlkə də... 

–    Mən  bu  nəhəngi  blokdan  çıxara  biləcəyimizə  belə,  Ģübhə 

edirəm,  –  deyə  Harri  söhbətə  qoĢuldu  və  sonra  dərindən  bir  ah  çəkib 

baĢını yırğaladı. – Bu kimin vecinədi ki? Mən də sizinləyəm. 

–    Mən  də,  –  Din  dedi.  –  Bəs  blokda  kim  qalacaq,  Pol?  Bəlkə 

çöp çəkək? 

–    Yox,  ser,  –  mən  dedim.  –  Heç  bir  püĢkatma  olmayacaq. 

Blokda sən qalacaqsan. 

–  Deməli, belə oldu, hə? Mənə bunu sən deyirsən? – deyə Din 

üzündə  acıqlı  və  incik  bir  ifadə  ilə  qıĢqırdı.  O,  eynəyini  çıxarıb 

ĢüĢələrini  qeyzlə  öz  köynəyinə  sürtməyə  baĢladı.  –  Bu  nə  axmaq 

fikirdir? 



www.vivo-book.com 

 

421 



–  Əla fikirdir. Sənin məktəbə gedən balaca uĢaqların var, – deyə 

Brutus  dilləndi.  –  Mənimlə  Harri  isə  hələ  subayıq.  Pol  evli  də  olsa, 

onun  uĢaqları  artıq  böyüyüblər  və  ən  azından,  öz  baĢlarına  çarə  qıla 

bilərlər.  Biz  isə  çox  təhlükəli  bir  iĢə  baĢlamağı  planlaĢdırırıq  və 

tutulacağımıza, demək olar ki,  hamımız  əminik,  – deyərək o, üzündə 

təlaĢsız bir ifadə ilə mənə baxırdı. – Sənin qeyd eləmədiyin bir Ģey var, 

Pol,  o  da  budur  ki,  tutalım,  biz  Con  Koffinin  həbsxanadan  çıxara 

bildik və onun Ģəfalı barmaqlarının Melindaya heç bir faydası olmadı, 

onda Hal Murs özü bizi içəri atdırar. – O. susaraq buna mənim cavab 

verməyimi  və  bəlkə  də  onun  dediklərini  təkzib  etməyimi  gözlədi, 

amma mən nə deyəcəyimi bilmirdim, ona görə də susmağı daha üstün 

tutdum.  Brutus  Dinə  tərəf  dönərək  davam  etdi:  –  Məni  səhv  baĢa 

düĢmə,  əgər  bu  iĢin  üstü  açılarsa,  sən  də  iĢini  itirəcəksən,  amma 

burada qalsan, həbsxanaya düĢməkdən qurtulmaq üçün, kiçik də olsa, 

Ģansın  olar.  Persi  elə  düĢünəcək  ki,  bütün  bunlar  zarafat  imiĢ,  əgər 

növbətçi  masasının  arxasında  qalmıĢ  olsan,  sən  də  bunu  belə  baĢa 

düĢdüyünü iddia edə bilərsən, biz də sənə baĢqa heç nə deməmiĢik.  

–  Bu, yenə də mənim xoĢuma gəlmir, – deyə Din etiraz etsə də, 

onun  səsindən  baĢa  düĢülürdü  ki,  istəsə  də,  istəməsə  də  vəziyyətlə 

barıĢmalı  olacağını  anlayıb.  UĢaqlar  haqqında  deyilənlər  onu 

inandırmıĢdı.  –  Hər  Ģeyi  elə  bu  gecə  eləmək  istəyirsiniz?  Buna 

əminsinizmi? 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə