Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə106/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   102   103   104   105   106   107   108   109   ...   158

www.vivo-book.com 

 

422 



–    Əgər  bir  Ģey  etmək  fikrimiz  varsa,  onu  bu  gecə  eləmək 

lazımdır,  –  Harri  dedi.  –  Hərgah  bu  haqda  düĢünməyə  vaxtım  olsa, 

bütün cürətimi itirə bilərəm.  

–  Onda qoyun lazaretə mən gedim, – deyə Din təklif etdi. – Ən 

azından, bu iĢin öhdəsindən gələ bilərəmmi? 

–  Sən istədiyin hər Ģeyi edə bilərsən, amma bir Ģərtlə ki, özünü 

ələ verməyəsən, – Brutus dedi.  

Dinin  görkəminə  baxanda,  onun  incik  olduğu  sezilirdi  və  mən 

əlimi onun çiyninə Ģappıldatdım.  

–    Növbəyə  baĢladığın  andan  etibarən  bunun  üçün  müvafiq 

məqamı gözlə... yaxĢımı? 

–  Narahat olma. 

Elə bu an mənim arvadım qapıdan baĢını uzatdı, elə bil ki, bunu 

etməsi üçün mən ona iĢarə vermiĢdim.  

–    Kim  yenə  buzlu  çay  istəyir?  –  arvadım  sevincək  bir  tərzdə 

soruĢdu. – Hə, Brutus çay istəyirsənmi? 

–    Yox,  sağ  olun,  –  deyə  o  cavab  verdi.  –  Ġndi  mən  bir  udum 

viskiyə  etiraz  etməzdim,  amma  indi  Ģəraiti  nəzərə  alsaq,  bu  heç  də 

yaxĢı fikir olmazdı.  

Cenis  mənə  baxdı;  onun  dodaqları  gülümsəsə  də,  gözlərindəki 

təlaĢ açıq-aĢkar sezilirdi. 

–    UĢaqları  yenə  hansı  iĢə  sövq  edirsən,  Pol?  –  Lakin  mən  bir 

cavab uydurmağa macal tapmamıĢ, o, əlini qaldırıb dedi: 



www.vivo-book.com 

 

423 



–  Fikir vermə, mən heç nə bilmək istəmirəm. 

 

 



 

 



Hamı  gedəndən  sonra,  mən  iĢə  getmək  üçün  əyin-baĢımı 

dəyiĢəndə, o mənim qolumdan tutaraq özünə tərəf çevirdi və diqqətlə 

düz gözlərimin içinə baxdı. 

– Melinda? – deyə o soruĢdu. 

Mən baĢımı yırğaladım. 

–    Sən  onun  üçün  nəsə  edə  bilərsən,  Pol?  Melinda  üçün 

həqiqətən nəsə edə bilərsən, yoxsa dünən gecə gördüklərinin təsiri ilə 

yaranmıĢ əlçatmaz xəyallara qapılmısan? 

Mən  Koffinin  gözləri,  onun  əlləri  və  o  məni  çağıranda,  onun 

kamerasına  hipnoz  altında  olan  kimi  daxil  olmağım  haqqında 

düĢündüm.  Mən  onun  əllərinin  ölüm  ayağında  canıyla  əlləĢən  Mister 

Cinqlzın bədəninə tərəf necə uzandığını xatırladım. “Nə qədər ki, vaxt 

var.”  –  o  demiĢdi.  Qara  mığmığa  dumanın  sonra  ağararaq  yoxa 

çıxmasını xatırladım.  

–  Məncə, biz, bəlkə də, onun son Ģansıyıq, – deyə nəhayət, mən 

dilləndim. 




www.vivo-book.com 

 

424 



–    Onda  o  Ģansdan  istifadə  edin,  –  o  mənim  yeni  payız 

gödəkcəmin  önünü  düymələyə-düymələyə  dedi.  O,  sentyabrın 

əvvəlində mənim ad günümdən bəri dolabdan asılmıĢdı və onu üçüncü 

ya da dördüncü dəfə idi ki, geyinirdim. – O, Ģansdan istifadə et.  

Arvadım məni, demək olar ki, qapıdan çölə itələdi. 

 

 



 

 



Həmin  gecə  –  bir  çox  mənalarda  həyatımın  ən  qəribə  gecəsi  – 

mən iĢə saat yeddiyə iyirmi dəqiqə iĢləmiĢ çatdım. Mənə elə gəlirdi ki, 

hələ  də  yanmıĢ  ətin  zəif  iyini  havada  hiss  edə  bilirdim.  Yəqin  bu, 

yalnız  mənə  elə  gəlirdi,  çünki  həm  blokun,  həm  də  anbar  otağının 

bayıra çıxan qapıları, demək olar ki, bütün günü açıq saxlanılmıĢdı və 

bizdən  əvvəlki  iki  növbə  ərzində  həmin  otaq  tər-təmiz  yuyularaq 

təmizlənmiĢdi,  amma  bütün  bu  sadaladıqlarım  burnumun  mənə 

dediklərini  dəyiĢdirə  bilmirdi.  QarĢıda  məni  gözləyən  gecədən 

ölümünə  qorxmasaydım  belə,  nəsə  bir  Ģey  yeyə  biləcəyimi 

düĢünmürdüm.  

Brutus iĢə saat yeddiyə on beĢ dəqiqə qalmıĢ gəlib çıxdı, Din isə 

on  dəqiqə  qalmıĢ.  Mən  Dindən  soruĢdum  ki,  lazaretə  gedib  mənim 

belim üçün qızdırıcı plastır gətirə bilərmi, çünki Delakruanın cəsədini 



www.vivo-book.com 

 

425 



tunelə  düĢürəndən  sonra  bütün  günü  belim  bərk  ağrıyırdı.  Din 

sevincək  razılaĢdı.  Məncə,  o,  lazaretə  gedərkən  mənə  göz  də  vurmaq 

istədi? amma özünü saxladı. 

Harri saat yeddiyə üç dəqiqə qalmıĢ gəlib çıxdı.  

–  Yük maĢınını gətirdinmi – deyə mən ondan soruĢdum. 

–  Hə, danıĢdığımız yerdədir. 

Hələlik  hər  Ģey  qaydasında  gedirdi.  Sonra  bir  müddət  növbətçi 

masasının  yanında  dayanıb  qəhvə  içə-içə  hamının  ümid  etdiyi  və 

düĢündüyü  Ģey  haqqında  söhbət  etməkdən  cidd-cəhdlə  yayınmağa 

çalıĢırdıq:  Persi  iĢə  gecikirdi  və  bəlkə  də  heç  gəlməyəcəkdi.  Onun 

edam  prosesini  necə  idarə  etdiyi  haqqında  söylənən  rəyləri  nəzərə 

alsaq, bu heç də qeyri-mümkün bir Ģey kimi görünmürdü.  

Amma  Persi,  deyəsən,  “səni  belindən  yerə  atanın  belinə  dərhal 

yenidən  minməlisən”  deyilən  məĢhur  prinsipə  əməl  etmək  fikrində 

imiĢ,  çünki  o,  əyninə  əla  oturan  mavi  uniforması  –  bir  yanında  tabel 

silahı, o biri yanında isə içində ağac dəyəniyi olan əldəqayırma gülünc 

qoburu – ilə düz səkkizə altı dəqiqə iĢləmiĢ qapıdan içəri daxil oldu. O 

öz  tabel  uçot  kartını  komposterdə  dəldi  və  sonra  ehtiyatla  ətrafına 

baxaraq  bizləri  (Dindən  baĢqa  hamımızı,  o,  hələ  lazaretdən  geri 

qayıtmamıĢdı) süzdü.  

–  Avtomobilimin starteri xarab olmuĢdu, – o dedi. – Ona görə 

də əyri dəmir dəstəyini fırlatmalı oldum.  

–  Ah, ah, – Harri dedi, – zavallı körpə. 



www.vivo-book.com 

 

426 



–  Evdə qalıb lənətə gəlmiĢ xarab Ģeyi təmir elətdirmək lazım idi, 

– Brutus yumĢaq bir tərzdə dedi. Biz sənin ağır iĢlə öz qolunu yormanı 

heç istəməzdik, elə deyilmi, uĢaqlar? 

–  Bu  sizin  lap ürəyinizdən olardı,  düz söyləmirəmmi?  – deyə 

Persi istehza ilə gülümsədi. Amma mənə elə gəldi ki, Brutusun onunla 

belə  mülayim  rəftar  etməsi,  deyəsən,  onu  bir  qədər  sakitləĢdirmiĢdi. 

Bu  yaxĢı  idi.  Çünki  hələ  bir  neçə  saat  onunla  necəsə  ünsiyyətdə 

olmalıydıq  –  nə  həddən  artıq  düĢməncəsinə,  nə  də  həddən  artıq 

dostcasına. Keçən gecə baĢ verənlərdən sonra, dostcasına münasibətə 

bənzər  hər  Ģey  onda  Ģübhə  oyadacaqdı.  Biz  onun  sayıqlılığını 

tamamilə kütləĢdirə bilməyəcəyimizi yaxĢı baĢa düĢürdük, amma mən 

düĢünürdüm ki, əgər biz hər Ģeyi lazım olduğu kimi edə bilsəydik, onu 

gözləmədiyi an, qəfildən yaxalaya bilərdik. Ən vacibi, həmin an bizim 

çox çevik hərəkət etməmiz idi, lakin bu zaman heç kimin, hətta Persi 

Uetmorun  belə  xəsarət  almaması  da  eyni  dərəcədə  vacib  idi,  ən 

azından mənim üçün.  

Din geri qayıtdı və baĢı ilə mənə yüngülcə iĢarə elədi.  

–    Persi,  –  mən  dedim,  –  sən  gərək  gedib  anbar  otağının 

döĢəməsini  yaxĢıca  yuyub  təmizləyəsən.  Həmçinin  tunelə  enən 

pilləkənləri də. Sonra isə keçən gecə haqqında öz hesabatını yazarsan. 

–    Çox  yaradıcı  bir  iĢ  olacaq,  –  deyə  Brutus  barmaqlarını  bel 

qayıĢına keçirərək və baĢını qaldırıb tavana baxaraq qeyd etdi.  




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə