www.vivo-book.com
455
– Haradan bildiyimi bilmirəm, – deyə Brutusa cavab verdi. –
Düzünü desəm, boss, mən çox Ģeyi bilmirəm və heç vaxt da
bilməmiĢəm.
6
Mən bilirdim ki, kabinetimlə anbar otağına enən pilləkənlərin
arasındakı qapını qoyanda, Koffi kimi nəhəng insanlar nəzərə
alınmamıĢdı, amma qapının önünə gəlib çatmayınca və nə edəcəyimizi
düĢünərək fikirli-fikirli ona baxmayınca, həmin uyğunsuzluğun bu
dərəcədə olduğunu heç təsəvvür belə etməmiĢdim.
Harri güldü, amma Koffi, deyəsən, nəhəng bir insanın balaca bir
qapının önündə dayanmasından gülməli heç nə görməmiĢdi. Əlbəttə,
bu vəziyyət ona gülməli gəlməmiĢdi, hətta o, indi olduğundan bir
balaca daha ağıllı olsaydı belə, yəqin ki, bu ona gülməli gəlməzdi.
Çünki o öz həyatının böyük bir hissəsində bədəncə nəhəng olub və
belə Ģeylərə öyrəĢib və bu qapı isə baĢqalarından, sadəcə, bir qədər
daha balaca idi.
O, yerə çökdü, oturmuĢ vəziyyətdə sürünərək qapıdan keçdi və
sonra yenə ayağa qalxıb pilləkənlərdən aĢağı enərək Brutusun onu
www.vivo-book.com
456
gözlədiyi yerə getdi. Ora çatanda, Koffi dayanıb bütün otağa və
platformaya nəzər saldı. Old Sparki platformanın ortasında vəfat etmiĢ
kralın qəsrindəki taxt kimi sakitcə və müdhiĢ bir görkəmlə dayanıb
intizarla nəsə gözləyirdi. Kral tacından daha çox təlxək papağını
xatırladan dəbilqə Stulun söykənəcəyinin bir tərəfindən çəpəki
asılmıĢdı və əgər təlxək öz zarafatlarını etmək üçün bu dəbilqəni
baĢına geyinsəydi, ya da əlində silkələsəydi, onun əsilzadə
tamaĢaçıları daha çox gülərdilər. Stulun uzanmıĢ və hörümçəyə bənzər
kölgəsi təhdidedici bir tərzdə divarların birinə dırmaĢırdı. Bəli, mənə
elə gəldi ki, mən bu otaqda hələ də yanmıĢ ət iyini hiss edirdim. Qoxu
zəif olsa da, mən düĢündüm ki, bu yalnız mənim təxəyyülümün
məhsulu deyil.
Harri əyilərək qapıdan keçdi, mən də onun arxasınca. Koffinin
necə yerində donaraq və gözlərini bərəldərək Old Sparkiyə baxdığını
görəndə, mən bundan narahat oldum. Ona bir qədər yaxınlaĢıb
qollarının dərisinin biz-biz olduğunu görəndə isə bu narahatlığım bir
az da artdı.
– Gəl gedək, dostum, – deyə mən Koffinin qolundan tutaraq onu
tunelə açılan qapıya tərəf dartdım. Əvvəlcə, o, yerindən tərpənmədi və
mənə elə gəldi ki, elə bil mən yalın əllərimlə torpaqdan iri bir qaya
parçası çıxarmağa çalıĢıram.
– Hə, Con, di tərpən, əgər araba və atların yenidən qabağa
dönməsini istəmirsənsə, biz artıq getməliyik, – Harri dilləndi və yenə
www.vivo-book.com
457
əsəbi bir tərzdə güldü. O, Conun o biri əlindən tutub dartdı, amma Con
yenə yerindən tərpənmədi. Həmin an o, alçaq və yuxulu bir səslə nəsə
pıçıldadı. O bu sözləri nə mənə, nə də yanımdakı uĢaqlara deyirdi,
amma onun dediklərini heç vaxt unutmayacağam:
– Onlar hələ də buradadırlar. Onların bir hissəsi hələ də
buradadır. Mən onların fəryadlarını eĢidirəm.
Harrinin əsəbi gülüĢü susdu, sadəcə, onun dodaqlarında, tərk
edilmiĢ evin əyri pəncərə qapaqları kimi, donmuĢ təbəssüm qaldı.
Brutus üzündə dəhĢət ifadəsi ilə mənə baxdı və Con Koffidən kənara
çəkildi. BeĢ dəqiqədən də az bir zaman ərzində, ikinci dəfə mənə elə
gəldi ki, bizim bu təĢəbbüsümüz çökmək üzrədir. Bu dəfə vəziyyəti
xilas edən mən oldum, lakin bir qədər sonra fəlakət baĢımızın üstünü
üçüncü dəfə alanda, vəziyyəti xilas edən Harri olacaqdı. Həmin gecə
bunu etmək üçün hamımızın əlinə fürsət düĢdü, inanın mənə.
Mən Con Koffi ilə elektrik stulunun arasına girdim və stulu onun
görməsini əngəlləmək üçün pəncələrimin üstünə qalxdım. Sonra isə
onun gözlərinin önündə iki dəfə sərt çırtma çaldım.
– Hə, tərpən, – deyə mən dilləndim. – Addımla! Sən demiĢdin
ki, səni zəncirləməyimizə ehtiyac yoxdur, elə isə indi bunu sübut elə!
Addımla, dostum! Addımla, Con Koffi! Bu qapıya!
Onun gözləri aydınlaĢdı.
– Bəli, boss.
Allaha Ģükürlər olsun ki, o, yenə hərəkət etməyə baĢladı.
www.vivo-book.com
458
– O qapıya bax, Con Koffi, sadəcə o qapıya, baĢqa heç yana
baxma.
– Con Koffinin gözləri itaətkarcasına qapıya zilləndi.
– Brutus, – deyə mən barmağımla iĢarə etdim.
O, lazım olan açarı tapmaq üçün açar bağlamasını kəmərindən
çıxarıb bizi arxada qoyaraq irəli getdi. Con Koffi gözlərini tunelə
açılan qapıdan, mən isə öz gözlərimi ondan çəkmirdim. Lakin
gözümün kənarı ilə Harrinin Old Sparkiyə necə təlaĢla baxdığını görə
bilirdim, elə bil onu həyatında ilk dəfə görürdü.
“Onların bir hissəsi hələ də buradadır... Mən onların fəryadlarını
eĢidirəm.”
Əgər bu doğrudursa, onda Delakrua hamıdan çox və bərk
qıĢqırmalıdır və mən Con Koffinin eĢitdiklərini eĢidə bilmədiyimə
görə sevindim.
Brutus qapını açdı və biz hamımız Con Koffinin arxasınca aĢağı
endik. AĢağıda o, tutqun baxıĢlarla alçaq tağlı kərpic tavanı olan tunelə
baxdı. Tunelin o biri baĢına çatana qədər onun belində ağrılar əmələ
gələcəkdi, əgər...
Mən arabanı yaxına çəkdim. Delakruanı üstünə uzatdığımız
mələfəni götürmüĢdülər (yəqin onu yandırmıĢdılar), ona görə də
arabanın içinə döĢənmiĢ qara dəri balıĢlar görünürdü.
Dostları ilə paylaş: |