Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə110/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   106   107   108   109   110   111   112   113   ...   158

www.vivo-book.com 

 

439 



baxdığını görəndə, onun əlindəki kitabın “Sədum və Qomorranın son 

günləri” olduğunu düĢünmək olardı.  

–    Hə,  yenə  nə  olub?  –  deyə  o,  kitabı  tələm-tələsik  örtərək 

soruĢdu. – Sizə nə lazımdır? 

–    Səninlə  danıĢmalıyıq,  Persi,  –  deyə  mən  cavab  verdim,  – 

vəssalam. 

Amma bizim üzlərimizdəki ifadədən o, baĢa düĢmüĢdü ki, bizim 

gəliĢimiz  yalnız  söhbət  ilə  bitən  deyil.  Ona  gərə  də,  güllə  kimi 

yerindən  sıçrayıb  –  az  qala  qaça-qaça  –  anbar  otağının  qapısına  tərəf 

götürüldü. O, elə düĢünmüĢdü ki, biz, ən azından, onu danlamaq, bəlkə 

də onu yaxĢıca əziĢdirmək üçün gəlmiĢik.  

Harri  əllərini  sinəsində  çarpazlayıb  qapının  ağzında  dayanaraq 

onun yolunu kəsdi.  

–    Hey,  bura  bax!  –  deyərək  Persi  təlaĢla  mənə  tərəf  çevrildi, 

amma təlaĢlandığını bizə göstərməməyə çalıĢırdı. – Bu nə deməkdir? 

–  Artıq suallar vermə, Persi, – deyə mən cavab verdim. Mən elə 

düĢünmüĢdüm  ki,  əgər  biz  bu  dəli  hoqqabazlığa  giriĢmiĢiksə,  mən 

özümü  itirməyəcəyəm,  amma  nəsə  iĢlər  mənim  istədiyim  kimi 

getmirdi. Mən bunu etdiyimə inana bilmirdim, elə bil yuxuda idim və 

kabus  görürdüm.  Mən  ümid  edirdim  ki,  elə  indicə  arvadım  məni 

oyadacaq  və  yuxuda  inildədiyimi  deyəcəkdi.  –  YaxĢısı  budur 

müqavimət göstərməyəsən, bu, hamımız üçün rahat olar.  




www.vivo-book.com 

 

440 



–  Bəs Hovellin arxasında gizlətdiyi nədir? – deyə Persi xırıltılı 

bir səslə soruĢdu və Brutusu daha yaxĢı görmək üçün ona tərəf döndü.  

–    Heç  nə,  –  deyə  Brutus  cavab  verdi.  –  Hə,  məncə  bu...  – 

deyərək  Brutus  arxasında  gizlətdiyi  dəli  köynəyini  cəld  çəkərək 

çıxardı  və  öz  ombasının  yanında  silkələdi,  lap  matadorun  öküzü 

qızıĢdırmaq üçün etdiyi kimi.  

Bunu görəndə, Persinin gözləri bərəldi və yerindən götürüldü. O 

bizdən  qaçmaq  istəyirdi,  amma  Harri  onun  çiyinlərindən  tutaraq 

saxladı  və  Persinin  bu  cəhdi,  sadəcə,  irəli  Ģığımadan  baĢqa  bir  Ģey 

olmadı.  

–  Buraxın məni! – Persi qıĢqıraraq Harrinin əllərindən çıxmağa 

çalıĢdı, amma bir Ģey alınmadı. Çünki Harri ən azı 45 kiloqram ondan 

ağır  olardı  və  onun  əzələləri,  bütün  boĢ  vaxtlarında  yer  Ģumlayan  və 

odun  yaran  insanın  əzələləri  kimi  möhkəm  idi,  lakin  Persinin  sərf 

etdiyi qüvvə onu otağın  yarısınadək sürükləməyə, döĢəməyə salınmıĢ 

və  çoxdandı  dəyiĢmək  istədiyim  xoĢagəlməz  xalını  əməlli-baĢlı 

əzməyə yetdi. Bir anlıq hətta mənə elə gəldi ki, Persi bir əlini azad edə 

biləcək, çünki qorxu insana güc verir.  

–  Özünü ələ al, Persi, – mən dedim. 

–  Hər Ģey daha asan olacaq, əgər... 

–  Bəsdi  məni  sakitləĢdirməyə  çalıĢdın,  cahil  avam,  –  deyə 

Persi hayqırdı və əllərini azad etmək üçün çiyinlərini dartıĢdırdı. – 

Məni rahat buraxın! Hamınız! Əl çəkin məndən! Mən elə adamlar 



www.vivo-book.com 

 

441 



tanıyıram  ki!  Böyük  adamlar!  Əgər  siz  bu  axmaqlığa  son 

qoymasanız,  hamınız  Cənubi  Karolinaya  qədər  gedib  orada  bir 

boĢqab Ģorba üçün növbələrdə çürüməli olacaqsınız! 

O, yenə bütün bədəni ilə irəli Ģığıdı və ombasını mənim masama 

çırpdı.  Onun  bayaq  oxuduğu  “Xəstəxanalarda  ruhi  xəstələrə  qayğı” 

kitabı  havaya  sıçradı  və  onun  altında  gizlədilmiĢ  balaca  kitabça  üzə 

çıxdı.  Siz  mənim  kabinetimə  daxil  olanda,  Persinin  belə  narahat  və 

günahkar bir  görkəm  alması  təəccüblü  deyildi.  Əlbəttə o, “Sədum  və 

Qomorranın  son  günləri”  kitabı  deyildi,  lakin  biz  o  kitabı  öz 

ehtiraslarını  boğa  bilməyən  və  eyni  zamanda  belə  bir  münasibəti  öz 

yaxĢı  davranıĢları  ilə  qazanmıĢ  məhbuslara  verirdik.  Məncə,  mən  bu 

haqda artıq demiĢdim. Bu, içində komikslər olan balaca bir kitabça idi. 

Həmin  kitabçada  Oliv  Oyl  hamı  ilə  yatır,  bircə  Körpə  Svit  Pedən 

baĢqa.  


Persini  mənim  kabinetimdə  oturub  belə  mənasız  bir  porno 

kitabını  oxumasından  mən  kədərləndim.  Persinin  gərginliklə  dartınan 

çiynindən görə bildiyim qədər Harri də ona nifrətlə baxırdı. Brutus isə 

gülməkdən uğunurdu və bu da Persinin müqavimət göstərmək istəyini 

bir neçə anlıq soyudaraq onu karıxdırmıĢdı.  

–    Ay  səni,  Persi,  –  deyə  o  dilləndi.  –  Anan  buna  nə  deyəcək? 

Bəs qubernator sənin bu hərəkətini biləndə nə deyəcək? 

Persinin üzü tünd-qırmızı rəngə boyandı. 

–  Yum ağzını. Və mənim anamı bu iĢə qatma! 



www.vivo-book.com 

 

442 



Brutus  əlindəki  dəli  köynəyini  mənə  atdı  və  Persiyə  yaxınlaĢıb 

üzünü düz onun üzünə dirədi. 

–  Əlbəttə. Sadəcə, yaxĢı oğlan ol və əllərini irəli uzat. 

Persini  dodaqları  əsir,  gözləri  isə  yaĢla  dolduğundan  çox 

parıldayırdı. Mənə elə gəldi ki, o, elə indicə ağlamağa baĢlayacaq.  

–  Uzatmayacağam, – Persi balaca uĢaq kimi titrəyən səslə dedi, 

–  və  siz  məni  buna  məcbur  edə  bilməzsiniz.  –  Sonra  o,  bərkdən 

qıĢqıraraq  kömək  çağırmağa  baĢladı.  Harri  ilə  mən  onun  qəfildən 

qıĢqırmasını  eĢidəndə,  səksəndik.  Əgər  həmin  gecə  bizim  bütün 

planlarımızdan  əl  çəkməyə  yaxın  olduğumuz  an  olmuĢdusa,  bu  elə 

həmin  an  idi.  Biz  hamımız  bu  iĢdən  vaz  keçə  bilərdik,  amma  Brutus 

belə düĢünmürdü. O, bir an belə tərəddüd etmədi. O, Persinin arxasına 

keçərək hələ də Persinin  qollarının arxaya buraraq saxlayan Harri  ilə 

çiyin-çiyinə  dayandı.  Brutus  əllərini  qaldırıb  Persinin  qulaqlarından 

yapıĢdı.  

–    Bəsdi  anqırdın,  –  Brutus  dedi,  –  əgər  qulağının  dibinə 

dünyada ən unikal qoĢa Ģapalaq almaq istəmirsənsə, səsini kəs. 

Persi yardım üçün qıĢqırmağını kəsdi və baĢını aĢağı dikib əsə-

əsə  mənim  eĢitdiyim,  amma  heç  vaxt  sınaqdan  çıxarmadığım  pozada 

Oliv  ilə  Popayın  əylənməsi  təsvir  edilən  komikslər  kitabçasının  üz 

qabığına  baxaraq  sakitcə  dayandı.  Olivin  baĢının  üstündə  çəkilmiĢ 

çevrənin  içində  –  “Oxx-ayyy  Papay!”  –  sözləri,  Papayın  baĢının 

üstündə çəkilmiĢ çevrənin içində isə “hah-hah-hah-hah!” – yazılmıĢdı. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə