Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə111/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   107   108   109   110   111   112   113   114   ...   158

www.vivo-book.com 

 

443 



O  bu  iĢlə  məĢğul  olarkən  öz  qəlyanından  qullablar  almağa  da  macal 

tapırdı.  

–  Əllərini irəli uzat, – deyə Brutus əmr etdi. – Axmaqlıq etdiyin 

daha bəsdi. Sənə deyiləni yerinə yetir, dərhal. 

–    Uzatmayacağam,  –  deyə  Persi  təslim  olmaq  istəmirdi,  – 

uzatmayacağam və siz məni buna məcbur edə bilməzsiniz.  

–  Sən çox böyük bir səhvə yol verirsən, – Brutus dedi, sonra da 

Persini qulaqlarını sıxdı və sənin istədiyin kimi yemək biĢirməyən qaz 

sobasının  dəstəklərini  fırladırmıĢ  kimi  burmağa  baĢladı.  Ağrı  və 

təəccübündən  Persi  bərkdən  qıĢqırdı,  mən  onun  bu  qıĢqırığını 

eĢitməmək  üçün  çox  Ģeyimi  qurban  verərdim.  Onun  bu  fəryadında 

yalnız  ağrı  və  təəccüb  yox  idi,  həm  də  vəziyyəti  düzgün  baĢa 

düĢüdüyü hiss edilirdi. Öz həyatında Persi ilk dəfə baĢa düĢürdü ki, pis 

Ģeylər  yalnız  qubernatorla  qohum  olmaq  kimi  xoĢbəxtliyin  nəsib 

olmadığı  baĢqa  adamların  baĢına  gəlmir.  Mən  Brutusa  dayanmasını 

demək  istəyirdim,  amma  əlbəttə  ki,  mən  bunu  söyləyə  bilməzdim. 

Bunu etmək üçün artıq çox gec idi, çünki iĢ iĢdən keçmiĢdi. Yalnız bir 

Ģeylə  təskinlik  tapdım  ki,  Delakrua,  sadəcə,  ona  gülmüĢdü  deyə, 

Persinin  onu  bircə  Allaha  məlum  olan  əzablardan  keçirdiyini  yadıma 

saldım.  Amma bunu xatırlamaq mənə  o qədər də təskinlik gətirmədi, 

bəlkə də ona görə ki, mənim xislətim Persininkindən çox fərqli idi.  

–    Əllərini  mənə  tərəf  uzat,  əzizim,  –  Brutus  dedi,  –  yoxsa 

qulaqlarını bir də burmalı olacağam. 



www.vivo-book.com 

 

444 



Harri  artıq  cavan  mister  Uetmorun  əllərini  buraxmıĢdı. 

Yanaqlarında  göz  yaĢaları  axan  və  balaca  uĢaq  kimi  içini  çəkərək 

ağlayan  Persi  komediya  filmlərində  yuxuda  gəzən  adamlar  kimi 

əllərini önünə uzatdı. Mən bir göz qırpımında dəli köynəyinin qolarını 

onun  əllərinə  keçirdim.  Mən  dəli  köynəyini  Persinin  əyninə  tam 

keçirməyə  macal  tapmamıĢ,  Brutus  onun  qulaqlarını  buraxıb  dəli 

köynəyinin  qollarından  asılmıĢ  qayıĢlardan  yapıĢdı.  O,  Persinin 

qollarını çarpaz Ģəkildə dala çəkərək elə sıxdı ki, indi Persinin qolları 

sinəsinə  sıxılmıĢdı  və  elə  görünürdü,  elə  bil  öz-özünü  bərk-bərk 

qucaqlayır. Bu arada, Harri köynəyin arxasındakı qaytanları və çarpaz 

qayıĢları bağladı. Persi bizə təslim olandan sonra, bütün bu əməliyyat 

on saniyədən az çəkdi.  

–  Hə, dostum, bax belə, – Brutus dedi. – Ġndi isə irəli marĢ. 

Lakin  Persi  yerindən  tərpənmədi.  O,  əvvəlcə,  Brutusa  baxdı, 

sonra isə göz yaĢları ilə dolmuĢ gözlərini həyəcanla mənə tərəf çevirdi. 

Ġndi  o,  nə  öz  əlaqələrindən  danıĢır,  nə  də  müftə  qida  dalınca  Cənubi 

Karolinaya  gedəcəyimiz  ilə  bağlı  bayaq  bizə  etdiyi  təhdidləri  yada 

salırdı. Ġndi o, belə fikirlərdən çox uzaq görünürdü.  

–  XahiĢ edirəm, – deyə o kövrək və xırıltılı bir səslə pıçıldadı, – 

məni onun yanına salmayın, Pol. 

Yalnız  o  an  Persinin  nə  üçün  təlaĢa  qapıldığını  və  bizimlə  nə 

üçün  belə  qızğınlıqla  müqavimət  göstərməsinin  səbəbi  mənə  aydın 

oldu.  O,  fikirləĢirdi  ki,  biz  onu  Billi  Uortonun  yanına  salmaq 



www.vivo-book.com 

 

445 



fikrindəyik və elə güman edirdi ki, onun süngəri islatmamasının cəzası 

psixopat  məhbusla  quru  anal  seks  olacaqdı.  Onun  nə  üçün 

təlaĢlandığının  səbəbini  baĢa  düĢəndə,  Persiyə  acımaq  əvəzinə,  ona 

qarĢı nifrət hiss etdim və düzgün qərar qəbul etdiyimə bir daha əmin 

oldum. Deməli, o bizi öz arĢını ilə ölçürmüĢ. Deməli, bizim yerimizdə 

olsaydı, o, məhz belə bir vasitəyə əl atardı.  

–  Yox, Persi, səni  Uortonun  yanına salmaq fikrimiz  yoxdur,  – 

deyə  mən  onu  sakitləĢdirməyə  çalıĢdım.  –  Səni  karser  kamerasına 

salmağı  planlaĢdırmıĢıq,  Persi.  Sən  orada  təkbaĢına  və  zülmət 

qaranlıqda təxminən üç-dörd saat keçirməli olacaqsan və Delin baĢına 

nə oyun açdığını düĢünməyə də kifayət qədər vaxtın olacaq. Ġnsanların 

özünü necə aparmalı olduqları haqqında sənin yeni Ģeylər öyrənməyin 

üçün  bəlkə  də  çox  gecikmiĢik,  ən  azından  Brutus  belə  hesab  edir, 

amma mən optimistəm. Ġndi isə tərpən. 

O  öz-özünə  danıĢırmıĢ  kimi  burnunun  altında  bizim  buna  görə 

peĢman  olacağımız,  çox  peĢman  olacağımız,  gözləyin  və  görərsiniz 

kimi  tam  anlaĢılmayan  Ģeylər  donquldana-donquldana  addımladı, 

amma ümumiyyətlə, o, sakitləĢmiĢ və rahatlaĢmıĢ görünürdü.  

Biz  Persini  otaqdan  dəhlizə  çıxaranda,  Din  gözlərini  bərəldib 

heyrət  və  təəccüblə  bizə  elə  baxdı  ki,  əgər  iĢimiz  bu  qədər  ciddi 

olmasaydı, mən onun bu hərəkətinə ürəkdən  gülərdim. Bundan  yaxĢı 

aktyor oyununu mən ucqar Qreyncrevyuda görmüĢdüm. 




www.vivo-book.com 

 

446 



–  Bura baxın, sizə elə gəlmirmi ki, sizin bu zarafatınız bir qədər 

həddi aĢıb? – deyə Din soruĢdu.  

–    Əgər  nəyin  sənin  xeyrinə,  nəyin  isə  ziyanına  olduğunu  baĢa 

düĢürsənsə, səsini kəs, – Brutus nərildədi. Bu sözləri biz nahar zamanı 

düĢünərək məĢq eləmiĢdik və onlar mənim üçün elə məĢq elədiyimiz 

ssenarinin  bir  hissəsi  kimi  də  səsləndi,  amma  Persi  kifayət  qədər 

qorxmuĢdusa  və  özünü  itirmiĢdisə,  bu  sözlər,  çətin  bir  vəziyyət 

yarandığı halda, Din Stantona iĢ yerini qorumaqda kömək edə bilərdi. 

Mən  özüm,  əslində,  belə  düĢünmürdüm,  amma  həyatda  hər  Ģey  olur. 

Hər  dəfə  mənim  içimə  Ģübhələr  dolduqda,  mən  Con  Koffi  və 

Delakruanın siçanı haqqında düĢünürdüm.  

Biz Persini  arxadan itələyə-itələyə  YaĢıl Mil  ilə  aparırdıq,  o isə 

hər dəfə arxadan dümsük yeyəndə, onun ayaqları büdrəyir və üzü üstə 

döĢəməyə  yıxılacağını  qıĢqıraraq  söyləyir  və  bizdən  bir  az  yavaĢ 

hərəkət  etməyimizi  xahiĢ  edirdi.  Uorton  öz  çarpayısında  uzanmıĢdı, 

amma  onun  yatmıĢ,  ya  da  oyaq  olduğunu  görməyə  macal  tapmadım, 

çünki biz onun kamerasının yanından çox sürətlə keçdik. Con Koffi öz 

kamerasının qapısının yanında dayanıb bizə baxırdı.  

–    Sən  pis  adamsan  və  o  qaranlıq  otağa  salınmağa  layiqsən,  – 

Con Koffi dedi, amma düĢünmürəm ki, Persi onun dediklərini eĢitdi.  

Biz karser kamerasına daxil olanda, Persinin yanaqları qızarmıĢ 

və göz yaĢaları ilə islanmıĢdı, onun gözləri sürətlə ora-bura fırlanır, az 

qalırdı  hədəqəsindən  çıxsın,  onun  həmiĢə  əzizlənən  saçları  isə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə