Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə112/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   108   109   110   111   112   113   114   115   ...   158

www.vivo-book.com 

 

447 



qarıĢaraq  alnına  tökülmüĢdü.  Harri  bir  əli  ilə  Persinin  tapançasını,  o 

biri əli ilə isə onun sevimli ağac dəyənəyini çıxartdı.  

–  Narahat olma, bunları geri alacaqsan, – Harri dedi. Bir balaca 

pərt olduğu onun səsindən hiss olunurdu. 

–    Əfsuslar  olsun  ki,  eyni  Ģeyi  mən  sənin  iĢin  barəsində  deyə 

bilmərəm, – deyə Persi qəzəblə cavab verdi. – Bu hamınıza aiddir. Siz 

mənimlə belə rəftar edə bilməzsiniz! Bu sizə çox baha baĢa gələcək! 

O,  hələ  bir  müddət  qıĢqıraraq  öz  təhdidlərini  davam  etdirməyə 

hazır olsa da, bizim onun moizələrini dinləməyə vaxtımız qalmamıĢdı. 

Mənim  cibimdə  bu  gün  insanların  istifadə  elədiyi  yapıĢqanlı  lentin 

otuzuncu illərdəki babası olan bir rulon izolyasiya lenti  vardı. Mənim 

əlimdə  rulonu  görəndə  Persi  geri  dartınmağa  baĢladı.  Bunu  görən 

Brutus onu arxadan tutdu və mən lenti onun ağzına yapıĢdırana qədər 

saxladı.  Tam  əminlik  üçün  mən  rulonu,  demək  olar  ki,  onun  baĢının 

arxasınadək  doladım.  Lenti  qoparanda,  təbii  ki,  onun  baĢından  bir 

cəngə  saç  qopacaq  və  dodaqları  bir  qədər  çatlayacaqdı,  lakin  bütün 

bunlar  artıq  mənim  vecimə  deyildi.  Mən  Persinin  əlindən  zara 

gəlmiĢdim, zəncir çeynəyirdim.  

Biz  onu  buraxıb  geri  çəkildik.  O,  əynində  dəli  köynəyi  otağın 

ortasında,  metal  torun  içinə  salınmıĢ  lampanın  altında  dayanıb 

geniĢlənən  burun  pərələrindən  fıĢıltı  ilə  nəfəs  alır  və  ağzına 

yapıĢdırılmıĢ  lentin  altından  inək  movuldamasına  bənzər  boğuq 




www.vivo-book.com 

 

448 



“mmfffff!  mmfffff!”  səslər  çıxarırdı.  Ümumiyyətlə  isə  o  bizim  bu 

otağa saldığımız məhbuslardan heç nə ilə fərqlənmirdi.  

–    Nə  qədər  özünü  sakit  aparsan,  bir  o  qədər  buradan  tez 

çıxacaqsan, – mən dedim. – Bunu yadında saxlamağa çalıĢ, Persi. 

–    Əgər  tək  qalıb  darıxsan,  Oliv  Oyl  haqqından  düĢün,  –  deyə 

Harri məsləhət verdi. – Həh-həh-həh-həh. 

Sonra biz otaqdan çıxdıq. Mən qapını örtdüm, Brutus isə hər iki 

kilidi  qıfılladı.  Din  YaĢıl  Milin  yuxarı  baĢında,  düz  Con  Koffinin 

kamerasının  yanında  dayanmıĢdı.  O,  artıq  master  açarı  yuxarı  kilidə 

salmıĢdı.  Dördümüzdə  bir  söz  demədən  səssizcə  bir-birimizə  baxdıq. 

Sözlərə ehtiyac qalmamıĢdı. Dəzgah iĢə düĢmüĢdü və bizə yalnız hər 

Ģeyin  qaydasında,  bizim  düĢündüyümüz  və  planlaĢdırdığımız  kimi 

gedəcəyinə ümid etmək qalırdı.  

–    Sən  hələ  də  bu  səfərə  çıxmaq  istəyirsənmi,  Con?  –  deyə 

Brutus soruĢdu.  

–  Bəli, ser, – deyə Koffi cavab verdi. – DüĢünürəm ki, hə. 

–  YaxĢı, – deyərək Din birinci kilidi açdı və açarı çıxarıb ikinci 

kilidə saldı. 

–  Bizim səni zəncirlə bağlamamıza ehtiyac varmı, Con? – deyə 

mən soruĢdum. 

Koffi mənim sualımı bir neçə saniyə düĢünməli oldu. 

–    Əgər  istəyirsinizsə,  bağlaya  bilərsiniz,  –  deyə  nəhayət,  o 

dilləndi. – Amma buna ehtiyac yoxdur. 



www.vivo-book.com 

 

449 



Mən  Brutusa  baĢımla  qapını  açmasını  iĢarə  etdim  və  sonra 

Harriyə  tərəf  döndüm.  Koffi  kameradan  çıxanda,  Harri  Persinin  45 

çaplı tapançasını, demək olar ki, Koffiyə tuĢlamıĢdı.  

–  Onu Dinə ver, – mən dedim. 

Harri  yuxudan  yenicə  ayılmıĢ  adam  kimi  əlində  Persinin 

tapançasını  və  dəyənəyini  görüb  silkindi  və  onları  Dinə  verdi.  Bu 

arada,  Con  Koffi  artıq  dəhlizə  çıxmıĢdı,  onun  daz  baĢı  az  qala 

tavandan  asılmıĢ  lampalara  dəyirdi.  Orada  əllərini  önündə  tutub 

çiyinlərini  əyərək  dayanmıĢ  Koffini  görəndə,  mən,  ilk  dəfə  olduğu 

kimi, yenə onun yaxalanmıĢ ayını xatırlatdığını düĢündüm.  

–    Biz  qayıdana  qədər  Persinin  oyuncaqlarını  masanın 

siyirtməsinə qoyub bağla, – mən Dinə dedim. 

–  Əgər qayıda bilsək, – deyə Harri əlavə etdi.  

–    YaxĢı  qoyaram,  –  Din  Harrinin  sözlərinə  heç  bir  əhəmiyyət 

verməyərək mənə dedi. 

–  Birdən kimsə gəlsə, əslində, heç kim gəlməməlidir, amma iĢdi 

kimsə gəlsə, sən nə deyəcəksən? 

–  Deyəcəyəm ki, gecə yarısı birdən Koffinin əhvalı pozuldu və 

o həyəcanlandı, – deyə Din cavab verdi. O, çətin bir imtahanda cavab 

verən  tələbəni  xatırladırdı.  –  Və  biz  onun  əyninə  dəli  köynəyini 

geyindirib karser kamerasına salmalı olduq. Əgər karser kamerasından 

səs-küy eĢidilsə, həmin adam onun Con Koffi olduğunu düĢünəcək, – 

deyərək Din baĢı ilə Con Koffiyni göstərdi.  



www.vivo-book.com 

 

450 



–  Bəs həmin vaxt biz haradayıq? – deyə Brutus soruĢdu. 

–    Pol  inzibati  Ģöbəyə  gedib  və  orada  Delin  sənədləri  və 

Ģahidlərlə məĢğuldur, – deyə Din cavab verdi. – Ġndi bu çox vacibdir, 

çünki  Delakruanın  edamı  çox  dəhĢətli  alınmıĢdı.  O  dedi  ki,  bəlkə 

növbənin qalan bütün vaxtını orada keçirməli olsun. Brutus, Harri və 

Persi isə camaĢırxanada öz paltarlarını yuyurlar.  

Hə,  adətən,  hamı  belə  deyirdi.  Bəzi  gecələr  camaĢırxananın 

təchizat otağında aĢıq atır, bəzi gecələr isə iyirmi bir, poker və ya eysi-

dyusi  oynatırdılar.  Hansı  oyun  olursa  olsun,  oyunda  iĢtirak  edən 

nəzarətçinin  paltar  yuduğunu  deyirdilər.  Belə  yığıncaqlarda  bəzən 

spirtli  içkilər  qəbul  edir  və  növbə  ilə  keĢik  çəkirdilər.  Yəqin 

həbsxanalar  icad  edilən  gündən  bəri,  bu  elə  belə  də  olub.  Bütün 

həyatını  çirkli  insanların  qayğısını  çəkməyə  həsr  edirsənsə,  istər-

istəməz özün də bir balaca çirkaba bulaĢırsan. Ġstənilən halda, çətin ki, 

kimsə  gəlib  bizi  yoxlasın.  Kold  Mauntində  “paltaryuma”  məsələsinə 

çox ehtiyatlı bir münasibət vardı.  

–    Hə,  hər  Ģeyi  düpbədüz  dedin,  –  mən  Koffini  öz  ətrafında 

döndərib  onu  arxadan  irəli  itələyərək  dedim.  –  Din,  əgər  iĢlər  tərs 

getsə, onda sənin heç nədən xəbərin yoxdur.  

–  Bunu demək asandır, amma... 

Elə  bu  an  Uortonun  kamerasının  dəmir  barmaqlıqlarının 

arasından  arıq  bir  qol  uzandı  və  Koffinin  qaya  kimi  sərt  çiyin 

əzələsindən yapıĢdı. Bu qəfil hərəkətdən hamımız karıxaraq ah çəkdik. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə