www.vivo-book.com
475
əlini yandırarsa ya da hamının sevib əzizlədiyi balaca bir uĢaq özünün
ilk milad oyuncağını ağzına aldığına görə boğulub ölərsə, bu qalmaqal
və axmaq varlıq bundan sevinərək həzz ilə gülər. Mən bu haqda uzun
illər, Kold Mauntindən Corciya Paynza qədər çəkən bir dövr ərzində,
düĢünmüĢəm və əminəm ki, bu qüvvə həmin gecə var gücü ilə bizə
təsir etmək üçün duman kimi özünü ora-bura vuraraq Con Koffinin
Melinda Mursun yanına getməsinə maneə olmaq istəyirdi.
– Rəis… Hal… Mən… – Demək istədiyim bütün sözlər
mənasız alınırdı.
O bizə qulaq asmayaraq yenə tapançasını qaldırıb mənimlə
Brutus arasında harasa tuĢladı. Onun qızarmıĢ gözləri birdən
geniĢləndi. Və həmin an Con Koffi üzündə axmaq bir təbəssümlə
Harri Tervilligeri öz arxasınca çəkə-çəkə gəldi.
– Koffi, – deyə Murs nəfəsini çəkdi. – Con Koffi. – O,
qulaqbatırıcı bir səslə qıĢqırdı: – Dur! Olduğun yerdə dur, yoxsa atəĢ
açacağam!
Onun arxasından zəif bir qadın səsi eĢidildi:
– Hal? Sən orada nə edirsən? Sən orada kim ilə söhbət edirsən,
sənin ananı belə belə?
Murs bir anlıq arvadının səsi gələn tərəfə çevrildi, onun üzü
karıxmıĢ və kədərli bir ifadə almıĢdı. Sadəcə bir anlıq, dediyim kimi,
lakin onun əlindən uzunlüləli tapançanı almaq üçün bu vaxt mənə
artıqlaması ilə bəs edərdi. Lakin məsələ onda idi ki, mən öz əllərimi
www.vivo-book.com
476
qaldıra bilmirdim, elə bil onlara ağır daĢlar bağlamıĢdırlar. BaĢımda
cürbəcür xıĢıltı səsləri vardı, elə bil maqnit qasırğası zamanı kimsə
radioda hansısa proqramı axtarırdı. Həmin vaxt daxilimdə keçirdiyim
hislərdən yalnız qorxu hissi və Hala görə xəcalət çəkdiyimi
xatırlayıram.
Harri ilə Con Koffi artıq pilləkənlərə çatmıĢdılar. Murs yeni bizə
tərəf dönüb silahını qaldırdı. Sonralar o mənə demiĢdi ki, o vaxt
həqiqətən Koffiyə atəĢ açmaq fikrində imiĢ. O, elə düĢünübmüĢ ki,
guya bizi əsir alıblar və bütün bu əməliyyatın baĢında duran Ģəxs yük
maĢının yanında qalaraq kölgədə gizlənib. Bircə onu baĢa düĢməyib
ki, bizi nə üçün onun evinə gətiriblər, amma qısas ona ən mümkün
versiya kimi gəlib.
Amma o, atəĢ açmağa macal tapmamıĢ, Harri önə çıxaraq
Koffinin qabağına keçdi və öz bədəni ilə onu qorudu, əlbəttə bunu
etmək nə qədər mümkündürsə. Koffi onu buna məcbur etməmiĢ, Harri
öz xoĢu ilə belə etmiĢdi.
– Yox, rəis Murs! – Harri dedi. – Hər Ģey qaydasındadır. Heç
kimdə silah yoxdur və heç kimə xəsarət yetirilməyəcək. Biz bura
yardım etmək üçün gəlmiĢik!
– Yardım etmək? – Mursun uzun və dolaĢıq qaĢları çatıldı.
Onun gözləri parıldadı. Mən gözlərimi onun “Bantayn”ından çəkə
bilmirdim. – Nəyə yardım eləmək? Kimə yardım eləmək?
www.vivo-book.com
477
Sanki onun suallarına cavab olaraq yenə özündən əmin,
deyingən və əlbəttə ki ağlını itirmiĢ qoca bir qadın səsi eĢidildi:
– Yanıma gəl, it oğlu it! Gəl və öz koramalını iĢə sal! Öz əclaf
dostlarını da gətir! Qoy onlar da bizimlə əylənsinlər!
Mən ruhumun dərinliklərinə qədər sarsılmıĢ bir vəziyyətdə
Brutusa baxdım. Mən onun söyüĢ söydüyünü anlayırdım – yəni onun
beynindəki ĢiĢ necəsə onu söyüĢ söyməyə məcbur edirdi – amma onun
söydüyü söyüĢlər sadəcə söyüĢlər deyildi, nəsə daha artıq bir Ģey idi.
– Siz burada neyləyirsiniz? – deyə Murs bir də soruĢdu.
Arvadının hay-həĢirindən sonra onun səsindəki qətiyyət bir xeyli
azalmıĢdı. – BaĢa düĢmürəm, bəlkə məhbuslardan kimsə həbsxanadan
qaçıb, ya da…
Con Koffi Harrini bir kənara çəkdi – sadəcə, onun götürdü və bir
kənara qoydu – sonra pilləkənlər ilə artırmaya qalxdı. O mənimlə
Brutusun arasında dayandı, elə nəhəng idi ki, az qaldı ki, bizi
artırmanın kənarından Melindanın gül kollarının üstünə yıxsın. Murs
nəzərlərini çevirib onun hərəkətlərini izləməyə baĢladı, o bunu elə etdi
ki, elə bil uca bir ağacın təpəsini görmək istəyirdi. Birdən hər Ģey öz
yerini tutdu və mən hər Ģeyi anladım. Beynimdə qum ya da düyü
çeĢidləyən güclü barmaqlar kimi fikirlərimi qarıĢdıran Ģübhəli ruh bir
andaca harasa yox olub getdi. Bosun qarĢısında Mən və Brutus çaĢqın
və karıxmıĢ halda durduğumuz bir vaxtda Harrinin qətiyyətlə hərəkətə
keçə bilməsinin səbəbi mənə aydın oldu. Harri Conun yanında idi… və
www.vivo-book.com
478
Ģeytani qüvvəyə qarĢı çıxan o güc ya da ruh, hər nədirsə, həmin gecə
Con Koffinin içində qərar tutmuĢdu. Con Koffi rəis Mursun qarĢısına
çıxanda, bu həmin ruh idi – mən onu nəsə ağ bir Ģey kimi təsəvvür
edirəm – və o, vəziyyəti öz nəzarəti altına aldı. Digər ruh isə bizi
tamamilə tərk edib getməsə də, mən onun güclü iĢıq saldığı qara bir
kölgə kimi sürünərək geri çəkildiyini gördüm.
– Mən sizə kömək eləmək istəyirəm, – Con Koffi dedi. Murs
həyəcanlı nəzərlərini qaldırıb onun üzünə baxdı, onun gözlərində açıq-
aĢkar heyranlıq və heyrət ifadəsi vardı. Con Koffi onun əlindən
“Bantlayn spesial”ı alaraq mənə verəndə, məncə, Halın bundan heç
xəbəri belə olmadı. Mən ehtiyatla tapançanın çaxmağını aĢağı
endirdim. Bir qədər sonra silahın barabanını yoxlayanda onun
tamamilə boĢ olduğunu gördüm. Bəzən düĢünürəm, görəsən Halın,
silahın boĢ olmasından xəbəri vardımı? Bu arada, Con hələ də
dodaqaltı mırıldanmaqda davam edirdi: – Mən ona kömək etməyə
gəlmiĢəm. Sadəcə, kömək etməyə. Mənim istəyim yalnız budur.
– Hal! – deyə Melinda yataq otağında qıĢqırdı. Bu dəfə qadının
səsi daha güclü çıxırdı, amma bu səsdə onun qorxduğu da hiss edilirdi,
sanki bizi çaĢ-baĢ salmıĢ həmin qüvvə indi onun bədəninə keçmiĢdi. –
Onları qov getsinlər, kim olursa olsun! Qov onları, bizə gecənin bu
vaxtında alverçilər lazım deyil! Nə elektrolüks, nə də tozsoran!
Qasığında dəliyi olan fransız pantolonu da lazım deyil! Onları qov
getsinlər! Onlara de ki, buradan atdırıb filan-filan oğlunun anasının
Dostları ilə paylaş: |