Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə127/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   123   124   125   126   127   128   129   130   ...   158

www.vivo-book.com 

 

507 



tavandakı  tüstü  detektoruna  sataĢdı.  Bu,  Eleyni  və  bir  gün  əvvəl 

mənim  çölə  çıxıb  öz  balaca  iĢimi  yerinə  yetirməyim  üçün  onun  Bred 

Dolanın  diqqətini  məndən  necə  yayındırmağını  yadıma  saldı.  Mən 

iĢəməyimi üzümdə təbəssümlə bitirdim.  

Mən  yenidən  solarium  otağına  qayıtdım  və  indi  özümü  daha 

yaxĢı hiss edirdim (bədənimin beldən aĢağı hissələrində də bir rahatlıq 

əmələ  gəlmiĢdi).  Kimsə  –  bunun  Eleyn  olduğuna  Ģübhə  etmirdim  – 

mənim  vərəqlərimin  yanına  bir  çaynik  çay  qoymuĢdu.  Mən  yerimə 

oturmamıĢ,  acgözlüklə  iki  fincan  çay  içdikdən  sonra  öz  yerimdə 

oturdum, qələmimin qapağını açdım və yenidən yazmağa baĢladım.  

Mən  yenicə  öz  yazımın  içinə  qərq  olmaq  üzrəydim  ki,  kiminsə 

kölgəsi  üstümə  düĢdü.  BaĢımı  qaldırıb  baxanda,  qarnıma  sancılar 

doldu.  Bu,  Dolan  idi.  O,  pəncərənin  önündə  dayanıb  diĢlərini 

ağardırdı.  

–    Sən  bu  gün  səhər  gəzintisinə  çıxmamısan,  Polli,  –  o  dedi,  – 

ona görə də gəldim ki, görüm nə iĢlə məĢğulsan. Belə deyək ki, gəldim 

əmin olum ki, sən xəstə deyilsən. 

–  Siz çox lütfkarsınız, – mən dedim. Mənim səsim əsmirdi, – ən 

azından  hələlik  –  amma  ürəyim  cələyə  düĢmüĢ  quĢ  ürəyi  kimi 

çırpınırdı.  Mən  ondan  qorxurdum,  amma  deyə  bilməzdi  ki,  bu  hiss 

mənim  üçün  yeni  idi.  O  mənə  Persi  Uetmoru  xatırladırdı  və  mən 

ondan  heç  vaxt  qorxub  çəkinməmiĢdim...  amma  Persini  tanıdığım 

vaxtlar mən hələ cavan idim.  



www.vivo-book.com 

 

508 



Bredin  üzündəki  təbəssüm  bir  qədər  geniĢləndi,  amma  daha 

xoĢagəlimli olardı.  

–    Mənə  dedilər  ki,  sən  bütün  gecəni  burada  keçirmisən,  Polli. 

Burada  oturub  öz  balaca  raportunu  yazmısan.  Bu  isə  heç  də  yaxĢı  iĢ 

deyil. Sənin kimi qoca kaftarlara yaxĢı istirahət lazımdır.  

–    Persi,  –  deyə  mən  sözə  baĢladım,  amma  onun  üzündəki 

təbəssümün  qaĢqabağa  çevrildiyini  görəndə,  səhv  etdiyimi  anladım. 

Mən dərindən nəfəs  alıb  yenidən sözə baĢladım:  – Bred, sən nə  üçün 

mənə qarĢısan? 

Bir  anlıq  onun  üzündə  çaĢqınlıq,  bəlkə  də  bir  balaca  narahatlıq 

ifadəsi göründü. Sonra yenə gülümsədi.  

–  Köhnə həmxana, – o dedi, – ola da bilər ki, sadəcə, sənin sir-

sifətin mənim xoĢuma gəlmir. YaxĢı, de görüm orada nə yazırsan elə? 

Öz ölümqabağı vəsiyyətin olmasın? 

O,  boynunu  uzadaraq  irəli  çəkdi.  Mən  əlimi  yazdığım  vərəqin 

üstünə Ģappıldatdım.  Qalan vərəqləri isə o biri  əlimlə, tələsik  hərəkət 

etdiyimdən əzə-əzə, toplayaraq gizlətməyə çalıĢdım.  

–  Tez elə, – o, balaca uĢaqla danıĢırmıĢ kimi əmr etdi, – sənin 

bu  kələyin  baĢ  tutmayacaq,    qoca  kaftar.  Əgər  Bred  bir  Ģeyə  baxmaq 

istəyirsə, deməli, Bred ona baxacaq. Sən də bunu lənətə gəlmiĢ banka 

qoya bilərsən.  



www.vivo-book.com 

 

509 



O  özünün  cavan  və  qorxunc  dərəcədə  güclü  əli  ilə  mənim 

biləyimdən yapıĢıb sıxdı. Ağrı diĢ kimi mənim biləyimə iĢlədi və mən 

inildədim. 

–  Burax biləyimi, – mən bir təhər deyə bildim. 

–  Yalnız mən kağızlara baxandan sonra, – deyə o cavab verdi. 

O,  daha  gülümsəmirdi.  Onun  üzündə  həm  Ģən,  həm  də  baĢqalarına 

pislik  etməkdən həzz alan insanlara xas  bir ifadə  vardı.  – Ver baxım, 

Polli. Sənin nə yazdığını bilmək istəyirəm. – Mənim əlim yavaĢ-yavaĢ 

Con  Koffi  ilə  tuneldə  getdiyimiz  hissə  yazılmıĢ  vərəqin  üstündən 

kənara  çəkilməyə  baĢlamıĢdı.  –  Mən  bilmək  istəyirəm  ki,  görüm  bu 

yazının sənin getdiyin yer ilə bir əlaqəsi varmı...  

–  Onu rahat burax. 

Bu  səs,  qızmar  və  quru  bir  gündə  qamçı  səsi  kimi  cingildədi... 

Bred Dolanın səksənərək dik atılmasından belə güman etmək olardı ki, 

onun  arxasını  hədəfə  almıĢdılar.  O  mənim  biləyimi  buraxanda,  əlim 

zərblə  vərəqlərə  çırpıldı  və  hər  ikimiz  də  çevrilib  səs  gələn  tərəfə 

baxdıq.  

Orada  Eleyn  Konnelli  dayanmıĢdı,  onu  indiyədək  belə  təravətli 

və  belə  gümrah  görməmiĢdim.  Onun  əynində  düz  və  uzun  ayaqlarını 

sıx tutan cins Ģalvar vardı, saçlarına isə mavi lent bağlanmıĢdı. Eleyn 

artritin  –  oynaqların  xəstəliyinin  qıc  etdiyi  əllərində  məcməyi 

tutmuĢdu:  meyvə  Ģirəsi,  qayğanaq,  qızardılmıĢ  çörək  tikələri  və  çay. 

Onun gözləri qığılcım saçırdı.  



www.vivo-book.com 

 

510 



–    Siz  burada  nə  etdiyinizi  güman  edirsiniz?  –  deyə  Bred 

soruĢdu. O burada yemək yeyə bilməz. 

–  Yeyə bilər və  yeyəcək də. – Eleyn bayaqkı quru və amiranə 

bir  tonda  cavab  verdi.  Mən  onun  səsində  bu  tonu  heç  vaxt 

eĢitməmiĢdim,  amma  indi  bunu  eĢitdiyimə  sevinirdim.  Mən  onun 

gözlərində  qorxu  niĢanələri  axtardım,  amma  orada  yalnız  qəzəb 

gördüm.  –  Nə  qədər  ki,  öz  tarakan  səviyyəsindəki  pisliyinizdən  bir 

balaca  daha  böyük  parazit  –  deyəlim  ki,  Siçanus  Americanus  – 

səviyyəsinə keçməmisiniz, buradan çıxıb getsəniz yaxĢı olar.  

Bred üzündə qeyri-əminlik və eyni zamanda, qəzəbli bir ifadə ilə 

Eleynə  tərəf  bir  addım  atdı.  Mən  bunların  təhlükəli  qarıĢıq  olduğunu 

düĢünsəm də, Eleyn heç gözünü də qırpmadı.  

–    Mən  mərc  edirəm  ki,  tüstü  detektorunu  kimin  iĢə  saldığını 

bilirəm, – Dolan dedi. – DüĢünürəm ki, həmin adam, əllərinin əvəzinə 

caynaqları  olan  qoca  bir  qancıq  ola  bilər.  Ġndi  isə  buradan  rədd  olub 

get. Bizim Polli ilə söhbətimiz hələ baĢa çatmayıb. 

–  Onun adı mister Eckumdur, – Eleyn dedi və eĢitsəm ki, onu 

bir  də  Polli  deyə  çağırırsınız,  sizə  söz  verirəm  ki,  sizin  Corciya 

Paynzda iĢlədiyiniz günlərin sonu çatmıĢ olacaq, mister Dolan. 

–  Sən özünü kim hesab edirsən? – deyərək Dolan Eleynə tərəf 

hərəkət edirdi, bu zaman gülməyə çalıĢsa da, nəsə bu onda alınmırdı. 

–    Mən  hesab  edirəm  ki,  –  deyə  Eleyn  sakit  bir  tərzdə  dedi,  – 

mən  Corciya  Ģtatının  Nümayəndələr  Palatasının  indiki  spikerinin 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə