Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə126/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   122   123   124   125   126   127   128   129   ...   158

www.vivo-book.com 

 

503 



çox  çətinliklə,  ləngər  vura-vura  addımlayırdı,  amma  bununla  belə, 

pilləkənlərlə  aĢağı  enə  bildi.  Onların  ardınca  Brutusla  mən, 

bacardığımız  qədər  cəld  qapıdan  keçdik  və  onun  kilidini  yenidən 

qıfılladıq.  

–    Ġlahi,  mən  fikirləĢirəm  ki,  bizi...  –  deyə  Brutus  nəsə  demək 

istəyəndə,  mən  onun  qabırğalarına  sərt  bir  dürtmə  vuraraq  onun 

sözünü kəsdim.  

–    Onu  demək  lazım  deyil,  –  mən  dedim.  –  O,  sağ-salamat  öz 

kamerasına girməyincə, bu haqda heç düĢünməsən daha yaxĢı olar.  

–    Hələ  Persi  ilə  məĢğul  olmalıyıq,  –  Harri  dedi.  Tağlı  kərpic 

tunelin  içində  bizim  səslərimiz  əks-səda  verirdi.  –  Biz  onu  razı 

salmayınca gecəni bitmiĢ hesab etmək olmaz. 

Sonra məlum olduğu kimi, bizim həmin gecəmizin  sonuna hələ 

çox qalıbmıĢ.  

 

 

 



 

Altıncı hissə 

CON KOFFĠ YAġIl MĠLDƏN KEÇĠR 



 

 




www.vivo-book.com 

 

504 



 

 

 



Mən  əlimdə  atamın  qələmi  ilə  Corciya  Paynzın  solariumunda 

oturmuĢdum  və  mənim  üçün  zaman  məfhumu  öz  əhəmiyyətini 

itirmiĢdi.  Mən  xəyalən  həmin  dövrə,  Harri  və  Brutus  ilə  birlikdə  biz 

Con  Koffini  YaĢıl  Mil  blokundan  qaçırıb  Melinda  Mursun  yanına 

aparmıĢdıq  ki,  onun  həyatını  xilas  edək.  Mən  özünü  Ġkinci  Billi  Kid 

hesab  edən  Billi  Uortonu  necə  narkoriklərlə  yuxuya  verdiyimiz  və 

Persi  Uetmora  dəli  köynəyi  geyindirib  onu  necə  dəhlizin  sonundakı 

yumĢaq  divarlı  otağa  salıb  qapısını  kilidlədiyimiz  haqqında  artıq 

yazmıĢdım.  Mən  bizim  qəribə  gecə  səyahətimiz  –  həm  dəhĢətli,  həm 

də həyəcanverici – və səyahətin sonunda baĢ vermiĢ möcüzə haqqında 

da  yazmıĢdım.  Biz  Con  Koffinin  yalnız  bir  ayağı  qəbirdə  olan  deyil, 

bizə görə lap onun dibində olan bir qadını ölümün pəncələrindən necə 

xilas etdiyini öz gözlərimizlə görmüĢdük. 

Mən  bu  hekayəni  yazdığım  zaman  Corciya  Paynz  qocalar 

evində,  ətrafımda  cərəyan  edən  həyatdan,  demək  olar  ki,  tamamilə 

bixəbər  idim.  Qocalar  Ģam  yeməyi  üçün  aĢağı  enir,  sonra  da 

sitkomların axĢam dozasını qəbul etmək üçün istirahət mərkəzinə (hə 

buna  gülə  bilərsiniz)  çəkilirdilər.  Dostum  Eleynin  mənə  buterbrod 

gətirdiyini  və  mən  ona  təĢəkkür  edərək  onu  yediyimi,  deyəsən, 

xatırlaya  bilirəm,  amma  buterbrodu  nə  zaman  gətirdiyini  və  onun 




www.vivo-book.com 

 

505 



içində nə olduğunu qətiyyən xatırlamıram. Mən, demək olar ki, bütün 

varlığımla  1932-ci  ildə  idim,  o  zaman  biz  öz  buterbrodlarımızı 

arabasının üstünə Bibliyadan sitatlar yazılmıĢ qoca Tit-Tutdan alırdıq: 

soyuq donuz əti ilə buterbrodu beĢ sentə, mal əti ilə isə on sentə.  

Burada  yaĢayan canlı meyitlər daha bir həssas və  narahat  yuxu 

gecəsinə  hazırlaĢanda,  ətrafdakı  səs-küyün  necə  sakitləĢdiyini 

xatırlayıram. Mən Mikkinin – bəlkə də buranın ən yaxĢı sanitarı deyil, 

amma ən xeyirxahı olduğuna Ģübhə yoxdur – otaqları gəzərək dərman 

paylayarkən  öz  təmiz  tenor  səsi  ilə  “Qırmız  Çay  Vadisi”  mahnısını 

oxuduğunu  eĢitmiĢdim:  “Deyirlər  bu  vadidən  köçüb  gedirsən...  sənin 

parlaq  gözlərinçün,  təbəssümünçün,  biz  darıxacağıq...”.  Bu  mahnını 

eĢidəndə,  yenə  Melinda  və  möcüzənin  baĢ  verməsindən  sonra,  onun 

Con  Koffiyə  dedikləri  haqqında  düĢündüm.  “Mən  səni  yuxumda 

görmüĢəm.  Yuxumda  gördüm  ki,  sən  də  mənim  kimi  qaranlıqda 

sərgərdan gəzirsən. Biz bir-birimizi tapdıq.” 

Corciya  Paynzda  hər  yan  sakitliyə  qərq  olmuĢdu,  gecə 

yarısından  keçsə  də,  mən  hələ  də  yazmaqla  məĢğul  idim  və  Harrinin 

bizə,  Con  Koffini  yaxalanmadan  həbsxanaya  çatdırsaq  da,  Persi  ilə 

məsələni həll etməli olduğumuzu xatırlatdığı yerə çatmıĢdım. “Onunla 

məsələni  yoluna  qoymadan  biz  gecəni  bitmiĢ  hesab  edə  bilmərik”  – 

Harri bizə təxminən belə demiĢdi.  

Həmin  bu  yerdə  atamın  qələmi  ilə  durmadan  yazı  yazdığım 

həmin uzun gün, nəhayət ki, bitmiĢdi. Mən qələmi yerə qoydum – bir 



www.vivo-book.com 

 

506 



neçə  saniyə  keyimiĢ  barmaqlarımı  ovuĢdurub  canlandırıncaya  qədər, 

həmin  vaxt  mən  belə  düĢünmüĢdüm  –  və  sonra  baĢımı  qollarımın 

üstünə  qoyub  gözlərimi  yumdum  ki,  onlara  bir  balaca  dinclik  verim. 

Mən  gözlərimi  açıb  baĢımı  qaldıranda,  solariumun  pəncərəsindən 

səhər  günəĢi  içəri  boylanırdı.  Mən  saatıma  baxdım  və  gördüm  ki, 

doqquza iĢləyib. Mən qoca əyyaĢ kimi baĢımı qollarımın üstünə qoyub 

təxminən  altı  saat  yatmıĢdım.  Mən  üz-gözümü  turĢudaraq  ayağa 

qalxdım  və  qurumuĢ  belimi  cana  gətirmək  üçün  gərnəĢdim  və 

düĢündüm  ki,  mətbəxə  enim  və  bir  iki  tikə  qızardılmıĢ  çörək  də 

götürüb  səhər  gəzintisinə  gedim,  sonra  masanın  üstünə  səpələnmiĢ 

vərəqlərə  baxdım.  Elə  həmin  andaca,  səhər  gəzintisini  təxirə  salmaq 

qərarına  gəldim.  Bəli,  mənim  görəcək  iĢlərim  vardı,  amma  onlar 

gözləyə  də  bilərdi  və  mən  bu  gün  səhər  Bred  Dolan  ilə  siçan-piĢik 

oynamaq həvəsində deyildim.  

Gəzintiyə  çıxmaq  əvəzinə  mən  yazımı  bitirə  bilərdim.  Bəzən 

bədəninizin  və  ağlınızın  bütün  etirazlarına  baxmadan  özünüzü 

baĢladığınız iĢi bitirməyə məcbur etmək daha yaxĢıdır. Bəzən bu bir iĢi 

bitirməyin yeganə üsulu olur. Həmin səhər mənim ən böyük arzumun, 

Con  Koffinin  xəyalətindən  canımı  qurtarmaq  olduğunu  yaxĢı 

xatırlayıram.  

–  YaxĢı, – mən dedim. Daha bir mil, amma, əvvəlcə... 

Ġkinci  mərtəbənin  dəhlizinin  sonundakı  tualetə  getdim.  Mən 

orada  dayanıb  bədənimdəki  artıq  suyu  boĢaldarkən,  gözüm  birdən 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə